Азярбайжан республикасы дахили ишляр назирлийи


Suriya, erməni və gürcü mənbələri



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə9/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   5   6   7   8   9   10   11   12   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Suriya, erməni və gürcü mənbələri. Suriya 
tarixçiləri içərisində XII əsdə yaşamış Suriyalı Mixail 
(Böyük Mixail) xüsusi yer tutur. 
Bar-
Ebrey 
müxtəlif 
məqsədlərlə 
dəfələrlə 
Marağada, Təbrizdə, Hülakülərin paytaxtında olmuş, 
monqol hökmdarları: Abaqa xan (1265-1282), Əhməd 
Təkudarla (1282-1284) görüşmüşdü. Marağada olarkən o 
Evklid və Ptolomeyin «Kainat» əsəri haqqında 
mühazirələr oxumuşdu. 
Erməni müəlliflərinin əsas məqsədi: 
1) Ermənistanda süqut etmiş dövlət strukturundan 
sonra yenidən erməni dövlətçiliyinin bərpasına cəhd; 2) 
Ermənistanın tarixinin tam və bitkin yaradılması tələbatı; 
3) xarici düşmənlərə qarşı mübarizə üçün böyük və güclü 
Ermənistan yaratmaq ideyası; 4) Erməni xalqını hərbi 
ruhda tərbiyə etmək. Qeyd etmək lazımdır ki, erməni 
mənbələri faktiki olaraq erməni dövlətçiliyinin mövcud 
olmadığı dövrdə yaranıb.
Erməni tarixşünaslığında dövrünə görə birinci yeri 
Maştosun bioqrafiyasını əks edən Koryun tərəfindən 
yazılmış «Maştosun həyatı» əsəri tutur (V əsrin 40-cı il 
illərində yazılmışdır). Digər erməni müəllifi Aqafangeldir. 


17 
Onun «tarix» əsəri müxtəlif mənbələr əsasında 
yazılmışdır.
Erməni 
tarixi 
– 
ədəbi 
ənənəsinin 
digər 
nümayəndəsi V əsrin II yarısında «Vardan və erməni 
müharibəsi haqqında» kitabını yazmış Yedişedir (Yelişe).
V əsrin II yarısında Favstas Buzand 
«Ermənistan tarixi»ni yazdı, onun bütünlüklə «Son 
tarix»ə aid olan III-VI kitabları bu günə qədər gəlib 
çatmışdır.
Lazar V əsrin sonu V əsrin əvvəllərində yazdığı və 
ənənəvi olaraq «Ermənistan tarixi» adlandırdığı əsərini 
Qafqaz xalqlarının istiqlaliyyəti uğrunda mübarizəsinə 
həsr etmişdir.
Moisey Xorenlinin «öz struktur və məzmununa 
görə erkən orta əsrlər dövrünün tarixşünaslığından 
seçilən «Ermənistan tarixi» əsəri belə yarandı.
VII əsr erməni mülləiflərinin maraq doğuran 
nümayəndələrindən biri də Ananiya Şiraklıdır. Onun 
«Coğrafiya» – «Alxarasuys» əsərində bütün dünya 
ölkələrinin təsviri Ananiya Şiraklı Klavdi Ptolomey və 
Isgəndəriyyəli Papanın və digər antik müəlliflərin 
məlumatlarından mənbə kimi istifadə etmişdir. 
Gevondun 
127 il ərzində (661-ci ildən – 788-ci 
ilədək) baş vermiş hadisələri əhatə edən «Xəlifələrin 
tarixi» əsərini VI-VII əsrin ən qiymətli mənbəsi hesab 
etmək olar.
Ən qədim zamanlardan XIX əsrə qədər gürcü tarixi 
ardıcıllıqla şərh edilmişdir. 
XV-
XVIII əsrlərə aid bir neçə variant var. 10 əsər 
bura daxil edilib. 
I hissə – qədim Kartlis Sxobreba adlanır ta qədim 
dövrdən XIV əsrə qədər əhatə edir. 
II hissə – yeni Kartlik Sxobreba adlanır. XV əsrdən 
VI Vaxtanqın dövründə xüsusi komissiya tərəfindən tərtib 


18 
edilib. Buna «Vaxtanq siyahısı da deyilir». Cuvaxişvili 
burada Azərbaycana, Ermənistana aid olan hissələrini
də nəşr etdirib. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin