12
istiqamətdə
Qotur-Musalan dağ sistemi, Şərqdə isə
Şimali və Cənubi Talış sıra dağları uzanıb gedir. Cənubi
Azərbaycanın mərkəzi hissəsində əsasən qərbdən şərqə
doğru Qaradağ, Kiamkin, Savalan, Mişudağ, Bozquş dağ
silsiləsi uzanır.
Azərbaycanda Murovdağ, Şahdağ,
Qarabağ
yaylası, Talış, Qaradağ, Səhənd, Savalan kimi dağlar,
Kür-Araz, Lənkəran, Ərdəbil ovalıqları,
Urmiya gölü
hövzəsi düzənliyi, Sulduz, Miyanə, Zəncanvud yaylaları
yerləşir.
“Azərbaycan” adının etimologiyası. E.ə. III
minillikdə Urmiya gölündən cənub-şərqdə olan ərazini
bildirən ad Aratta idi.
Mütəxəssislərin fikrincə, (bu fikri
mərhum tədqiqatçı Y. Yusifov müdafiə edirdi) bu adın
mənası türk dillərində “dağlıq ərazi” kimi mənalandırılır.
Atropatena
adı
qaynaqlarda
müxtəlif
cür
işlənmişdir:
1.
Suriya və Bizans qaynaqlarında – Adorbiqan
2.
Orta əsr fars qaynaqlarında – Aturpatakan,
Adarbadaqan
3.
Ərəb qaynaqlarında – Azirbican, Azərbaycan.
Ölkəmizin adı müasir səslənmədə yalnız VII
əsrdən sonrakı dövrlərdə işlənməyə başlanmışdır.
Tarixçilərin bir qisminin gəldiyi qənaətə əsasən, bu
xoronimin mənası “Atropata məxsus olan” deməkdir.
Atropat adının mənasının isə “od allahı
tərəfindən
qorununan” olması göstərilir. Beləliklə, bu qism
tədqiqatçıların gəldiyi qənaətə əsasən “atr” qədim İran
dillərində “od” deməkdir və sonradan dəyişilərək “azər”
şəklinə düşmüşdü.
Bəziləri güman edirlər ki, azər pəhləvi dilində “od”,
“bayqan” isə xidmətçi və od saxlayan deməkdir.
Ümumilikdə bu sözün “odlar yurdu” mənasının
verməsi
qeyd edilir.
13
Bi
r qism tədqiqatçıların fikrincə, “atr” sözü qədim
türk
termini olan, yüksəklik, təpəlik yer bildirən “Adur”
sözündən yaranmışdır.
Tədqiqatçı Y. Yusifovun fikrincə,
Azərbaycan
sözünün kökündə mixi yazılı mənbələrdə qeydə alınmış
Andripatianu sözü durur.
A.
Bakıxanov
göstərirdi
ki,
ölkənin
adı
Azərbabəkan olmuşdur ki, bu da “Babəkin odlar ölkəsi”
mənasını verirdi. Lakin bu ad hələ e.ə. IV əsrdə çəkilib,
Babəkin isə çox sonralar yaşaması məlumdur. Rus alimi
İ.
Dyakonovun fikrincə, elam dilində atur sözü uca,
yüksək yer mənasını verirdi.
M. İsmayılovun ehtimalına görə, Azərbaycan adı
adlarına Gül Tigin abidələrində də rast gəlinən az
xalqının adından yaranmışdır.
Dostları ilə paylaş: