Азярбайжан республикасы дахили ишляр назирлийи


Son tunc-  erkən dəmir dövründə (e. ə. XIV-VII



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə15/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   11   12   13   14   15   16   17   18   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Son tunc- 
erkən dəmir dövründə (e. ə. XIV-VII 
əsrlər) E. ə. II minilliyin ortalarına aid külli miqdarda 
çoxnövlü hücum və müdafiə silahlarının tapılması 
tayfalararası 
müharibələrin 
geniş 
miqyası 
və 
amansızlığından 
xəbər 
verir. 
Dəmir 
istehsalının


31 
başlanğıc mərhələsində (e. ə. XII-XI əsrlər) əmək alətləri 
ilə yanaşı, çoxlu silah düzəldilməsi cəmiyyətin 
silahlanmasına imkan yaratmışdı. 
E. ə. II minilliyin sonunda Azərbaycanda soyuq 
üfürmə texnikasına əsaslanan dəmir istehsalına 
başlanmışdı. Metallurgiya və metalişləmə sənəti yüksəliş 
keçirirdi. Sənətkarlıqda dabbaqlıq (gön- dəri), toxuculuq 
sahələri də mühüm yer tuturdu. 
Beləliklə, ibtidai cəmiyyət daxilində mülki 
bərabərsizliyin, ictimai təbəqələşmənin və xüsusi 
mülkiyyətin yaranması, sənətkarlığın müstəqil peşəyə 
çevrilməsi, icma daxilində birgə əmək, birgə əmlak və 
birgə yaşayış qaydalarının pozulmasına gətirib 
çıxartmışdı. Azərbaycanda qəbilə icmasının və icma 
təsərrüfat formasının dağılması prosesi e. ə. II 
minilliyin sonu- 
I minilliyin başlanğıcında başa 
çatmışdı. 
 
Sual 2. 
Azərbaycan ərazisində tayfa ittifaqları. 
Manna dövləti. 
E.ə. III-I minilliklərdə Azərbaycanın ərazisində
lulube, kuti, mehri, dalay, kumurdiy, manna, amard, 
maten, kaspi, alban, uti, qarqar, sak və s. tayfalar 
yaşamışlar. Azərbaycanın cənub ərazisində tayfa 
ittifaqlarının yaranması prosesi daha intensiv olmuşdu. III 
minilliyə aid akkad mixi yazılarında lulube və kuti tayfa 
birləşmələri haqqında məlumat verilir. Bu tayfalar Qədim 
Şərqin siyasi həyatında fəal iştirak etmişlər. 
Lulubelərin adı ilk dəfə e.ə. XXIII əsrin ikinci 
yarısında 
Akkad hakimi 
Naramsinin 
kitabəsində 
çəkilmişdi. Onlar Mesopotamiyada yaşamış tayfalarla sıx 
əlaqədə olmuşlar. 


32 
Lulubelərdən cənubda kutilər məskən salmışlar. 
Onların adı ilk dəfə Naramsinin kitabəsində çəkilmişdi. 
Lulbelərə nisbətən kutilər daha fəal siyasət yürütmüşlər. 
E.ə. III minilliyin sonunda Mesopotamiyaya soxulmuş 
kutilər, Akkad dövlətini süquta uğradaraq 91 il orada 
hökmranlıq 
etmişdilər. 
Akkad 
dövlətini 
süquta 
uğradandan sonra kutilər Mesopotamiyada uzun müddət 
möhkəmlənə bilməmişdi. E.ə. 2109-cu ildə kutilər oradan 
çıxarılmışdı. Keçmiş məskənlərinə qayıdan kutilər 
sonralar şimala doğru yayılmışlar. 
E.ə. minillikdə Azərbaycan ərazisində bir sıra 
tayfalar birləşib tayfa ittifaqları yaratmağa başlamışlar. 
Cənubi Azərbaycanda tayfa birləşməsi prosesində 
Manna tayfası xüsusi fəallıq göstərmişdi. Manna tayfası 
Urmiya gölü sahilində yaşayan tayfalar öz ətrafında 
birləşdirə bilmişdi. 
Urmiya gölü sahilində yaranmış kiçik dövlətlər bu 
ərazini öz ətrafında birləşdirə bilməlidir. Bu birləşmə 
prosesini e.ə. IX əsrin ikinci yarısında yüksəlməyə 
başlayan Manna tayfası başa çatdırdı və Azərbaycan 
ərazisində ilk dövlət olan Manna dövləti yaradıldı. Manna 
Assuriya, Urartu və Elamla yanaşı Şərqin mühüm 
dövlətlərindən biri olmuşdu. Manna dövlətinin yaranması 
Cənubi Azərbaycan ərazisində yaşamış tayfaların 
iqtisadi-
ictimai inkişafının nəticəsi idi. 
Manna quldarlıq dövləti olub, irsi hakimiyyətə malik 
hökmdarlar tərəfindən idarə olunmuşdu. Dövlətin 
mərkəzi şəhəri Izirtu, ilk hökmdarı Udaki olmuşdu. 
E.ə. IX əsrdə yüksəlməyə başlayan Urartu dövləti 
tezliklə Assuriya və Manna dövlətlərinin rəqiblərindən 
birinə çevrilmişdi. Manna dövləti uzun müddət Urartuya 
qarşı mübarizə aparmış və öz varlığını qoruyub 
saxlamışdı. Həmçinin Assuriya və Urartuya qarşı 
mübarizədə Manna güclü hərbi qüvvə yaratmışdı. 


33 
III Tiqatpalasarın (e.ə.745-727-ci illər) dövründə 
Azərbaycanın şərqə doğru işğalları genişlənmişdi. O, 
Midiyaya hücum edərkən Mannanın cənubundan 
keçmiş, lakin onun torpaqlarına toxunmamışdı. Görünür 
həmin vaxt Assuriya Manna ilə dostluq münasibətində
olmuşdu. E.ə. 743-cü ildə III Tiqlatpalasar Urartu 
qoşunlarını məğlubiyyətə uğramışdı. Bundan istifadə 
edən Manna hökmdarı Iranzu öz sərhədlərin xeyli 
genişləndirmişdi. E.ə. VIII əsrin 40-20-ci illərində Manna 
dövləti iqtisadi və siyasi cəhətdən çiçəklənmə dövrünü 
keçirmişdi. Onun sərhədləri şimalda Araz çayına, şərqdə 
təqribən Xəzər dənizinə, cənubda Dilyala və Kiçik Zab 
çaylarının yuxarı axarına, qərbdə isə Urmiya gölü 
sahilinədək uzanırdı. Manna dövləti həmin dövrdə olar 
ki, müasir Cənubi Azərbaycanın bütün ərazisini əhatə 
edirdi. Iranzunun hakimiyyətinin son illərində onun 
mövqeyi zəiflədi. Ayrı-ayrı vilayət hakimlərin mərkəzi 
hakimiyyətə tabe olmaq səyləri gücləndi.
Iranzunun ölümündən sonra, e.ə. 719-716-cı 
illərdə onun varisləri arasında hakimiyyət uğrunda 
mübarizə kəskinləşdi. Mannanın daxili işlərinə qonşu 
dövlətlər qarışmağa başladılar. Iranzunun böyük oğlu 
Aza hakimiyyətə keçdikdən sonra atasının siyasətini 
davam etdirərək Assuriya ilə dostluq əlaqələrini 
möhkəmləndirmişdi. Lakin ölkənin bir sıra əyalətlərin və 
Urartu tərəfdarları Azanın siyasətinə qarşı çıxdılar, qiyam 
qaldırdılar. Aza öldürüldü. Öz müttəfiqini itirməklə 
razılaşmayan Assur çarı II Sarqon hücum edib 
qiyamçılara divan tutmuşdu və hakimiyyətə Iranzunun 
digər oğlu Ulusunu çıxarıldı. Yaranmış vəziyyətdən 
istifadə edən Urartu çarı I Rusa Mannaya soxulmuş və 
onun 22 qalasını tutmuşdu. Çıxılmaz vəziyyətdə qalan 
Ulusunu 
Assuriyadan 
uzaqlaşaraq 
Urartu 
ilə 
yaxınlaşmağa məcbur olmuşdu. 


34 
E.ə. 714-cü ildə Assur çarı II Sarqon Urartu ilə 
müharibəyə başladı. O, Manna hökmdarı Ullusunu ilə 
görüşüb Urartuya qarşı ittifaq yaratmışdı. Döyüşlərin 
birindi Urartu çarı I Rusa məğlub olduğuna görə özünü 
öldürmüşdü. Mannanın Urartu tərəfindən tutulmuş 
qalaları geri qaytarılmış, onun qərb sərhədləri 
genişlənmişdi. 
Sarqonun 
kitabələrində 
Manna 
hökmdarlarını öz müttəfiqi adlandırmışdı. E.ə. 713-cü 
ild
ən sonra Assuriyaya vergi verməkdən imtina edən 
Manna müstəqil siyasət yürütmüşdü. 
E.ə. VIII əsrin sonu – VII əsrin əvvəllərinlə skiflərin 
hücumu ilə Ön Asiyada siyasi vəziyyət dəyişmişdi. 
Dərbənd keçidi vasitəsi ilə II Azərbaycan ərazisinə
soxulan skiflərin bir hissəsi Kür və Araz çayları arasında 
məskunlaşmış, digər hissəsi isə Ön Asiyaya yayılmışdı. 
Azərbaycan ərazisində məskən salmış skiflər 
mannalarla birlikdə Assuriyaya qarşı müharibələrdə 
iştirak etmişdilər (Skiflər haqqında ən çox məlumatı 
Herod
ot vermişdi). Sonralar isə skiflər Assuriyanın 
müttəfiqinə çevrilmişdi. 
E.ə. əsrin ikinci yarısında böyük qüvvəyə malik 
olan skiflər Azərbaycanın Kür və Araz çayları arasında
öz çarlıqlarını yaratmışdırlar. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin