Азярбайжан республикасы дахили ишляр назирлийи


Sual 3. Atropatena dövləti. Qədim Albaniya



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə17/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   13   14   15   16   17   18   19   20   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

 
Sual 3. Atropatena dövləti. Qədim Albaniya 
(e.ə. IV-ə. III əsrləri). 
 
Atropatena dövləti. Isgəndər istila etdiyi ölkə və 
əyalətlərin idarə olunmasına yerli əyanlara tapşırır, fəxri 
adlar və hədiyyələr bağışlayaraq, onları öz tərəfinə 
çəkmişdi. Iranın məğlubiyyətindən sonra Midiyaya 
qa
yıdan və müəyyən müddət gözləmə mövqeyi tutan 
Atropat nəhayət Isgəndərə yaxınlaşmışdı. Isgəndər əvvəl 
Midiyaya Aksodat adlı bir nəfəri satrap təyin etmişdi. 
Lakin yeni satrap onun etimadını doğrultmamışdı. Ona 
görə də Isgəndər Orta Asiyaya hərbi səfəri ərəfəsində 
e.ə. 328-ci ildə Atropatı yenidən Midiyanın satrapı təyin 
etmişdi. Atropat e.ə. 324-cü ildə özünü Midiya və Iranın 
satrapı elan etmiş Bariaksı tutaraq Isgəndərə təqdim 
edəndən sonra onun yanında hörməti daha da artmışdı. 
Atropat Isgəndər tərəfindən təşkil olunmuş məşhur Suz 
məclisində iştirak etmiş və öz qızını Isgəndərin görkəmli 
sərkərdələrindən olan Perdikkaya verərək mövqeyini 
möhkəmləndirmişdi. 
E.ə. 323-cü ildə Isgəndərin ölümündən sonra onun 
yaratdığı 
imperiya 
sərkərdələri 
arasında 
bölüşdürülmüşdü. Bu bölgüdə iştirak etməyən Atropatın 
əyalətinə toxunulmamışdı. Isgəndərin sərkərdələri 
arasındakı çəkişmələrdən məharətlə istifadə edən 
Atropat daha fəal siyasət yeridərək, özunun müstəqilliyini 
təmin edə bilmişdi. 
Atropatın yaratdığı dövlət Antik mənbələrdə Kiçik 
Midiya və ya yaradıcısının adı ilə Atropaten 
adlandırılmışdı. Atropaten dövləti Azərbaycan ərazisində 
Mannadan sonra ikinci qədim dövlətdir. 


39 
Atropat dövrünün görkəmli dövlət xadimi və 
bacarıqlı sərkərdəsi idi. Lakin Atropaten dövlətinin 
yaranmasını yalnız onun şəxsi keyfiyyətlərinə bağlamaq 
düzgün olmaz. Bu ərazidə dövlətin yaranması iqtisadi, 
siyasi və mədəni inkişafın obyektiv qanunauyğun nəticəsi 
idi. Atropatın məharəti onda olmuşdu ki, o, bu ərazidə 
yaşayan tayfaların birliyinə nail olmuş, onları vahid 
dövlətdə birləşdirərək yaratdığı dövləti müdafiə edə
biləcək qoşun yaratmışdı. 
Dövlətin paytaxtı Qazaka şəhəri olmuşdu. 
Atropaten dövrünün ən qüdrətli dövlətlərindən biri idi. 
Atropat e.ə. 320-ci ilə qədər hakimiyyətdə 
olmuşdu. Təəssüflər olsun ki, onun yeritdiyi daxili və 
xarici 
siyasət 
material 
azdır. 
Atropat 
dövləti 
möhkəmləndirmək üçün bir sıra tədbirlər görmüşdü, o
cümlədən piyada və süvari qoşun yaratmışdı. Piyada 
qoşunun əsas hissəsini dağlı tayfalar – kadusi və
amardl
ar təşkil etmişdi. Strabon kadusiləri məharətli nizə 
atan kimi təsvir etmişdi. 
Eramızın I əsrinin 20-ci illərində Atropaten 
dövlətində hakimiyyət Iran Parfiya sülaləsinin qolu olan 
arşakilərin əlinə keçmişdi. 
Azərbaycan, Iran, Orta Asiya ərazisində yaşayan 
tayfalar arasında zərdüşti dini geniş yayılmışdı. Bu dinin 
yaranması Cənubi Azərbaycanda Urmiya sahillərində 
anadan olduğu güman edilən Zərdüştin adı ilə bağlıdır. 
Bir sıra tədqiqatçılar Zərdüştin e.ə. VII-VI əsrlərdə 
yşadığını göstərirlər. 
Zərdüşti dinin ehkamlarına görə dünyada bir-biri ilə 
mübarizə aparan iki qüvvə mövcuddur: xeyir və şər. 
Xeyiri Hörmüzd, şəri isə Əhriman təmsil etmişdi. 
Hörmüzd işığı, odu təmsil etdiyi üçün Zərdüşti 
atəşgahlarına daim od yandırılır, ona sitayiş edilir və 
qurbanlar ve
rilirdi. Zərdüşti təliminə görə xeyirlə şər 


40 
arasındakı mübarizə həmişə xeyirin qələbəsi ilə 
nəticələnir. Zərdüştlik sonralar yaranmış bir sıra dini 
təlimlərə böyük təsir göstərmişdi. 
Zərdüşti dininin əsas ehkamları Avesta kitabında 
toplanmışdı. Bir çox tədqiqatçılar Avestanın Zərdüşti 
tərəfindən yazıldığını göstərirlər. Avesta 12 min inək 
dərisi üzərində yazılmışdı. Lakin Iranı ələ keçirən 
Isgəndər onun əsas mətnini yandırmışdı. Sasanilər 
dövründə (e.ə.224-cü ilində hakimiyyətə gəliblər).
Atropaten kahi
nləri öz yaddaşları hesabına Avestanı 
yenidən bərpa etmişlər. Ərəblərin hücumu zamanı (e.ə. 
VII əsrin 40-cı illərində) zərdüştiliyə daha böyük zərbə 
dəymişdi. Atəşgah səbədləri dağıdılmış, təqib olunan 
zərdüştlər öz vətənini tərk etməyə məcbur olmuşlar. 
Bundan sonra Avesta uzun müddət unudulmuşdu. 
Fransız tədqiqatçısı Anketil dü Perron Avestanın 
əlyazmasını üzə çıxarmış, fransız dilinə tərcümə etmiş və 
1771-
ci ildə çap etdirmişdi. 
Avesta e.ə. VII-VI əsrlərdə yazıya alınmasına 
baxmayaraq onun əsas ideyaları uzun müddət öz 
tərəfindən tərəfdarları arasında şifahi şəkildə yayılmış və
nəsillərdən-nəsillərə keçmişdi. Ümumiyyətlə, Avesta o 
dövrün bütün bilik sahələrini əhatə edən ensiklopedik 
əsər hesab oluna bilər. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin