80
ucqarlarındakı yerli hakim və canişinlərin separatizminin
güclənməsi ilə əlamətdardır. Onlardan hər biri mərkəzi
hakimiyyətin üzləşdiyi çətinliklərdən,
eləcə də idarə işini
boş
buraxmasından
istifadə
edərək
ayrılmağa,
yarımmüstəqil və yaxud müstəqil dövlət qurumu
yaratmağa can atırdı. Belə hakim və canişinlər ilk
növbədə xəlifə xəzinəsinə göndərdikləri vergilərin
məbləğini azaltmağa başlayır, sonra isə bu işi tamam
dayandırırdılar. Əgər onlar daha zəif qonşuların mülklərini
öz ərazilərinə birləşdirə, güclü qoşun yaradıb,
onlara
qarşı göndərilən nizami xəlifə ordularını məğlub edə
bilirdilərsə, xəlifələr onların öz vilayətlərində tamhüquqlu
sahib kimi fəaliyyətini etiraf edir, öz adlarının isə yalnız
xütbələrdə xatırlanması ilə kifayətlənirdilər.
Mərkəzi hakimiyyətdən birinci olaraq Mərakeş,
Əlcəzair, Tunis və Liviya ayrıldı. 788 və 800-cü illərdə
həmin ərazilərdə İdrisilər, sonra
isə Əqləbilər sülaləsi
möhkəmləndi. 20 il sonra Yəməndə Zeydilər, Xorasanda
Tahirilər və başqa bu kimi dövlətlər meydana gəldi. 861-
ci ildə xəlifə əl-Mütəvəkkil öldürüldükdən sonra babəkilər
hərəkatının təsirilə artıq tamam zəifləmiş Xilafətin
parçalanması prosesi yenidən başlanır: Təbəristanda
Ələvilər, İranda Səffarilər, Misirdə Tulunilər, Xorasan və
Orta Asiyada S
amanilər dövlətləri yaranır.
Şirvanşah Məzyədilər dövləti. VI
yüzilin
əvvəllərində alban arşakilər sülaləsinin Sasanilər
tərəfindən ləğvi qədim Şirvan torpağında, Şabrançay və
Gilgilçay
hövzələri
ərazisində
"Şirvanşah"
titullu
hakimlərin idarə etdiyi yeni qurumun təşəkkülü üçün
zəmin yaratdı.
Xilafətin bütün Qafqaz mülklərini idarə edən,
"Şirvan məliki" titulunu daşıyan ilk rəsmi Şirvan hökmdarı
ərəb
rəbiə qəbiləsinin
Şeyban nəslindən olan Yəzid ibn
Məzyəd əş-Şeybani olmuşdur.
81
Yəzid ibn Məzyədin oğulları Əsəd,
Xalid və
Məhəmmədin, eləcə də nəvələrinin fəaliyyəti Xilafətin bu
bölgəsi ilə bilavasitə bağlı olmuşdur. Onların adına
kəsilmiş pullardan görünür ki, böyük oğlu Əsəd çox
güman, 802-ci ilədək, Məhəmməd isə 803-cü ilədək
burada hakimlik etmişlər. Məhəmməd Şamaxı qalasını
ələ keçirmiş, sonralar həmin qalada onun övladları
yaşamışdır.
861-
ci ildə Şirvan hakimi Heysəm,
xəlifə əl-
Mütəvəkkilin öldürülməsi və türklərin fəaliyyəti ilə
əlaqədar Bağdadda baş verən qarışıqlıqdan istifadə
edərək, "Şirvan işlərində müstəqilləşdi" və Məzyədilər
arasında ilk dəfə qədim "Şirvanşah" titulunu qəbul etdi;
onun qardaşı Yəzid isə Layzanşah oldu.
Təxminən 913-914-cü illərdə rusların Abşeronun
sahilinə və Bakıya hücumu nəticəsində "minlərlə
müsəlman öldürüldü və suya batırıldı".
Bu və bundan
əvvəlki hərbi uğursuzluqlar Şirvanşah Əli ibn Heysəmin
nüfuzuna ağır zərbə vurdu. Qoşununun xeyli hissəsinin
məhvi Şirvan dövlətini zəiflətdi və hicri 305 (917) - ci ildə
Şirvanşahın devrilməsi ilə nəticələndi. Layzan vilayətini
idarə edən "layzanşah" titullu yaxın qohumu Əbu Tahir
Yəzid ibn Məhəmməd hökmdara qarşı çıxaraq, onu və
ailəsini qətlə yetirdi; Şirvan taxtına sahib olan Əbu Tahir
Yəzid Şirvanı Layzanla birlikdə öz hakimiyyəti altında
birləşdirərək "Şirvanşah" titulunu mənimsədi.
1066-
cı ildə Şirvanda əhali arasında çıxışlar oldu.
Güman etmək olar ki, Şirvanlıların bu çıxışları hökmdarın
ötən illərin xəracını tələb etməsilə əlaqədar baş vermişdi.
Fəribürz üsyançıları əzmək
üçün həmin illər Şirvan
ordusunda xidmət edən muzdlu döyüşçülər dəstəsindən
istifadə etdi.
1066-
cı ildən başlayaraq hələ həmin əsrin 30-cu
illərində ayrı-ayrı dəstələrlə Şirvana müdaxilə edən oğuz
82
türkləri ölkəyə hücum edərək, köç yerlərini qarət etdilər
və böyük qənimətlə geri qayıtdılar. Belə hücumların
qarşısını almaq üçün Fəribürz böyük məbləğdə bac
verməli olurdu. Həmin ilin sonunda türklərin başçısı Qara
Tegin Şirvana ikinci dəfə yürüş etdi. Mühasirə olunmuş
Yəzidiyyənin ətrafları, sonra isə Bakı
talan və qarətlərə
məruz qaldı.
1067-
ci ilin sonunda Səlcuq soltanı Alp Arslan
Arran və Şirvan ərazilərinə daxil oldu. Onun bu
müdaxiləsi hadisələrin gedişində yeni mərhələ demək idi.
Fəribürz Şəddadi hakimi Fəzlin yolu ilə gedərək, soltana
hədiyyələr verdi, öz xidmətini təklif etdi və əvəzində Alp
Arslanın himayəçiliyi üçün təminat aldı.
Lakin Şirvanı vassal tabeliyə salmış səlcuqilər
Şirvanşahların hakimiyyətini zəiflədə bilmədilər. Artıq XI
əsrin sonunda Şirvanda siyasi yüksəlişin başlanğıcı
nəzərə çarpırdı. Bu yüksəliş XII əsrədək davam etdi. XII
yüzillikdə Şirvanşahlar dövləti özünün çiçəklənmə
dövrünə qədəm qoydu.
Dostları ilə paylaş: