Азярбайжан республикасы дахили ишляр назирлийи


Atab əylər dövlətində idarəçilik sistemi



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə33/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   29   30   31   32   33   34   35   36   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Atab
əylər dövlətində idarəçilik sistemi. 1161-ci 
ild
ə soltan Süleyman şahın taxtdan salınmasından sonra 
Eld
ənizin himayəsində olan Arslanşah soltan elan edildi. 


97 
Yeni soltanın atabəyi "böyük atabəy" ləqəbi aldı. 
Bel
əliklə, Şəmsəddin Eldəniz İraq soltanlığının həqiqi 
başçısına çevrildi. Soltan Arslanşah isə, yuxarıda qeyd 
etdiyimiz kimi, dövlətin yalnız formal başçısı idi. Bu 
zamandan etibar
ən "vəliəhd Şahzadənin tərbiyəçisi" 
m
ənasını daşıyan "atabəy" ləqəbi ilkin anlamını itirərək, 
yeni m
əzmun kəsb etdi, hökmdarın ali tituluna çevrildi. Bu 
sözü adi mənasından fərqləndirmək üçün isə ləqəbə "ən 
böyük, əzəmətli" (əl-əzəm) sözü artırıldı. Atabəy 
əmirlərin, iqta sahiblərinin, valilərin süzereni idi və feodal 
iyerarxiyasında daha yüksək pillə tutur, formal olaraq 
soltandan sonra ikinci adam hesab edilirdi.
Az
ərbaycan Atabəylərinin dövlət aparatında 
atab
əydən sonra ikinci Şəxs vəzir idi. Bütün bürokratik 
aparatın rəhbəri sayılan vəzir dövlət başçısının birinci 
müşaviri idi. Atabəylərin vəzirləri də səlcuq soltanlarının 
v
əzirləri kimi bir qayda olaraq milliyyətcə türk deyil, 
m
əmurlar mühitinin ərəb-fars mənşəli qulluqçularından 
olurdular. İnzibati-maliyyə aparatındakı qalan vəzifələri də 
qeyri-
türklər tutmuşdu. Ali dövlət məmuru olan vəzir 
yalnız hökmdar qarşısında məsuliyyət daşıyırdı. 
Divanxana işçilərinin (əshab əd-divan) başçısı olan vəzir 
m
əmurları 
vəzifəyə 
t
əyin 
etm
ək 
v
ə 
v
əzifədən 
k
ənarlaşdırmaq, təqaüdləri (ərzaq) və məvacibləri 
müəyyənləşdirmək, vergi idarəsinə və xəzinəyə nəzarət 
etm
ək hüquqlarına malik idi.
Dövlət əhəmiyyətli üçüncü vəzifə "böyük" və yaxud 
"ulu hacib" v
əzifəsi idi. Bu mühüm vəzifəni icra edən 
Şəxs əmir əl-hacib əl-kəbir və yaxud hacib əl-xass əl-

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin