109
divarlarını dağıdıb tuta bilmədilər.
Şəhər əhalisindən bir
hissəsi düşmənin salamat keçməmək üçün öz evlərinə,
əşyalarına od vurub, özlərini də yandırdılar.
Monqollar şəhər ələ alıb, adamları qılıncdan
keçirdilər. Əhalinin kiçik bir hissəsi salamat qaldı.
Monqollar həmin adamlara uçulub dağılmış xarabaların
yerini qazdıraraq dəfinə axtardılar. Beləliklə, Gəncə
şəhəri tam dörd ilə xaraba vəziyyətində qaldı. Ətrafdakı
qala istisna ol
maqla, bu müddətdən sonra monqollar
icazə verdilər ki, şəhər yenidən bərpa edilsin. Gəncədən
başqa Şəmkirdə də əhali monqollara qarşı müqavimət
göstərdi. Monqollar qışı
Muğan və Mil düzündə keçirib,
yazdı və yayda işğalları davam etdirirdilər. 1236-cı ildə
monqol sərkərdəsi Mular noyon Şəmkiri mühasirəyə aldı.
Şəhər hakimi Bəhram müdafiəni təşkil etmək istəmədi.
Şəhərin müdafiəsini xalq özü təşkil etdi. Lakin onların
ciddi səyin baxmayaraq məğlub oldular. Monqollar 1239-
cu ildə Dərbəndi tutmaqla Azərbaycanın işğalını başa
çatdırdılar.
Böyük monqol xanı Munkə 1253-cü ildə qurultayda
(buraya iri sülalələrin və hərbi-köçəri əyanların
nümayəndələri
toplanmışdı.
Monqolustandakı
Qaraqorum şəhərində keçirilirdi) qərara aldı ki, Qərb
torpaqlarına və Qabaq Asiyaya Munkənin qardaşı Hülakü
xanın rəhbərliyi ilə qoşun göndərilsin. Bu zaman
Azərbaycan, Gürcüstan, Iran Iraqında monqol canişini
Arqun ağa hakim idi. O, Elxanilər dövlətinin təşkilinə
qədər iri feodal hakim kimi yaşayaraq öz müstəqilliyini
şaxlaya bilmişdi. Hülakü xan köçəri feodalların köməkliyi
ilə yerli feodalların müqavimətini qırıb, özünə tabe edərək
güclü bir dövlət yaratdı ki, bu Elxanilər və ya Hülakülər
dövləti kimi uzun müddət yaşaya bildi. Elxanilər dövlətinin
təşkilatçısı Hülakü xan Tuluy xanın oğlu, Çingiz xanın
nəvəsi idi. Hülakü xan 1254-cü ildə öz arvadı, oğlanları
110
(Abaka xan və Yuşmut xan)
ilə birlikdə əmirlərin,
noyonların və köçəri əyanların müşayiəti ilə 120 min
nəfər qoşunla qardaşı Munkenin tapşırığın yerinə
yetirmək məqsədilə Qərbə tərəf hərəkət etdi. Bu
ekspedisiyanın məqsədi, vəzifəsi Iran, Ərəb, Iraqı,
Suriyanın işğalını başa çatdırmaq idi. 1256-1257-ci illərdə
Iran və Azərbaycan tabe edildi. 1258-cü il in fevralında
Hülakü və onun sərkərdəsi Baqı Baqdadı aldılar. Qırğın
40 gün davam etdi, şəhər xarabaya çevrildi. Abbasilər
sülaləsinin (750-1258) 508 ilik hakimiyyətinə son
qoyuldu. Bu qələbədən sonra Hülakü köçəri feodalların
köməkliyi ilə yerli hakimlərə qarşı müharibələr apardı. O,
Suriyaya yürüş edərək Miyafarik, Hələb, Şam, Erbil,
Mardin kimi iri varlı şəhərləri ələ keçirdi. Monqollar həmin
şəhərlərin əhalisini amansız surətdə qarət etdilər.
Monqol hərbi köçəri əyanları
işğal olunmuş ölkələrdən
hədsiz-hesabsız qənimət ələ keçirərək varlandılar.
Qabiliyyətli yürüşlərdən sonra Hülakünün yaratdığı
böyük dövlətə Azərbaycandan əlavə, Ərəb Iraqı, Iran
Iraqı, Kerman, Gürcüstan, Rum (Kiçik Asiya)
Ermənistan, Kürdüstan, Fars, Xuzistan, Xorasan və bir
sıra başqa vilayətlər daxil idi. Beləliklə,
beşinci monqol
ulusu-
Hülakülər dövləti yarandı. Bu dövlətin hökmdarları
Elxan rütbəsi daşıyırdı. Azərbaycan Hülakü dövlətinin
siyasi və inzibati mərkəzinə çevrildi. Hülakü xanın
vaxtında Elxanilərin mərkəzi iqamətgahı Marağa şəhəri
idi. Onun oğlu Abaqa xanın vaxtında mərkəzi Təbriz
şəhəri
oldu.
Təkcə
Azərbaycanın
şimalındakı
şirvanşahlar dövləti öz yardım müstəqilliyini saxlaya
bilmişdi. Şirvanşah Fəribürz Hülakülərin vassalı kimi taxt-
tacını saxlaya bildi.
Azərbaycan Qızıl ordu xanı ilə hülakülər dövləti
arasında döyüş meydanına çevrildi. Qızılı ordulular
111
Azərbaycana 1262, 1265, 1290, 1318 və 1335-ci illərdə 6
dəfə basqın etdilər.
1313-
cü ildə Qızıl Ordu xanı Azərbaycana gəldi.
Əbu Səidin sərkərəsi əmir çoban onu geri qaytardı.
Özbək 1335-ci ildə bir də Azərbaycana gəldi. Onun
qoşunları məğlub olub şimali Qafqaza geri çəkildi.
Dostları ilə paylaş: