Atabəylər dövləti. Böyük Səlcuq soltanlarının
hakimiyyəti illərində (1092-1157) mahiyyətcə biri
digərindən
asılı
olmayan
ayrı-ayrı
soltanlıqlara
parçalanmış Səlcuq dövlətinin tənəzzülü baş verdi.
Səlcuqilər dövlətinin tənəzzülü dövründə yaranmış
müstəqil soltanlıqlar öz növbəsində yeni tipli dövlət
b
irliklərini doğurdu. Bu dövlətlərin yaradıcıları Səlcuq
soltanlarının sabiq kölələri (məmlüklər) idilər. Həmin
93
adamlar adətən Səlcuqilərin vəliəhd Şahzadələrinin
"atabəy" (yəni "hökmdar-ata") titullu tərbiyəçiləri olurdular.
Zaman keçdikcə atabəylər gücləndilər və qəyyumluq
etdikləri Şəxslərin yalnız adda başcılıq etdikləri
dövlətlərin taleyini müəyyənləşdirən faktiki hökmdarlara
çevrildilər. Soltanlar hakimiyyətin yalnız zahiri əlamətlərini
mühafizə etmişdilər: onların adları sikkələr üzərində zərb
edilir,
cümə xütbələrində çəkilirdi.
1136-
cı ildə soltan Məsud Arranı iqta kimi atabəy
Şəmsəddin Eldənizə bağışladı. İqamətgahı Bərdədə
yerləşən Eldəniz tezliklə yerli əmirləri tərəfinə çəkdi, özü
də soltana xidmət asılılığından çıxdı. Tədricən o, demək
olar ki,
bütün Azərbaycana yiyələndi və xırda hakimləri
özünə tabe etdirdi.
Həmin dövrün mənbələri Eldənizi cəsur döyüşçü
və ağıllı siyasi xadim kimi təqdim edirlər. Fəaliyyətinin
başlanğıcında o, soltana və onun ailəsinə sədaqəti ilə
seçilir, bununla yanaşı, fürsəti əldən verməməyə çalışırdı.
Nəhayət, 1160-cı ildə əmirlərin qəsdi nəticəsində soltan
Süleymanşah devrilərək öldürüldükdən, soltan taxt-tacına
Eldənizin
qəyyumluq
etdiyi
oğulluğu
Arslanşah
çıxarıldıqdan sonra bu fürsət saatı yetişdi. Atabəy
Şəmsəddin Eldəniz İraq soltanlığı taxtının gerçək sahibi
oldu, soltan Arslanşah isə olsa-olsa onun iradəsinin müti
icraçısına çevrildi. Bu zamandan etibarən "böyük atabəy"
adlandırılan Şəmsəddin yeni dövlət hakimiyyətinin
nüfuzunu möhkəmləndirməyə başladı. O, özünəməxsus
diarxiyanın (ikihakimiyyətliliyin) yaradıcısına çevrildi.
Soltan dövlət başçısı rolunun formal icrası ilə
məhdudlaşdırılmış şəxs oldu; qoşunlara özü başçılıq
edən atabəy isə dövlət vəsaitləri üzərində nəzarəti öz
əlində cəmləşdirmiş, vassalların gerçək süzereni
olmuşdu.
94
1175-
ci ilin avqustunda atabəy Eldənizin, soltan
Arslanşahın, Xilat hakimi Şah Ərmənin və Diyarbəkr
hakiminin birləşmiş qüvvələri Cahan Pəhləvanın başçılığı
altında gürcülərə qarşı daha bir yürüş etdilər. Ravəndinin
məlumatına
görə,
gürcülər
"məğlub
edildilər,
müsəlmanlar isə elə bir qələbə qazandılar ki, beləsini
kimsə xatırlaya bilmirdi".
Şəmsəddin
Eldənizin
ölümündən
sonra
hakimiyyətə onun oğlu Məhəmməd Cahan Pəhləvanın
(1175
– 1186) gəldi. O, Səlcuq sultanı III Toğrulun
(1176
– 1194) atabəyi idi. Tez bir zamanda rəqiblərinə
qalib gələn Cahan Pəhləvan dövləti daha da
möhkəmləndirdi.
Cahan Pəhləvanın özü qardaşı Qızıl Arslanı
Azərbaycan və Arranda canişin vəzifəsinə təyin edərək,
Həmədana
gedir,
mərkəzi
hakimiyyətin
möhkəmləndirilməsi üçün mühüm tədbirlər görməyə
başlayır. O, itaətsizlik göstərən əmirləri, xüsusilə İran
(əcəm) İraqı əmirlərini ram edir, fərsiz qoşun başçılarını
və məmurları vəzifəsindən uzaqlaşdırır, onları özünə
sadiq şəxslərlə əvəz edirdi. Ən mühüm dövlət vəzifələrinə
yetmişə yaxın şəxsi məmlükünü təyin edən atabəy
onların hər birinə iqta payı kimi müəyyən vilayəti və ya
şəhəri vermişdi. Öz məmlüklərinin köməyilə dövlət
idarəçiliyinin özünəməxsus sistemini meydana çıxartmış
Cahan Pəhləvan məmlük elitasını yaratdı; bu elita
atabəyin ölümündən 30 il sonra da ictimai-siyasi
hadisələrdə aparıcı rol oynayırdı.
Cahan Pəhləvan istər xəlifə əl-Müstədi, istərsə də
Abbasi xəlifələri arasında ən qüdrətli hökmdarlardan biri
olan ən-Nasirlə (1180-1225) elə münasibətlər saxlayırdı
ki, bu münasibətlər ona müsəlmanların ruhani başçısına
hörmət pərdəsi altında Bağdaddan asılı olmayan siyasət
95
yeritmək imkanı verir, xəlifənin onun dövlətinin daxili
işlərinə qarışmasının qarşısını alırdı.
Misirin və Suriyanın məşhur hökmdarı, Əyyubilər
sülaləsinin banisi Səlahəddin Yusifin (1169-1193) böyük
fəallıq göstərdiyi qərb sərhədlərində asayişi təmin etmək
atabəy Cahan Pəhləvanın xarici siyasətində ən çətin
problemlərdən biri idi. Səlahəddinin İraq Səlcuqilərinin
hakimiyyəti altında olan vilayətlərə hücumları nəticəsində
meydana çıxan mübahisəli məsələlərdə Cahan Pəhləvan
dəfələrlə barışdırıcı və vasitəçi olmuş, himayəsi altında
olanlara hərbi kömək göstərmişdi.
Qızıl Arslan xəlifədən kömək alaraq Həmədanı
tutmağa nail oldu. III Toğrula qarşı mübarizəni daha da
fəallaşdıran Qızıl Arslan İnanc xatunun oğulları ilə barışıq
imzalayır, onları öz yanında xidmətə götürür və nəhayət
mərhum qardaşının dul qalmış arvadı İnanc xatunla
evlənir. 1190-cı ildə Həmədan yaxınlığında baş verən
son döyüşdə soltan qoşunları yenidən məğlub edilir,
soltan özü isə əli qandallı Azərbaycan qalalarının birinə
salınır.
1191-
ci ildə burada xəlifənin adından onun
ünvanına xütbə oxunur. Beləliklə, İraq soltanlığının
mütləq hakiminə çevrilən Qızıl Arslan Azərbaycan, Arran,
Həmədan, Rey vilayətlərinə, həmin vilayətlərə bitişik olan
ərazilərə sahib olur. Fars və Xuzistan hakimləri isə bir
vassal kimi ona tabe edilir.
Lakin, Qızıl Arslana qarşı qəsd təşkil olundu 1191-
ci ilin sentyabr ayında Qızıl Arslan öldürüldü.
İraqdakı vəziyyətin qeyri-müəyyənliyindən istifadə
edən xarəzmşah Təkişin qoşunları 1193-cü Reyi və
Təbarək qalasını tutdu. 1194-cü ilin martında az qüvvə ilə
xarəzmlilərin Rey yaxınlığındakı ön dəstəsinə hücum
edən III Toğrul döyüşdə öldürüldü, beləliklə İraq Səlcuq
s
ultanlığı süqut etdi.
96
1194-
cü ilin iyununda Şəmkir yaxınlığında baş
verən döyüşdə atabəy Əbubəkr Əmir Əmiran Ömər
tərəfindən
məğlubiyyətə
uğradıldı.
Beyləqan
yaxınlığındakı döyüşdən sonra, gürcü-şirvan qoşunları
Gəncəyə yaxınlaşıb, şəhər əhalisindən təslim olmağı
tələb edirlər.
Əbubəkrin
hakimiyyəti
dövründə
“məmlük
dövrü”nün başlaması ilə əlaqədar Atabəylər Fars İraqını
itirdilər.
Bu zaman gürcü qoşunları İvane Mxarqrdzelinin
başçılığı altında Gəncəni mühasirəyə alırlar. Gürcü
hökmdarı Tamara və şirvanşah I Axsitan da buraya
gəlirlər. 25 günlük mühasirədən sonra Gəncə şəhərini
tuta bilməyən gürcülər mühasirədən əl çəkərək
Naxçıvana doğru hərəkət edirlər.
1202-1203-
cü illərdə gürcü qoşunları Azərbaycan
atabəylərinin tabeliyində olan Dvin şəhərinə hücum edib,
uzun sürməyən mühasirədən sonra onu ələ keçirirlər.
1210-
cu ildə atabəy Əbubəkr vəfat edir. Əbubəkrin
ölümündən sonra onun tabeliyində olan mülkləri qardaşı
Müzəffərəddin Özbək idarə etməyə başlayır. Onun
hakimiyyətinin ilk ilində (1210-1211) gürcü qoşunları
yenidən Azərbaycana hücum edirlər.
Özbək Fars İraqında hakimiyyətini bərpa etmək
üçün cəhd göstərsə də, Xarəzmşah Əlaəddin
Məhəmməd tərəfindən 1215-ci ildə məğlubiyyətə
uğradıldı.
Beləliklə, XII əsrin sonu-XIII əsrin əvvəllərində baş
verən aramsız feodal çəkişmələri, xarici hücumlar və baş
vermiş iqtisadi tənəzzül nəticəsində Azərbaycan
Atabəyləri dövləti tənəzzül etdi.
Dostları ilə paylaş: |