Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə28/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   24   25   26   27   28   29   30   31   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Şəddadilər dövləti. Azərbaycanın və bir sıra 
qonşu ölkələrin hərbi-siyasi tarixində fəal rol oynamış 
Şəddadilər sülaləsi X əsrin ortalarından XII əsrin 
sonunadək Cənubi Qafqazın Gəncə, Naxçıvan, Dvin və 
Ani əmirliklərində hakimiyyət başında olmuşlar. Sülalənin 
banisi Məhəmməd ibn Şəddad salari hökmdarı Mərzban 
ibn Məhəmmədin həbs olunmasından sonra yaranmış 
vəziyyətdən istifadə edərək 951-ci ildə, Mərzbanın 
tabeçiliyində olan Dvin (Dəbil) Şəhərini ələ keçirib Dəbil 
əmirliyinin əsasını qoymuşdu.
Ləşkəri ibn Məhəmməd 971 -ci ildə Gəncənin 
idarəsini ələ alaraq, sülaləsinin hakimiyyətinin əsasını 
qoyur. 979-
cu ildə Ləşkəri vəfat edir. Özündən sonra 
Gəncə taxtında kiçik qardaşı Fəzli görmək istəyən 
Ləşkərinin istəyinə rəğmən hakimiyyət Məhəmməd ibn 
Şəddadın ortancıl oğlu Mərzbanın əlinə keçdi.
Onun 
bacarıqsız siyasəti əvvəllər Şəddadilərin 
itaətində olan bir çox vilayətlərin itirilməsinə səbəb oldu.
985-
ci ildə Fəzl hakimiyyətə keçdi. Fəzl Şirvana, 
Gürcüstana və Ermənistana dəfələrlə uğurlu yürüşlər 
edir, Arranda müstəqil hakimlik etməyə çalışan feodal 


87 
mülkləri, o cümlədən Bərdəni, Beyləqanı, Xaçını, Süniki, 
Gorusu, Naxçıvanı, Dvini və b. yerləri yenidən öz 
mülklərinə birləşdirir, Ermənistanın bir neçə vilayətini tabe 
edərək, ildə 3 min dinar məbləğində vergi təyin edir.
Fəzldən sonra hakimiyyətə gəlmiş Əbülfəth Musa 
ibn Fəzlin qısamüddətli (1031-1034) dövrü haqqında 
mənbələr çox az məlumat verir. 1033/34-cü ildə Əbülfəth 
Musanın oğlu Əbülhəsən Əli Ləşkəri atasının əleyhinə 
qəsd təşkil edərək onu öldürmüş və hakimiyyəti ələ 
keçirmişdi. Onun 15 illik hakimiyyəti səlcuqlara, oğuzlara, 
ermənilərə, gürcülərə qarşı döyüşlərdə keçmişdi. II 
Ləşkərinin hərbi-siyasi fəaliyyəti yalnız tarixi mənbələrdə 
deyil, onun saray şairi Qətran Təbrizinin qəsidələrində də 
öz əksini tapmışdır.
Şavurun hakimiyyət illəri Cənubi Qafqazın Səlcuq 
soltanları tərəfindən işğalı zamanına təsadüf edir. Tarixçi 
Münəccimbaşıya görə, soltan Alp Arslan Arranla 
həmsərhəd olan bir sıra qalaları ələ keçirərək, onları 
Şəddadi hökmdarı Şavurun ixtiyarına vermişdi. Bölgədəki 
lider mövqeyini möhkəmlətməyə çalışan Şavur 1065-ci 
ildə ermənilərin və bizanslıların torpaqlarına soxularaq, 
Ani şəhərinə yetişmiş, öz vergi yığanlarını orada qoymuş, 
onları hər cür sursatla təmin etmişdi.
1068-
ci ilin əvvəlində Gürcüstana yürüş edən 
soltan Alp Arslan gürcü hökmdarı IV Baqratın və Cəfərilər 
sülaləsindən olan Tiflis əmirinin soltana itaət andını qəbul 
edir. Alp Arslan müttəfiqi olan Şavurun varisi, hakimiyyətə 
1067-
ci ildə, atasının ölümündən sonra gəlmiş II Fəzli 
özünün Tiflis və Rustavidəki atabəyi təyin edir.
1075-
ci ildə öz təbəələri sırasında güclü, qüdrətli 
dövlətin olmasını istəməyən Səlcuqilər Şəddadilər 
dövlətinə son qoymaq qərarına gəlirlər. Hakimiyyətdən 
kənar olunmuş Fəzlun, az sonra isə atası II Fəzl 
Səlcuqilər tərəfindən əsir alınırlar. Mənbələrdə Fəzlunun 


88 
hakimiyyətinin son illəri haqqında çox ziddiyyətli və adda-
budda məlumat vardır. XI yüzilin anonim gürcü 
mənbəyinə görə, Fəzlun 1088-ci ilədək Səlcuqilər 
əleyhinə mübarizə etmiş, nəhayət həbs olunaraq 
Bağdada aparılmış və 1091-ci ildə orada ölmüşdür. 
Fəzlunun Bağdadda əsirlikdə öldüyünü İbn əl-Əsir də 
təsdiq edir.
Beləliklə, Şəddadilər dövlətinin ən mühüm əmirliyi 
olan Arran-
Naxçıvan-Gəncə əmirliyi süqut edir.
Yalnız Ani və Dvində Şəddadilər sülaləsinə 
mənsub əmirlər Səlcuqilərin vassalı kimi hələ də fəaliyyət 
göstərirdilər. Mənuçehrdən sonra onun nəsli təqribən 
hələ 130 il Anidə hakimiyyətdə qalmış və nəhayət, bu 
Şəhər gürcülərin əlinə keçmişdi. Dvin Şəddadiləri isə 
1130-
cu ildə Səlcuqilərin zərbələri nəticəsində süqut 
etmişdilər. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin