86
Arslan, Xoy kimi basılmaz şəhərləri daimi nəzarət altında
saxlamağa çalışırdı.
1065-
ci ildə əmir Məmlan Alp Arslan tərəfindən
hakimiyyətdən kənar edilir. Səlcuq əmirlərindən biri
Təbriz hakimi təyin edilir. Bizans qoşunları üzərində
1071-
ci ildə qazanılan çox mühüm qələbədən sonra isə
Alp Arslan Məmlanın uşaqlarını da zindana saldırır.
Beləliklə, Rəvvadilər sülaləsi Səlcuqilərin əli ilə
siyasi fəaliyyətlərinə uzun müddət ara verirlər.
Yalnız Marağada Əhmədilinin qulamı Ağsunqur
hakimiyyəti əlində saxlaya bilir. Rəvvadilərin davamı olan
Ağsunquri hakimləri atabəy titulunu daşımış, öz mülklərini
monqol işğalınadək əllərində saxlaya bilmişlər.
Dostları ilə paylaş: