Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə26/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   22   23   24   25   26   27   28   29   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Sacilər 
dövləti. 
Xilafətin 
zəifləməyə 
və 
parçalanmağa 
başladığı 
bu 
dövrdə 
Azərbaycan 
ərazisində Sacilər sülaləsinin yaratdığı yeni dövlət 
meydana gəldi. Sülalənin Usruşanadakı (Orta Asiya) 
Cankəkət adlı dağ kəndindən çıxan banisi Əbu-s-Sac 
Divdad ibn Yusif ibn Divdast, mənbələrin məlumatına 
görə, "Afşin" titullu türk əmirləri nəslindən olan adlı-sanlı 
sərkərdə idi. 
889/90-
cı ildə xəlifə Əbu-s-Sacın böyük oğlu 
Məhəmməd ibn Əbu-s-Sacı Cibəlin, daha sonra isə ilk 
dəfə olaraq Azərbaycanın hakimi təyin etdi. Lakin Marağa 
hakimi Abdullah ibn əl-Hüseyn əl-Həmədani onu şəhərə 
buraxmaq istəmədi. Məhəmməd uzun sürən döyüşlərdən 
və mühasirədən sonra Marağanı tuta bildi.


83 
Xilafətin Azərbaycan və Ərminiyə vilayətlərində 
möhkəmlənmiş Sacilər qərbdə Ani və Dvindən Şərqdə 
Xəzər dənizinədək, cənubda Zəncandan Şimalda 
Dərbəndədək olan böyük bir ərazini özlərinə tabe etdilər. 
Bu geniş ərazidə olan vilayətlərin yerli və yerliləşmiş 
hakimləri (Şirvan, Şəki, Xaçın, Sünik və s.) Sacilərə vergi 
ödəyirdilər.
Məhəmməd ibn Əbu-s-Sacdan sonra hakimiyyətdə 
olan Yusif Şimal sərhədlərinin, xüsusilə Dərbənd 
keçidinin möhkəmləndirilməsinə böyük diqqət yetirirdi. 
Çünki müdaxilələr əsasən bu keçiddən olurdu. 
Yusif 912-
ci ilədək Xilafətə 120 min dinar 
məbləğində illik vergi məhz ödəyirdi. Həmin il Xilafətdə 
yaranmış hərc-mərclikdən istifadə edən Yusif verginin 
ödənilməsini dayandırır. Beləliklə, Yusifin əlində böyük 
sərvət toplanır, onun qüdrəti artır. Bu isə Yusifi mərkəzi 
hakimiyyətlə üzülüşməyə, bir qədər sonra isə Xilafətə 
qarşı qoşun çıxarmağa sövq edir.
Yusif 927-
ci ildə öldürülür. Beləliklə, Azərbaycan 
torpaqlarını ilk dəfə vahid dövlət hüdudlarında birləşdirən 
Yusif ibn Əbu-s-Sacın müstəqil hakimiyyəti sona çatır. 
Yusifdən sonra onun qardaşı oğlu, cəmi il yarım taxt-tac 
sahibi olmuş Əbülmüsafir əl-Fəth ibn Məhəmməd 
Azərbaycan hakimi təyin edilir. Əl-Fəthdən sonra 
hakimiyyət Sacilərin qulamı Vasif əs-Sirvaninin əlinə 
keçir. Lakin o, öz hakimiyyətini heç də Sacilərin bütün 
mülklərində möhkəmləndirə bilmir. Vasif əs-Sirvanidən 
başlayaraq Azərbaycanı artıq Sacilər sülaləsinin 
bilavasitə üzvləri deyil, bu sülalənin qulamları idarə 
etmişlər. Vasifdən sonra Yusifin keçmiş qulamı və 
sərkərdəsi Muflih Azərbaycan hakimi oldu. Mənbələrdə 
Mufl
ihin birləşmiş erməni-Bizans qüvvələrinə qarşı böyük 
qoşunla çıxış etməsi haqqında da məlumat vardır.


84 
932-
ci ildə Azərbaycanda Muflih ilə Yusifin başqa 
əmiri - Deysəm ibn İbrahim ibn Şadluyə (Balduyə) 
arasında hakimiyyət uğrunda güclənən mübarizə 941-ci 
i
lədək dövləti idarə edən Deysəmin qələbəsi ilə 
nəticələnir. Bunu onun adına Bərdə, Ərdəbil və Dəbil 
şəhərlərində zərb olunmuş sikkələr də sübut edir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin