Азярбайжан республикасы дахили ишляр назирлийи


Xürrəmilər hərəkatı. Babəkin başçılığı ilə ərəb



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə24/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   20   21   22   23   24   25   26   27   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Xürrəmilər hərəkatı. Babəkin başçılığı ilə ərəb 
zülmünə qarşı azadlıq mübarizəsi. Azərbaycan xalqı 
əsrlər boyu xarici işğalçılara və yerli feodal zülmünə qarşı 
qəhrəmancasına mübarizə aparmışdır. Azadlıq uğrunda 
mübarizənin ən parlaq səhifələrindən biriri VIII-IX 
əsrlərdə Azərbaycan xalqının ərəb işğalçılarına qarşı 
azadlıq hərəkatı təşkil edir. 


71 
VIII əsrin 70-90-cı illərində Azərbaycanın ayrı-ayrı 
yerlərində işğalçılara qarşı qalxan üsyanlar nəhayət IX 
əsrin birinci qərinəsində böyük xalq hərəkatına çevrilərək 
öz miqyası və vüsəti ilə xilafəti lərzəyə salmışdır. 
Xürrəmilər hərəkatı orta əsrlərdən baş vermiş böyük 
kəndli müharibələrindən təsir dairəsi, miqyası və genişliyi 
ilə fərqlənirdi. Xalqı əsarətdə saxlayan istilaçıları və yerli 
feodal zülmünə qarşı çevrilmiş bu hərəkata xalq 
qəhrəmanı Babək rəhbərlik etmişdir.
Xürrəmilərin təlimi yalnız Azərbaycanda deyil, Orta 
Asiya və Iranda xalq hərəkatı üçün ideoloji bir don 
olmuşdur. Məzdəkilərin ideyaları xürrəmilərə böyük təsir 
göstərmişdir. Xürrəmilər allah naminə kütlələrin məhkum 
vəziyyətə salınmasını təmin edən islamı və onun 
ehkamlarını rədd edirdilər. Onlar yerli Azərbaycan 
ayinlərini islama və onun ehkamlarına qarşı qoyurdular. 
Vahid allahı inkar edən xürrəmilər dünyanın daim 
mövcud olduğu kimi insanların ruhunun da daim 
yaşadığını göstərirdilər. Onlara görə dünyaa iki qüvvə 
xeyir və şər arasında mübarizə gedirdi. Bu mübarizədə 
xeyir qalib gəlir. Bu ideya zərdüştlükdən alınmışdır.
Yeni təlim bütün ədalətsizliklərin kökünü torpaq 
üzərində xüsusi mülkiyyətdə və ictimai bərabərsizlikdə 
görürdü. Onların süvari torpağı icmanın ixtiyarına vermək 
idi. Xürrəmilərin bərabərçilik uğrunda mübarizələri maddi 
nemətlərin insanlar arasında bərabər bölünməsi ideyası 
(onun) onları məzdəkilərdə yaxınlaşdırır. 
Xürrəmilər hərəkatı ilk orta əsrlər dövründə Yaxın 
Şərq və Orta Şərqdə islam dini, ərəb əsarəti və feodal 
zülmünə qarşı baş vermiş ən güclü üsyan idi. 
Xürrəmilər xilafətə qarşı 61 il mübarizə aparmışdır. 
Babəkə qədər xürrəmilər iki dəfə xilafətə qarşı üsyan 
qaldırmışdır. Onlar Mehdinin xəlifəliyi dövründə (775-785) 


72 
xilafəti ciddi surətdə narahat etmişdir. Onlar ilk dəfə 778-
ci ildə üsyan etdilər.
808-
ci ildə Azərbaycanda xürrəmilərin üsyanı 
başladı. Bu üsyan Həmədan və Rəyi də bürüdü. Xəlifə 
Harun ər-Rəşid sərkərdə Abdulla ibn Malikin başçılığı 
altında onlara qarşı on min atlı göndərdi. O, xürrəmilərin 
çoxunu qırdı, uşaq və qadınları qul kimi satdılar. Bundan 
sonra xürrəmilərin fəaliyyəti bir qədər zəiflədi. Bundan 
sonra xürrəmilərin fəaliyyəti bir qədər zəiflədi. Onların 
rəhbəri olan Cavidanla Əbu Imran öz şəxsi 
mübahisələrini həll etməklə məşğul oduqlarından 
xürrəmilər arasında birlik zəifləmişdi. Onlar Bəzz 
dağlarında yaşayan xürrəmilər dəstəsinə rəhbərlik etmək 
üstündə bir-biri ilə mübarizə aparırdılar. Bu mübarizə 
uzun müddət davam etmişdir. Nəticədə onların hər ikisi 
mübarizədə həlak olmuşdular. 816-da Cavidanın 
ölümündən sonra xürrəmilər hərəkatına onun şagirdi, 
xalq qəhrəmanı sərkərdə, siyasi xadim Babək başçılıq 
etmişdir. 
Babək xürrəmilərə rəhbərdik etdikdən sonra 
onlar
ın mübarizəsi daha geniş xarakter aldı. Xürrəmilərin 
əksəriyyəti Azərbaycanın və onun ətraf vilayətlərindən idi. 
Azərbaycanın kəndli kütlələri müəyyən dərəcədə 
zərdüştlük və məzdəkizmlə əlaqədar olaraq islamdan 
əvvəlki etiqadlarına itaət edirdilər. Cavidanın rəhbərlik 
etdiyi xürrəmilər xilafəti hərdən bir narahat edirdilər. Onun 
ölümündən sonra isə bu hərəkat xilafəti daha çox narahat 
etməyə başladı və Məmun qardaşlarının hakimiyyət 
uğrundakı mübarizələrindən məharətlə istifadə etdi. Ərəb 
mənbələrində qeyd edildiyi kimi xürrəmilərin əsas dayağı 
Bəzz qalası idi. Bəzz qalasının yerləşdiyi ərazi 
tədqiqatçılar arasında mübahisələrə səbəb olmuşdur. 
Bəziləri onun Ərdəbil yaxınlığında, bəziləri Talışda 
olduğunu qeyd edirdiər. Lakin Z.Bünyvadov daha etibarlı 


73 
dəlillərlə Bəzz qalasının şimaldan Araz çayı, Şərqdən 
Qarasu çayı, cənubdan Əhər çayı, qərbdən Hacılı çayı 
arasında – yəni Qaradağ ərazisində yerləşdiyini sübut 
edir. 
Babək xürrəmilərin rəhbərliyinə seçildiyi zaman 
onların sayı çox olmamışdır. Babək onlara silah paylayıb 
təlimatlandırdıqdan sonra evlərinə qayıdıb onun siqnalını 
gözləməyi tapşırdı. Siqnal veridikdə onlar xürrəmilərə 
köməyə gəlməli idilər. Bundan sonra Babək öz 
adamlarını Bəzzdən uzaqlara Azərbaycanın əyalətlərinə 
göndərir. Hərəkat geniş xarakter alır. Süvari və 
piyadalardan ibarət xalq qoşunları təşkil edilir. Ibn Nədim 
yazır: “Azərbaycan Arranın hər tərəfindən ərəblərdən 
narazı olan kəndlilər kütlə halında Babəkin yanına 
gəlməyə başlayır. Onun qoşun dəstələrinin sayı o qədər 
artmışdır ki, piyada hesaba alınmadan təkcə atlıların sayı 
20 min nəfər idi”. 
Üsyançıların əsas kütləsini kəndlilər, sənətkarlar 
və şəhər yoxsulları təşkil edirdi. Hətta ərəblərdən narazı
olan bəzi feodallar da bu üsyana qoşulmuşdular. Babək 
öz qoşununda möhkəm nizam-intizam yaratmışdı. 
Döyüşlərdə xürrəmilərə xalq içərisindən çıxmış İsma, əl-
Kürdi kimi sərkərdələr başçılıq edirdilər. 
Üsyan tezliklə geniş bir ərazini əhatə etdi. Üsyan 
Ermənistan, Xorasan, Həmədan, Isfəhan, Təbristan, 
Deyləm vilayətlərini də bürüdü. Əl-Mənsur Bağdadinin 
yazdığına görə Azərbaycan və Deyləmdə Babək 
tərəfdarlarının sayı 300 minə çatırdı. Həmçinin kürdlər və 
dağlıq ərazilərdə yaşayan bir çox tayfalar onun müttəfiqi 
idilər. Üsyanın genişləndiyi dövrdə Təbriz yaxınlığındakı
Şahi qalasının hakimi Məhəmməd ibn Bəis, alban feodalı 
Səhl ibn Sumbat Babəkə qoşulmuşdur. 
Üsyanların müvəffəqiyyətləri və xilafətin geniş 
ərazilərini tutmaları xəlifə Məmunu məcbur etdi ki, 


74 
qarşıda duran təhlükəyə ciddi fikir versin. 819-cu ildə 
xəlifə qoşunlarının xürrəmilərlə böyük vuruşmaları 
olmamış, yalnız yerli toqquşmalarla məhdudlaşmışdır. 
819-
da xəlifə Yəhya ibn Müazın komandanlığı altında 
Babəkə qarşı ilk nizami ordu göndərdi. Baş verən 
döyüşlərdə gah bu, gah da digər tərəf qalib gəlirdi. 
829-cu il iyunun 3-
də Haşdadsər dərəsində 
ərəblərlə xürrəmilər arasında əsas vuruşma oldu. Bu 
döyüşdə xürrəmilər 150 minlik ərəb ordusunu məğlub etdi 
və onlardan 30 mini döyüş meydanında qaldı. Hüveyd 
öldürüldü. Ərəb orusuna Ibrahim Leys komandan təyin 
edildi. Babək 830-da onu da məğlub etdi. 
Xürrəmilərin 830-cu ildə Həmədanı tutması xilafətə 
ağır zərbə oldu. Çünki beynəlxalq əhəmiyyəti olan 
xilafətin paytaxtını Şərq ölkələri ilə birəşdirən mühüm 
ticarət yolları buradan şərq torpaqlarının xilafətdən 
ayrılması təhlükəsi yaranmış oldu.
IX 
əsrin 30-cu illərinin əvvəlləri üsyanın ən yüksək 
mərhələsi idi. Suriya və Misirdəki üsyanlar, Bizansla 
aparılan müharibə xilafətin xürrəmilərə qarşı mübarizəsini 
çətinləşdirirdi. 
Xürrəmilər Azərbaycanı ərəblərdən azad etmiş, 
demək olar ki, ancaq bir-iki qalada ərəb qarnizonu 
qaldırdı. Xəlifə Məmun xürrəmilər hərəkatının xilafəti 
lərzəyə saldığı, yüksək vüsət aldığı bir dövrdə 833-cü il 
avqustun 7-
də xəlifə Məmun öldü. O, ölərkən qardaşı 
Mötəsimə xürrəmilərə qarşı ciddi fikir verməyi vəsiyyət 
etdi. Hətta ona tapırdı bütün ölkələrə qarşı mübarizəni 
dayandırsın, bütün qüvvələrini Babəkə qarşı yönəltsin. 
833-
cü il avqustun 8-də Mötəsim xəlifə elan edildi. 
Yeni xəlifə taxta çıxan kimi sələflərinin vəsiyyətini yerinə 
yetirməyə başladı. O, Babəkə qarşı ciddi hazırlıq işlərinə 
başladı. 833-cü ildə xürrəmilərə qarşı sərkərdə Ishaq və 
Ibrahim göndərildi. Təbərinin verdiyi məlumata görə 833-


75 
cü il dekabrın 25-də Həmədan yaxınlığında qanlı döyüş 
oldu. Ərəblər Babəkin 60 min qoşununu məhv etdi. 
Z.Bünyadov göstərir ki, məğlub olmuş xürrəmilərin bir 
hissəsi Nəsirin başçılığı ilə Bizansa, Babəkin müttəfiqi 
Feofilin yanına getmiş və orada xristianlığı qəbul 
etmişdilər. Xəlifə Mötəsim Həmədan yaxınlığındakı 
müvəffəqiyyətlərdən sonra göründü ki, onun qardaşı və 
sələflərinin Babəkə qarşı apardığı mübarizə üsulu yanlış 
imiş. O, yaxşı başa düşürdü ki, qüvvələri parçalamaq və 
xürrəmilərlə hərdən bir döyüşə girməklə müvəffəqiyyət 
əldə etmək mümkün deyildir. Yeni xəlifə Babəkə qarşı 
mübarizə üçün Kiçik Asiyada Bizansa qarşı dayanırdı. Bu 
cəbhədəki qoşunları Babəkə qarşı göndərdi. 
Xəlifə Misirdə Bizansa qarşı vuruşmalarda şöhrət 
qazanmış görkəmli sərkərdə Afşin Heydər ibn Kavusu 
835-
ci ildə iyunun 3-də xürrəmilərə qarşı müharibə edən 
qoşunlara baş komandan təyin etdi. Xəlifə müharibə üçün 
vəsati əsirgəmədi. Mənbələrdə qeyd olunurdu ki, Afşin 
döyüşə girdiyi üçün xəlifədən 10 min, qalan günlərdə isə 
5 min dirhəm pul alırdı. Afşin öz qərargahını xürrəmilərin 
istehkamına görə yaxın olan Bərzəndə köçürdü. 
Bərzəndlə Ərdəbil arasındakı yollar və qalalar bərpa 
edildi. Afşin cəsus məlumatları toplamağa xüsusi diqqət 
verirdi. Lakin bu yerlərə yaxşı bələd olan xürrəmilər tez-
tez ərəblərə qarşı hücuma keçir, onlara böyük tələfat 
verirdilər. 
Müharibə 
uzandıqca 
üsyançıların 
sıraları 
seyrəlirdi. Xəlifə Mötəsim və Afşinin tədbirlərindən 
qorxuya düşən yerli feodallar, o cümlədən Babəkin sabiq 
müttəfiqləri Səhl Sumbat, ibn Bəyis, Əbu Musa və 
başqaları ondan üz çevirdilər. Məhəmməd ibn Bəyis 
Babəkin məşhur sərkərdələrindən biri Isma əl-Kürdini 
xəyanət yolu ilə ələ keçirdi və qollarını zəncirləyib 
Samirəyə xəlifənin hüzuruna gndərdi. Işgəncələrə 


76 
dözməyən Isma Babəkin ordusu, qalaları və s. haqqında 
məlumatlar verməyə məcbur oldu. 
Mötəsim Afşinə yardım üçün Buğa əl-Kəbirin 
başçılığı altında əlavə qoşun göndərdi. Buğa Afşinin 
əmrini gözləmədən Babəklə döyüşə girdi. Düzgün döyüş 
mövqeyi seçən, düşməni izləyən xürrəmilər Buğanın 
qoşunlarını məğlub etdi və 1000 nəfərini qırdı. Bu qələbə 
nəticəsində xürrəmilər xeyli miqdarda pul, silah və başqa
şeylər ələ keçirdilər. 836-cı ilin qıında xürrəmilərə daha 
ağır bir itki üz verdi. Afşinin cəsusları Tərxanı qəsd 
nəticəsində öldürdülər və başını Afşinə göndərdilər. 
Nəhayət, qüvvəni tükəndirən müharibənin sonu 
837-
ci ildə başa çatdı. Xəlifə ordunu gücləndirmək 
m
əqsədi ilə sərkərdələrdən Cəfər ibn Xəyyat və Itağın 
başçılığı ilə yeni qoşun hissələri və 30 milyon dirhəm pul 
göndərdi. Lakin bu qədər hərbi yardım aldıqdan sonra 
yenə də Afşin qəti hücuma keçmədi.
837-
ci ilin avqustunda ərəb ordusu Bəzzə 
yaxınlaşdı. Müqavimətin çətinliyini başa düşən Babək 
Afşinlə danışıqlara başladı. Afşin sülh bağlanacağı 
təqdirdə xəlifənin Babəki bağışlayacağına inandırmağa 
çalışdı. Bununla da Aşin Bəzzdə Babəkin hakimiyyətini 
tanımağa, 
güzətə 
getməklə 
xürrəmilər 
üsyanını 
yatırmağa və Babək kimi güclü bir sərkərdəni öz tərəfinə 
çəkib ondan Bizansa qarşı müharibədə istifadə etməyə 
çalışırdı. Lakin Babək Afşinin təklifini rədd etdi. 
Babək 
ərəb 
qoşunlarının 
bir 
hissəsinin 
Azərbaycandan çıxarılmasına nail olmaq üçün Bizans 
imperatoru F
eofillə xəlifəyə qarşı ittifaq bağlamışdı. 
Babək Bəzzin mühasirəsi zamanı yenidən feofildən 
kömək istədi. Doğrudur Feofil yüz minlik qoşuna arxadan 
ərəblərə qarşı hücuma keçsə də xürrəmilərin vəziyyəti 
yüngülləşmədi. Afşin qalanın ətrafına neft atan dəstələr 
gətirdi. Onların köməyi ilə Bəzz qalası 837-ci ildə 


77 
avqustun 26-
da ərəblər tərəfindən tutuldu. Afşinin əmri ilə 
şəhər üç gün müddətində qarət edilib yandırıldı. 
Xürrəmilərdən 7600 nəfər əsir tutuldu, onların içərisində 
Babəkin bir neçə oğlu, qızı və ailə üzvləri var idi. Bəzz 
qalası uğrunda döyüşlərdə xürrəmilərin 80 min, ərəblərin 
100 min nəfər əsgəri məhv olmuşdur. 
Bəzz qalası alındıqdan sonra Babək bir neçə yaxın 
adamları ilə mühasirədən çıxıb qaça bilmişdir. Afşin 
Babəki tutmaq üçün onun ardınca dəstələr göndərmiş, 
əsas yollar üzərində gözətçilər qoymuşdur. Bu zaman 
xəlifəyə Babəkə aman məktubu göndərmişdir. Afşin 
həmin məktubu iki nəfər vasitəsilə Babəkə göndərdi. 
Onlar bu məktubla yanaşı Babəkə oğlunun məktubunu 
da apardılar. Bu məktubda o atasına xəlifənin təklifini 
qəbul etməyi xahiş edirdi. Lakin məktubu oxuyan Babək
hirslənmiş və oğluna belə cavab yazmışdır: “Əgər sən 
mənim ardımca getsəydin və sülalənin varisi olardın və 
vərəsəlik sənə keçərdi. Ola bilər mən bu gündən sonra 
az yaşayam. Lakin mənim üsümdə padşah adı var… indii 
sən mənim oğlum deyilsən. Çünki qırx ün açaq bir kələ 
kimi yaşamaqdansa bir gün rəhbər kimi yaşamaq 
yaxşıdır”. 
Afşin xəlifənin adından Azərbaycanın Aran, 
Beyləqan, Ermənistan hakimlərinə məktub göndərərək 
Babəki tutmağı əmr etmişdir. Xəlifə Mötəsimin əmri ilə 
Babəki diri gətirənə 2 milyon, başını gətirənə isə 1 milyon 
dirhəm mükafat veriləcəyi vəd olunurdu. Babək əsrəblərə 
qarşı mübarizəni davam etdirmək üçün yeni qoşun 
toplamaq məqsədi ilə keçmiş müttəfiqi Bizans imperatoru 
Feofilin yanına getmək istəyirdi. Babək keçmiş müttəfiqi 
Şəki hakimi Səhl ibn Sumbatın mülkinə gəlib çıxır. Səhl 
ibn Sumbat Babəki pul müqabilində ərəblərə satdı. Əsir 
edilmiş Babək Afşinin Bərzənddəki düşərgəsinə gətirildi. 
Afşin Babəkin nə qardaşı Abdullanın əsir alındığını 


78 
xəlifəyə xəbər verdi. Məsudun dediyinə görə xəlifə 
Mötəsim Babəkin əsir alındığını eşitdikdə hədsiz 
dərəcədə sevindi və bu qələbə haqqında ölkənin hər 
yerinə xəbər göndərdi. 837-ci il sentyabrın 15-də Afşin 
Babəki və qardaşını xəlifənin paytaxtı Samirəyə yola 
saldı. Onlar 838-ci il yanvarın 4-də Samirəyə çatdılar. 
Z.Bünyadov göstərir ki, Babək martın 14-də edam 
olunmuşdur. Edam zamanı Babəkin göstərdiyi mənəvi 
mətanət haqqında orta əmr müəlliflərinin əsərlərinin də 
maraqlı məlumata təsadüf edirik. Ət-tənuhi yazır: “Babək 
əl Xürrəmini Mötəsimin yanına gətirəndə onun qardaşı 
(tərəfdarı) Əl Məzyər ona dedi: Ey Babək, sən heç kəsin 
görə bilmədiyi bir iş görmüsən, indi də heç kəsin dözə 
bildmədiyinə dözməlisən. Babək dedi: Sən mənim 
dözümüm görərsən. 
Xəlifə Mötəsim cəllada əmr etdi ki, onun gözləri 
qarşısına Babəkin əllərini və ayaqlarını kəssin. Cəllad 
əvvəlcə Babəkin sağ əlini biləkdən kəsdi, qan axanda 
Babək solə li ilə bütün üzünü qana bürüdü. Xəlifə onda 
nə üçün belə etdiyini soruşduqda Babək dedi: Sən əmr 
etdin məni şaqqalasınlar. Mənim edamım üçün sən 
vicdanınla cavab verəcəksən. Lakin buna şübhə ola 
bilməz ki, məndən axan qanı dayandırmağa sənin 
hökmün çatmaz. Nə qədər ki, başım kəsilməmişdir bu 
qan axacaqdır. Mən qorxuram ki, bütün qanım axıb 
qurtarsın və üzümün rəngi solsun, adamlar belə 
düşünsünlər ki, guya elə mən əvvəldən qorxmuşam. 
Mən üzümü qana boyadım ki, rəngim solmuş kimi 
görünməsin. Xəlifə cəlladı əmr etdi ki, edamı davam 
etdirsin. 
Cəllad əllərini, ayaqlarını kəsdikdən sonra başını 
kəsdi. Babəkin qardaşı Abdullanı da Bağdad şəhərində 
bu qayda ilə edam etdilər. Xəlifə əhalini qorxutmaq 
məqsədi ilə Babəkin başını Xorasana göndərdi. Bədənini 


79 
isə Samirədə hündür bir ağacdan asdırdı. Başqa kəndli 
müharibələri kimi Babəkin başçılığı ilə ərəb əsarətinə və 
feodal zülmünə qarşı çevrilmiş kəndli müharibəsi 20 illik 
müqavilədən sonra yatırıldı. 
Babəkin başçılıq etdiyi xürrəmilər hərəkatı məğlub 
olsa da xilafəti lərzəyə saldı, onun hökmranlığını laxlatdı. 
Hərəkat Abbasilərin hakimiyyətinin süqutunu xeyli 
sürətləndirdi. Xürrəmilər və onların rəhbəri Babəkə nifrət 
hissi bəsləmələrinə baxmayaraq bu hərəkatın təsirni və 
əzəmətini ərəb tarixçilərinin özləri və etiraf etmişdir. Ibn 
Təqriberdi yazır ki, “Babək öz zamanının qəhrəmanı və 
x
ilafətin dəhşətə gətirən bir igid idi. Əl-Müqəddəsi yazır 
ki, Babəkin üzərində çalınan qələbə islam dövlətinin ən 
böyük qələbəsi idi. Onun əsir alındığı gün müsəlmanların 
bayram günü idi. Nizam-ül-mülk qeyd edir ki, Mötəsimin 
üç qələbəsi olmuşdur. Hamısı islamın şöhrəti idi. Birincisi 
Rum üzərində qələbə II Babək üzərində qələbə, III-cü 
Məzyər Kəbr üzərində qələbə idi. Bu üç qələbədən lap 
biri baş tutsa idi islam məhv olardı. Çünki 20 ildən artıq 
xürrəmilər Babəkin rəhbərliyi ilə xilafətin 500 mindən çox 
əsgərini məhv etmişdir. 
Babəkin 
rəhbərliyi 
ilə 
xürrəmilər 
hərəkatı 
Azərbaycan tarixində ən parlaq səhifələrindən birini təşkil 
edir. Onun təsiri altında bir sıra çıxışlar olmuşdur. 838-
840-
cı ildə Təbəristanda Məzyərin başçılığı ilə xilafətə 
qarşı güclü bir üsyan baş verdi. Onlar da Babəkin şüarları 
ilə çıxış edirdilər. Üsyançılar külli miqdarda ərəb 
əyanlarını məhv etdilər.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin