Азярбайжан республикасы дахили ишляр назирлийи


Albanların maddi və mənəvi mədəniyyəti



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə20/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   16   17   18   19   20   21   22   23   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Albanların maddi və mənəvi mədəniyyəti. 
Arxeoloji qazıntılar nəticəsində alban abidələrindən külli 
miqdarda maddi mədəniyyət qalıqları aşkar edilmişdi.
Təkcə Mingəçevirdə onların sayı 40 minə çatır. Yazılı 
mənbələrlə yanaşı albanların mədəniyyətini, dini 
görüşlərini, adət və ənənələrini öyrənməklə maddi 
mədəniyyət qalıqları böyük əhəmiyyətə malikdir. 
Alban sənətkarlarının hazırladıqları məlumatlar 
təsərrüfat və məişətin müxtəlif sahələrində işlədilməklə 
yanaşı, albanların mənəvi-estetik görüşlərini də əks 
etdirir. Onların hazırladıqları quş və heyvan forması 
verilmiş, bəzi gil qabların üzəri həndəsi ornamentlər, 
bitki, heyvan və quş təsvirləri ilə məharətlə bəzədilmişdir. 
Bu qabların bir çoxu incəsənət baxımından maraqlıdır. 
Gil, daş və metaldan hazırlanmış insan və heyvan 
fiqurları müəyyən dini görüşlərlə bağlı olsa da, 
heykəltəraşlıq nümunəsi kimi diqqəti cəlb edir. Belə 
heykəllər Xınıslı, Qəbələ, Mollinsaqlı, Mingəçevir, Bərdə, 
Qalagah və başqa abidələrdən aşkar olunmuşdur. Insan 
fiqurları şərti və sxematik xarakter daşısa da onlarda 


45 
heykəltəraşlığın bir sıra əlamətləri özünü aydın surətdə
göstərir. Gil heykəlciklər kiçik həcmli olub, əsasən 
qadınlara məxsusdur. Onların üzərində qadının saçı, baş 
örtüyü, kəməri, boyun bəzəkləri məharətlə verilmişdir. 
Daş insan və heyvan heykəlləri iri həcmli olub, əsasən 
sxematik halda hazırlanmışdır. 
Azərbaycanda antik dövrə aid albanlara məxsus 
memarlıq baxımından səciyyəvi olan salamat qalmış heç 
bir abidəyə təsadüf olunmamışdır. Lakin bəzən abidələrin 
aşkar edilmiş qalıqları, tikinti materialları alban 
memarlığının öyrənilməsinə qismən imkan verir. 
Alban tayfalarının dünyagörüşündə din mühüm yer 
tutmuşdu. 
Albaniyada 
çoxallahlılıq 
mövcud 
idi. 
Albaniyada səma cismlərinə sitayiş yayılmışdı. Strabon 
qeyd edir ki, albanlar Zeva (Gey), Selena (Ay), Helios 
(Günəş) allahlarına pərəstiş edirlər. Selena allahı 
albanlar arasında daha böyük nüfuza malik olmuşdur. 
Lakin onun şərəfinə tikilmiş məbəd Iberiya ilə sərhəddə 
yerləşirdi. Bu məbədin baş kahini ölkədə hökmdardan 
sonra ikinci nüfuzlu şəxs hesab edilirdi. Güman ki
Albaniyanın hər bir vilayətində və böyük şəhərlərində 
allahların şərəfinə tikilmiş məbədlər olmuşdu. Albanlar 
arasında allahların şərəfinə qurban-hətta insan qurban 
vermək adəti mövcud olmuşdu. 
Strabon qeyd edir ki, albanlar qocalara hörmət 
edir, ölmüş şəxslərin əmlakları meyidlə bərabər qəbrə 
qoyulur, özləri isə çox kasıb yaşayırdılar. Qəbir 
abidələrində çoxlu gil qablara (bəzilərində onların sayı 
40-45-
ə çatır), əmək alətlərinə, silahlara, bəzək 
əşyalarına və heyvan sümüyü və skletlərinə təsadüf 
edilir. Bu axirət dünyasına inamla bağlı olmuşdu. 
Qəbir abidələrinin öyrənilməsi albanların dəfn 
mərasimləri haqqında fikir söyləməyə imkan verir. Onlar 
ölülərini torpaq, küp, kərpic, taxta qutu, saxsı təknə, 


46 
katakob qəbirlərdə basdırmışlar. Bu qəbir abidələri 
içərisində torpaq və küp qəbirlər daha geniş yayılmışdı. 
Albanlarda dəfn mərasimi dəbdəbəli şəraitdə keçirilirdi.
Mey
id qəbrə bükülü vəziyyətdə, sağ və sol böyrü üstə 
əsasən gündoğan istiqamətdə qoyulmuşdur. Meyid qəbrə 
qoyulmamışdan əvvəl onun içərisində ocaq qalanmış, 
qəbrin baş tərəfindən tonqal yandırılmışdı. Arxeoloji 
qazıntılar zamanı qəbirlərdə gül izlərinə və gül topalarına 
təsadüf edilir. Bu, oda sitayiş və atəşpərəstliklə əlaqədar 
olmuşdu. Küp qəbrin ağzı möhkəm örtülmüş, oturacağına 
yaxın hissədə kiçik deşik qoyulmuşdur. Bu isə insan 
öldükdən sonra ruhun yaşamasına inamla bağlı olmuşdu. 
Strabon qeyd edir ki, ka
spi tayfası arasında digər 
mərasim mövcud idi. Kaspilər ölmüş meyidin xüsusi 
yerdə (sükut qülləsində) qoyur, vəhşi heyvanlar və 
quşlar meyidin ətini yedikdən sonra, onun sümükləri 
yığılıb basdırılır. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin