Азярбайжан республикасы дахили ишляр назирлийи


Sual 4. Azərbaycan III-VII əsrlərdə



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə21/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   17   18   19   20   21   22   23   24   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

 
Sual 4. Azərbaycan III-VII əsrlərdə. 
 
III-

əsrlərdə 
Azərbaycanın 
sosial-iqtisadi 
həyatında bir sıra əsaslı yeniliklər baş verdi. Təsərrüfatın 
əsas sahələrində dəmir alətlərdən istifadə edilməsi xeyli 
genişləndi və bu alətlər daha da təkmilləşdirildi. Əkinçilik 
mədəniyyəti xəyali yüksəldi; dənli bitkilərlə yanaşı, bir sıra 
bostan və texniki bitkilərinin becərilməsinə başlanıldı, 
ipəkçiliyə diqqət artırıldı. Kür-Araz ovlağında süni 
suvarma şəbəkəsi daha da genişləndi. Sənətkarlıq inkişaf 
edir və onun yeni sahələri yaranır. Mingəçevirdən aşkar 
edilmiş kürələr dulusçuluğun, alətlər toxuculuğun yüksək 
səviyyədə olduğunu təsdiq edir. Daş, metal və ağacdan 
hazırlanmış sənət nümunələri diqqəti daha çox gəlb edir. 
Aşkar edilmiş möhürlər xüsusi mülkiyyətin genişləndiyini 
göstərir. 


47 
Azərbaycanda feodal torpaq mülkiyyətinin iki 
forması mövcud idi – dastakert və xostak. Dastakert irsi 
torpaq mülkiyyəti olub, atadan oğula keçirdi. Dastakertin
sahibi onu satmaq və ya bağışlamaq hüququna malik idi. 
Xostak şərti topaq mülkiyyəti olub, xidməti müqabilində 
dövlət tərəfindən bu və ya digər şəxslərə verilirdi. Onu 
satmaq və bağışlamaq olmazdı. 
Azərbaycanda feodal iyerarxiyası (nərdivanı) 
mövcud idi. Bu iyerarxiyanın ən yüksək pilləsində iri 
feodallar dururdu. Iri feodallar patrik adlandırılırdı.
Hökmdarların vassalı ona patriklərin özlərinin xüsusi 
hərbi dəstələri var idi. Müharibə zamanı onlar hərbi 
dəstələri ilə hökmdarın çağırışına getməli idilər. Xırda 
feodallara azat deyilirdi. Azatlar xidmətləri müqabilində iri 
feodallardan torpaq sahələri alır və tədricən onlardan 
asılı vəziyyətə düşürdülər. Azatlar feodal sinfinin ən 
çoxsaylı təbəqəsini təşkil edirdi. Onların əsas vəzifəsi 
hərbi xidmət idi. Ordunun atlı qoşun hissələri onlardan 
təşkil edilirdi. 
Azərbaycanda xrisitian kilsəsi və zərduşti 
məbədlərinin ixtiyarında çoxlu torpaq sadələri və kəndli 
var idi. Albaniyada iri ruhani feodal təbəqəsini xristian dini 
xadimləri, Atropatendə isə zərdüşti kahinləri təşkil edirdi. 
Kilsə və məbədlər torpağın daimi sahibi idi. Onların 
torpaqlarını ixtiyarlarında olan kəndlilər becərirdi. Qazaka 
şəhərlərində yerləşən zərduşti məbədinin torpaqlarında 
10 min kəndli çalışırdı. Kəndlilər kilsə və məbədlərə 
müxtəlif vergilər verir, bir sıra mükəlləfiyyətlər yerinə 
yetirirdilər. 
Atropatendə hakim siniflər arasında zərdüşti dini 
xadimləri ən yüksək yer tuturdular. Onlar ölkənin ictimai 
həyatında əsas rol oynayırdılar. Müqəddəs odlar 
cərgəsində din xadimləri birinci, ordu nümayəndələri 
ikinci, torpaq sahibləri üçüncü yerdə dururdular. Sənətkar 


48 
və tacirlər bir silkdə birləşsələr də, onların odları yox idi. 
VI əsrə aid «Tansarın məktubu» adlı sənəddə Sasanilər 
dövründə əhalinin dörd zümrəyə – kahinlər, hərbiçilər, 
mirzələr, qulluq göstərənlərə bölündüyü qeyd olunur. 
Azərbaycanda məhsuldar qüvvələr və ictimai 
münasibətlər 
feodal 
istehsal 
üsulunun 
ümumi 
qa
nunauyğunluqları əsasında inkişaf etmişdi. Lakin 
bununla belə bütün Şərq ölkələrində olduğu kimi, 
Azərbaycanda da feodal istehsal üsulunun özünəməxsus 
xüsusiyyətləri olmuşdu: 
1. 
Şərq ölkələrində, o cümlədən Azərbaycanda 
feodal istehsal üsulu Avropa ölkələrindən əvvəl – III 
əsrdə meydana çıxmış, uzun müddət davam etmişdir. 
Avropa ölkələrində isə feodal münasibətləri bir qədər gec 
– V əsrdə təşəkkül tapsa da nisbətən sürətli yol 
keçmişdir. 2. Şərq ölkələrində olduğu kimi Azərbaycanda 
da feodalların cüzi təsərrüfatları olmuş və ya heç 
olmamışdır. Bu isə təbii-coğrafi şəraitlə əlaqədardır. 
Feodallar əkinçiliyi inkişaf etdirmək üçün əlavə xərclər 
çəkmək istəmir, torpağı kəndlilərə paylamaqla, onlardan 
natural və ya pul şəklində renta almaqla kifayətləndirdilər. 
3. 
Azərbaycanda kəndlilər ağır istismara məruz qalsalar 
da, feodal torpağında yaşayan kəndli onun təhkimlisi 
deyildi. Feodal onu torpaqdan ayıraraq sata və ya 
bağışlaya bilməzdi. Şərq ölkələrində kəndlilər kollektiv 
surətdə istismar olunurdu. Ona görə də torpaq hansı 
feodalın əlinə keçirdisə, kəndli də torpaqla birlikdə onun 
tabeliyinə keçdi. 
Albaniyada məhdud olsa da, hökmdar hakimiyyəti 
saxlanılmışdı. Albaniya Sasanilər üçün böyük hərbi 
strateji əhəmiyyətə malik idi. Albaniya şəhərlərində 
Sasani 
qarnizonlar
ı yerləşdirildi. Sasanilər Şimali 
Qafqazda yaşayan köçərilərin hücumlarının qarşısını 
almaq məqsədi ilə Dərbənd keçidində böyük hərbi qüvvə 


49 
saxlayır və keçid boyu bir sıra müdafiə istehkamları 
tikdirirdilər. Onların çoxunun qalıqları zəmanəmizə qədər 
qalmışdır. Bu istehkamların tikintisi V əsrin ortalarından 
başlamış və VI əsrin ortalarına qədər davam etmişdir. 
Onun əsas ağırlığı albanların üzərinə düşmüşdür. «Alban 
tarixi» kitabında deyilir: «Iran şahları Qafqaz dağları ilə 
böyük Şərq dənizi (Xəzər) arasında böyük sədd 
(Dərbənd divarlarını) tikdirmək üçün memarlar, müxtəlif 
materiallar toplamaqla ölkəmizi taqətdən salmışdır». 
Dərbənd keçidində saxlanılan qoşunların da bütün 
xərcləri yerli əhalinin üzərinə düşürdü. Sasanilər 
Albaniyada möhkəmlənmək məqsədi ilə buraya, xüsusilə 
Abşeron, Şirvan və Dərbəndə çoxlu irandilli tayfalar 
köçürürdülər. Onlar indi tat adlandırılan əhalinin əcdadları 
idi. 
450-451-
ci illərdə Zaqafqaziya xalqlarının Sasani 
zülmünə qarşı azadlıq mübarizəsi başlandı. Onlar bu 
mübarizədə Bizansdan və köçərilərdən kömək almaq 
ümidində idilər. Lakin Bizans imperatoru II Feofilin ölümü 
buna mane oldu. 
Zaqafqaziyada üsyan baş verəcəyindən ehtiyat 
edən II Yezdekert Paytakarana qoşun göndərdi. Lakin 
Zaqafqaziya xalqları arasında əlaqələr daşa da 
m
öhkəmləndi. 
II Yezdegird vəzir Mehrnersexin başçılığı ilə 
üsyançılara qarşı yeni qoşun hissələri göndərdi. 451-ci il 
mayın 25-də Avarayr düzündə (Maku ilə Xoy arasında) 
üsyançılarla Sasani qoşunları arasında həlledici döyüş 
oldu. Əvvəl üsyançılar Sasani qoşunlarının sağ cinahında 
yerləşən şah qvardiyasını sıxışdırmağa başladı. Lakin 
döyüşə yeni qüvvələrin və fillərin daxil edilməsi 
Sasanilərə təşəbbüsü ələ keçirmək imkanı verdi. 
Iranda hakimiyyətə keçən Balaş dövlətin iqtisadi 
və 
siyasi 
vəziyyətinin 
ağırlığını 
nəzərə 
alaraq 


50 
Zaqafqaziya xalqlarına bir sıra güzəşt etməyə məcbur 
oldu. 
Albaniyada II Vaçenin nəvəsi III Mömün Vacaqan 
(487-
510) 
hakimiyyətə 
keçdi. 
O, 
Albaniyanın 
müstəqilliyinə çalışır, xristianlığı müdafiə edir və ölkənin 
iqtisadi inkişafı üçün bir sıra tədbirlər həyata keçirirdi. III 
Vasaqan ölkədə əmin-amanlığı bərpa etdi, kəndlilərin 
yerlərinə qayıdaraq dinc əməklə məşğul olmalarına şərait 
yaratdı. Yerli feodalların hüquqları artırıldı, onlara bir sıra 
imtiyazlar verildi, alınmış torpaqları geri qaytarıldı. 
Sasanilərə 
meyl 
edən 
əyanların 
hüquqları 
məhdudlaşdırıldı və təqib edildilər. 
III Vaçaqan xristian dininin nüfuzunu artırmaq 
məqsədi ilə yeni-yeni kilsələr tikdirir və xristian dini 
xadimlərinə bir sıra imtiyazlar verirdi; zərdüşt və 
bütpərəst məbədləri dağıdılırdı. Onun dövründə kilsələrin 
yanında uşaqlara xristian dininin əsasları öyrədilən 
məktəbələr açıldı. 
Kilsənin xalq üzərində nüfuzunu artırmaq, dünyəvi 
feodallarla, ruhani feodallar, azatlar və sadə adamlar 
arasında münasibətləri qaydaya salmaq məqsədi ilə III 
Vaçaqan 493-cü ildə Aquen (Ağdam yaxınlığında) 
kəndində alban kilsə məclisinə çağırdı. Məclisdə alban 
hökmdarı, dünyəvi və ruhni feodalların nümayəndələri 
iştirak edirdilər. 
Aquen məclisi 21 maddədən ibarət qanun qəbul 
etdi. Bu qanu
nun bütün maddələri hakim sinfin 
mənafeyini 
müdafiə 
edir, 
onların 
hökmranlığını 
əsaslandırırdı. Burada əsas məsələlər ruhani feodalların 
xeyrinə həll edildi. Qanunda kilsənin və din xadimlərinin 
hüquqları müəyyənləşdirildi. Dünyəvi feodallar kilsənin 
işinə qarışmamalı, kilsənin təyin etdiyi din xadislərini 
vəzifəsindən azad etməməli idilər. 


51 
Aquen qanunda görə xristianlığa qədərki dini 
ayinlər qadağan edilir, ölmüş şəxs üçün ağlamaq günah 
sayılırdı. Qanunda ailə–kəbin münasibətlərinə də 
toxunulmuşdu. Yaxın qohumlarla evlənmək, qanunsuz 
olaraq öz arvadından ayrılıb başqası ilə yaşamaq ən ağır 
cəzaya məhkum edilirdi. 
V əsrin 80-cı illərində feodal zülmünə qarşı 
başlanmış məzdəkilər hərəkatı qüdrətli xalq üsyanına 
çevrildi. Hərəkata Bamdad oğlu Məzdək başçılıq edirdi. 
Məzdək öz ideyalarını Həmədanda yaymağa başlamış, 
tez bir zamanda onun təlimi feodal zülmünə qarşı baş 
vermiş, xalq hərəkatının əsas ideologiyasına çevrilmişdi. 
Orta əmrlərdə baş vermiş bütün xalq hərəkatları kimi 
məzdəkilər hərəkatı da dini pərdə altında getmişdir. 
Feodalizmə qarşı inqilabi müxalifət bütün orta əsrlər boy 
udavam etmişdir. Zamanın şəraitinə uyğun olaraq gah 
mistika şəklində, gah da açıq bidət şəklində, gah da 
silahlı üsyan şəklində meydana çıxır. 
Məzdək təlimi dual (ikili) xarakter daşımış və onun 
əsasını xeyirlə şər arasında gedən mübarizə təşkil 
etmişdir. Bu təlimdə fəlsəfi-nəzəri ideyalara nisbətən 
sosial tələblər və sosial şüarları daha geniş yer tuturdu. 
Məzdək zülmü aradan qaldırmaq üçün mübarizə 
aparmaq şüarünü irəli sürdü. O, hər cür bərabərsizliyin 
əsasını mülkiyyətdə görürdü. Onun ideyasına görə 
«allah maddi nemətləri ondan ötəri yaratmışdır ki, 
insanlar onu öz aralarında bərabər bölüşdürsünlər. Lakin 
insanlar bir-
birinə qarşı ədalətsizlik edirlər. Ona görə də 
əmlak varlıları əlindən alınmalı və yoxsullar arasında 
bərabər şəkildə bölüşdürülməlidir». 
Qubadın dövründə məzdəkilər hərəkatı özünün ən 
yüksək mərhələsinə çatdı. Qubad mərkəzi hakimiyyətə 
qarşı müxalifətdə olan əyanların müqavimətini qırmaq və 
hakimiyyətini möhkəmlətmək məqsədi ilə məzdəkilər 


52 
hərəkatından istifadə etməyi qərara aldı. Hətta Məzdəkin 
təsiri 
altında 
aclıq 
illərində 
yoxsullara 
dövlət 
ambarlarından taxıl paylanıldı. Qubadın iri əyanların 
hakimiyyətini 
məhdudlaşdırmaq 
siyasəti, 
onların 
narazılığına səbəb oldu. Qubad hakimiyyətdən salındı, 
yerinə oğlu Zemasp (496-498) taxta çıxarıldı. Orta 
Asiyaya qaçan və hunlardan yardım alan Qubad yenidən 
hakimiyyətini geri qaytara bildi. 
Qubad daxili və xarici siyasətdə bir sıra 
müvəffəqiyyətlər qazansa da, əyanlarla şah və xalq 
arasında mübarizə davam edlirdi. Bu mübarizədə Qubad 
məzdəkilərin vasitəsi ilə əyanların müqavimətini qıraraq 
əsas məqsədinə nail oldu. Hərəkatın dövlət üçün 
getdikcə təhlükəyə çevrildiyini yaxşı başa düşən Qubad 
məzdəkilərdən uzaqlaşmağa və əyanlarla yaxınlaşmağa 
başladı. 
Qubad məzdəkilərin görkəmli nümayəndələrinin 
müxtəlif yollarla aradan qaldırmağı qarşısına məqsəd 
qoydu. Iran qoşunlarının başçısı kimi yüksək vəzifə tutan 
Səyavuşun aradan götürülməsinə əlverişli şərait yarandı. 
Səyavuşun sülhü pozmaq ittihamına digər bir ittiham da 
əlavə olundu. O, Iran adət-ənənəsini pozaraq ölmüş 
arvadını basdırmaqda da təqsirləndirildi və məhkəməyə 
verildi. Məhkəmə ona ölüm hökmü çıxardı. Qubad isə 
buna mane olmadı. Beləliklə, Qubad məzdəkilərdən üz 
döndərdi. Bir qədər sonra Məzdək və onun 80 min 
tərəfdarına divan tutuldu. Hərəkat 531-ci ildə darmadağın 
edildi. Məzdək tərəfdarlarının bir hissəsi imperiyanın 
ucqarlarına və başqa ölkələrə qaçdılar. 
Əsarət altına alınmış xalqların azadlıq mübarizəsi, 
Iranın daxilində olan çəkişmələr və ziddiyyətlər, Bizansla 
aparılan müharibələr Sasanilərin hakimiyyətini zəiflətdi. 
Belə bu şəraitdə imperiyanın ucqarlarında, o cümlədən 
Albaniyada müstəqillik meylləri gücləndi. 


53 
VI əsrin sonu – VII əsrin əvvəllərində Albaniyada 
Mehran
ilər sülaləsinin idarə etdiyi Girdiman knyazlığı 
yüksəlməyə başladı. Mehranilər Iran şahlarının qohumu 
idi. Sülalənin əsasını qoymuş Mehran II Xosrova atasını 
öldürməkdə mane olmağa çalışmışdı. Ona görə də II 
Xosrov hakimiyyətə keçdikdən sonra Mehran onun 
qəzəbindən qorxaraq Iranı tərk etdi. M.Kalankaytuqlu 
yazır ki, Xosrovun qohumu Mehran 30 min ailə ilə 
qaçmağa üz qoydu, Albaniyaya gəldi. Uti vilayətində 
Bərdə şəhərinə çatdı. Buradan xəzərlər tərəfə getmək 
istədi. Şah ona aşağıdakı məzmunda məktub yazdı: 
«Doğma qardaşım məndən ədavətlə ayrılma; əgər sən 
mənə itaət edib mənimlə yaşamaq istəmirsənsə, o 
zaman, onda mənim hakimiyyətimin yayıldığı ərazidə 
yaşamaq üçün istədiyin qədər torpaq götür. «Deyilənə 
görə məktub Mehrana Şamkirçayın qolu Girdimançay 
sa
hilində çatmışdı. Mehran burada Mehrəvan qalasının 
əsasında qoymuşdu. Sonra isə bu vilayətin 12 nəfər 
başçısını yanına dəvət etmiş, onları öldürərək Girdiman 
vilayətini ələ keçirmişdi. Mehranın varisləri dövründə 
Girdiman knyazlığının ərazisi daha da genişlənmişdi. 
Mehranın nəticəsi Cəsur Vardan 3 il müddətində 
Girdiman qalasını tikdirdi. Vardan alban Arşakilər 
nəslindən 60 əyanı qonaqlıqda zəhərləyib öldürdü. 
Onlardan yalnız bir nəfəri – yeznəsini salamat saxladı.
Beləliklə, o tədricən Azərbaycanın əsas ərazisini ələ 
keçirdi və Qafqaz dağlarında yaşayan tayfaları 
hakimiyyəti altına aldı. Yəqin ki, Ismayıllı rayonu 
ərazisində Girdimançayın hövzəsi də bu zaman Girdiman 
knyazlığına 
birləşdirilmişdi. 
Moisey 
Kalankaytuqlu 
Vardanın nəslindən – Varazman, Şuşik və Qriqorun 
fəaliyyətindən bəhs etmişdi. Varaz Qriqor 628-ci ildən 
bütün Albaniyanın hökmdarı olmuşdu. Bu sahədə 
katalikos Viro böyük rol oynamış, II Xosrovdan Qriqorun 


54 
bütün Albaniyanın hökmdarı olması haqqında fərman 
almışdı. Varaz Qriqorun dörd oğlu – Varaz-Firuz, 
Cavanşir, Yezd-Xosrov, Varazman olmuşdu. Mehranilər 
Sasanilərin asılılığından qurtarmağa və müstəqil siyasət 
yeritməyə çalışırdılar. Cavanşirin hakimiyyəti dövründə 
(642-
681) Albaniya müstəqil daxili və xarici siyasət 
yeritmişdir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin