Азярбайжан республикасы дахили ишляр назирлийи


Səlcuq imperiyasının yaranması



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə29/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   25   26   27   28   29   30   31   32   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Səlcuq imperiyasının yaranması. Bu dövlətin 
əsası Səlcuq nəsli nümayəndələrinin başçılıq etdikləri 
oğuz və başqa türk tayfalarının yürüşləri ilə qoyulmuşdu.
Hələ 1018- 1021-ci illərdə Araz çayını adlayan 
oğuzlar, cənub istiqamətindən Arran torpaqlarına girərək, 
N
axçıvan, sonra isə Dəbil şəhərlərinə yetişmişdilər.
1038-
ci ildə oğuz bəylərinin iştirakı ilə çağırılan 
qurultaydan sonra yaranmış bu Oğuz dövlətinin hökmdarı 
elan edilən Toğrul, dövlətin idarəsində hakimi-mütləq kimi 
çıxış etməyərək, Çağrı bəy və başqa oğuz bəyləri ilə əlbir 
hərəkət etməyə başladı.
24 
may 
1040-
cı 
ildə 
Mərv 
yaxınlığında 
Dəndənəkan adlı yerdə Qəznəvi qoşunlarına qalib gələn 
Səlcuqilər bundan sonra böyük soltanların şəxsi mülkünə 
(domeninə) çevrilən Xorasanın tam sahibi oldular. 
Səlcuqilərin oğuzlardan təşkil edilmiş nizami hissələrdən 
ibarət sürətli, döyüşkən və intizamlı qoşunu vardı.


89 
1050-
ci ildə Abbasi xəlifəsi əl-Qaim (1031-1075) 
Toğrul bəyin böyük soltan titulunun qanuniliyini təsdiq 
etdi və bununla müsəlman dünyasının nəzərində 
Səlcuqilərin işğalçılıq müharibələrinə haqq qazandırdı. 
1054-
cü ildə bütün İranı tabe edərək, Azərbaycanın 
cənub torpaqlarında möhkəmlənən Səlcuqilər, Rəvvadi 
əmirlərini də öz vassallarına çevirdilər. Elə həmin il Toğrul 
bəyin Cənubi Qafqaz yürüşü başlandı. Bu yürüşün əsas 
məqsədi Cənubi Qafqazdakı müsəlman dövlətlərini - 
Şəddadiləri, Şirvanşahları və Tiflis Cəfərilər əmirliyini öz 
tərəfinə çəkmək, onlardan əsas rəqib olan Bizansla 
gələcək mübarizədə yardımçı kimi istifadə etmək idi.
1055-
ci ildə böyük soltan Toğrul Bağdada gələrək, 
xəlifənin öz əlindən soltanlıq taxt-tacını qəbul etdi.
Alp Arslanın Cənubi Qafqaza yürüşləri. 1063-cü 
ildə Toğrul bəyin ölümündən sonra hakimiyyət Çağrı 
bəyin oğlu Alp Arslanın əlinə keçdi. Oğuzların Cənubi 
Qafqaz və İrandakı mövqelərinin möhkəmləndirilməsi 
siyasətini davam etdirən yeni soltan taxt-taca sahib olan 
kimi Cənubi Qafqaza yürüş etdi. Bu yürüş əsas iki 
məqsəd güdürdü: Bizansın hücumlarının qarşısını almaq 
üçün 
onunla 
sərhəd 
xəttini 
möhkəmlətmək, 
Azərbaycandakı feodal mülklərin Səlcuqilərin vassalı olan 
sahibləri üzərində təsir gücünü artırmaq.
1066-
cı ildə oğuzlar Şirvan ərazisinə daxil olub
böyük qənimət əldə etdilər; Şirvanşah I Fəribürzü isə 
böyük miqdarda təzminat verməyə məcbur etdilər. Həmin 
ilin noyabr ayında oğuzların başçısı Qaratəkin ikinci dəfə 
Şirvana hücum etdi.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin