92
çatdı. Bu hadisədən dərhal sonra III Mənuçehr Şirvanda
öz hakimiyyətini bərpa etdi. Şirvanşahlarla IV Davidin
oğlu I Demetrenin başçılıq etdiyi gürcü hökmdar sülaləsi
ara
sında sülh və dostluq münasibətləri dövrü başlandı.
Şirvanın öz istiqlaliyyətini bərpa edə bildiyi bu
illərdə Şirvanşahlar dövləti III Mənuçehrin başçılığı ilə
gücləndi və çiçəkləndi. 1160-cı ilin sonunda III Mənuçehr
qəflətən vəfat etdi. Onun ölümü ölkədə çox da uzun
sürməyən siyasi böhrana və parçalanmaya səbəb oldu.
Sarayda hakimiyyət uğrunda mübarizə qızışdı.
Eldənizlərin köməyi ilə Axsitan Şirvan taxtına sahib
oldu. I Axsitanın hakimiyyət dövrü Şirvan dövlətində
iqtisadiyyatın böyük yüksəlişi, Şəhərlərin çiçəklənməsi,
sənətkarlığın və ticarətin inkişafı ilə əlamətdar idi.
İraq Səlcuq soltanlığının üstünlüyünü başa düşən
Axsitan soltana xərac verir, səlcuq soltanlarının adlarını
sikkələrdə zərb etdirirdi. Lakin Şirvan dövlətinin vassal
asılılığı formal səciyyə daşıyırdı. XII əsrin II rübündən
monqol hücumlarınadək olan dövrdə Şirvanşahlar güclü
mərkəzləşdirilmiş dövlətin tam hüquqlu və müstəqil
hökmdarları olmuşlar. 1192-ci ildə Şamaxıda baş vermiş
zəlzələ nəticəsində xeyli əhali həlak oldu. Şamaxı
dağıldıqdan sonra Şirvanşah öz iqamətgahını Bakıya
köçürdü. XII əsrdə Şirvanın ictimai və mənəvi həyatında
baş verən dirçəliş Şirvan cəmiyyətinin bütün əvvəlki
inkişafından irəli gələn tarixi qanunauyğunluq idi.
Dostları ilə paylaş: