90
Səlcuq
soltanları
Orta
Asiyadan
Aralıq
dənizinədək, Cənubi Qafqazdan
Fars körfəzinədək olan
torpaqların sahiblərinə çevrildilər.
Alp Arslandan sonra səlcuq taxtı onun oğlu
Məlikşahın (1072-1092) əlinə keçdi.
Onun dövründə
Oğuz imperiyasının hərbi-siyasi qüdrəti ən yüksək zirvəyə
çatdı. Yeni soltan öz atasının başladığı
yürüşləri
müvəffəqiyyətlə
başa
çatdırıb,
onun
uğurlarını
möhkəmlətdi. Məlikşahın dövründə oğuzlar artıq yalnız
qənimət və əsirlərlə kifayətlənmir,
mühüm strateji və
siyasi məntəqələri ələ keçirməyə çalışırdılar. 1075-ci ildə
Məlikşah Şəddadilərin Gəncədəki hakimiyyətinə son
qoydu; Səlcuqilərin
Gəncədə qalan nümayəndəsi
Savtəkin bu şəhəri soltanın ətraf yerləri tabelikdə və
nəzarətdə saxlamaq tapşırığını
yerinə yetirmək üçün
əsas bazaya çevirdi. Gürcü salnaməsi "Kartlis
Tsxovreba"nın məlumatına görə, Gəncədə bu vaxt oğuz
sərkərdəsinin ixtiyarında qırx mindən çox adam vardı.
Beləliklə, XI yüzilin 70-ci
illərinin sonunda bir çox
ölkələrlə yanaşı Azərbaycan da böyük Səlcuq
imperiyasının tərkibinə daxil edildi. İmperiyanın yaradıcısı
və əsas hərəkətverici qüvvəsi isə oğuz tayfaları idi.
Sual 3. XII əsr Azərbaycan dövlətləri:
Şirvanşahlar və Atabəylər dövləti.
Şirvanşahlar dövləti XII əsrdə. Səlcuq
türklərinin
hakimiyyəti dövründə Azərbaycanın dövlətçilik
ənənələri aradan qalxmadı. Böyük Səlcuq hökmdarı
Dostları ilə paylaş: