Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə38/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   34   35   36   37   38   39   40   41   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Qazan xanın islahatları. Hülakülərin hökmranlığı 
və uzun sürən müharibələri dövlətdə təsərrüfat həyatının 
dərin tənəzzülünə səbəb oldu. Feodal istismara kənliləri 
dözülməz vəziyyətə salmışdı. Divan incu və yerli 
feodalların torpaqlarını becərən rəiyyəti əksəriyyəti dilənçi 
vəziyyətinə düşdüyündən, öz təsərrüfatlarına baxa bilmir, 
təsərrüfatı buraxıb gedirdilər. Bunun nəticəsində də 
dövlətin gəliri azalırdı. Gəlirin azalması, kəndlilər 
arasında qaçqınlıq və iğtişaşların getdikcə artması hakim 
zümrəni təşvişə saldı. Odur ki, Qazan xan (1295-
1304)1303-
cü ildə torpaq sahibkarlığı, kəndlilərin 
vəziyyəti, vergi sistemi, çəki, ölçü, pul vahidi sistemi islam 
dini sahəsində islahat keçirtdi. Torpaq siyasəti-divan 
torpaql
arından əkin sahələrinin irsi iqta hüququ əsasında 
paylanması ilə səciyyələnirdi. Qazan xan nəinki 
sərkərdələrə, həm də bütöv qoşun hissələrinə iqta 
bağışlayırdı. Iqta sahibləri dövlətə heç bir vergi 
vermirdilər. Onlar xüsusi mülklər idarəsinə (xas) yalnız bir 
qədər taxıl verməli idilər. 
Qazan xan kəndlilərin kütləvi şəkildə qaçmalarına 
son qoymaq üçün feodalların xeyrinə onları torpağa 


114 
təhkim etmək haqqında yarlıq verdi. Keçən 30 il 
müddətində öz iqtidarlarını qoyub qaçan rəiyyət zorla 
əvvəlki yaşayış yerinə qaytarılırdı. Hər bir torpaq 
sahiblərinin qaçqınları qəbul edib gizlətməyə ixtiyarı yox 
idi. Qazan xanın fərmanı birinci dəfə olaraq rəsmi şəkildə 
kəndliləri torpağa təhkim edirdi. 
Qazan xan vergi sistemini qaydaya saldı, verginin 
toplanmasını icarəyə verməyə məhdudladırdı. Vergi 
müəyyən müddətdə alınmağa başladı. Qazan xan 
dövlətin ayrı-ayrı vilayətlərində müxtəlif olan pul sistemi 
yaratdı. Ölkədə çəki və uzunluq ölçüləri haqqında qanun 
verdi.
Qazan xanın tədbirləri islahat ticarətin, əkinçiliyin 
inki
şafı 
üçün 
xeyli 
rol 
oynadı. 
Hökmranlığını 
möhkəmləndirmək istəyən Qazan xan yerli feodalları və 
ruhaniləri öz tərəfinə çəkmək üçün islam dinini qəbul 
etdi, atasının tikdirdiyi bütpərəst məbədləri uçurub 
dağıtdılar. 
Qazan 
xanın 
islahatı 
Azərbaycanda 
iqtisa
diyyatın canlanmasına xeyli təsir etdi. Əkinçilik 
dirçəldi, sənətkarlıq inkişaf etdi. Lakin bu canlanma 20 
ildən artıq davam etmədi. 
Monqol zülmü Azərbaycanda məhsullar qüvvələrin 
inkişafını uzun müddət ləngitdi, istilaçıların dağıtmış 
olduğu Marağı Sərab, Beyləqan, Gəncə, Şəmkir, Şamaxı 
kimi iri şəhərlər və kəndlər uzun müddət bərbad halda 
qaldı. Kənd təsərrüfatı, sənətkarlıq, ticarət tənəzzülə 
uğradı, yalnız Qazan xanın islahatlarından sonra ölkənin 
təsərrüfat həyatında canlanma baş verdi. Yeni kəhrizlər 
qazılması və suvarma sisteminin bərpa olunması əkinçilik 
mədəniyyətinin 
yüksəlməsinə 
və 
məhsuldarlığın 
artmasına kömək etdi. Həmdullah Qəzvinin verdiyi 
məlumata görə, təkcə Təbriz rayonunda 900 kəhriz var 
idi. Azərbaycanın cənubunda və Aranda pambıq, buğda, 
arpa, çəltik, meyvə və üzüm becərirlər, Mərənd 


115 
düzənliyində qırmızı böcək bəslənilirdi ki, ondan alınan 
boya Avropaya ixrac edilirdi. 
Şəhərlərində sənətkarlıq istehsalatı dirçəlməyə və 
inkişaf etməyə başladı. Qəbələdə xan ipək, Ərdəbildə 
alabəzək parçalar Şəmkirdə yun paltar istehsal edilirdi. 
Gəncə mahalında dəmir filizi mədəni var idi. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin