136
məlumatlar dövlətin daxili durumunun qeyri sabit olmasını
bir daha təsdiq edir. Uzun Həsən böyük
çətinliklə oğlunun
qiyamını yatırmış və Uğurlu Məhəmməd Osmanlı
sarayına sığınaraq Sultan II Mehmedin qızı ilə
evlənmişdi. Ölkə daxilində siyasi sabitliyi bərpa edən
Uzun Həsən 1474-1475-ci illərdə Gürcüstana yürüş
edərək Tiflis daxil olmaqla Şərqi Gürcüstanı Ağqoyunlu
dövlətinə birləşdirmişdi. Bu
Ağqoyunlu dövlətinin xarici
siyasət sahəsində demək olar ki, sonuncu uğur oldu.
1478-
ci ildə görkəmli siyasətçi, bacarıqlı dövlət xadimi və
yenilməz sərkərdə olan Uzun Həsənin ölümü ilə
Ağqoyunlu dövlətinin tənəzzülü daha da sürətləndi.
Doğrudur, Sultan Yaqubun (1478-1490) hakimiyyəti
dövrü nisbi
sakitlik şəraitində keçsə də, Ağqoyunlular
1480-
ci ildə Misir və Suriya hökmdarının qoşunlarını
məğlub etsə də bütün bunlar ötəri xarakter daşıyırdı. Belə
ki, Sultan Yaqubun ölümündən sonrakı dövr Ağqoyunlu
tarixində Bayanduri şahzadələrinin və ayrı-ayrı feodal
qruplaşmalarının
hakimiyyət
uğrunda
aramsız
müharibələri ilə yadda qalmışdır. 1490-cı
ildə tayfa
başçılarından olan Sufi Xəlilin yardımı ilə hakimiyyətə
Sultan Yaqubun kiçik yaşlı oğlu Baysunqur(1490-1492)
gətirildi. 1491-ci ildə Sufi Xəlili məğlub edən Diyarbəkr
hakimi Süleyman Bəy Bican oğlu Baysunquru
hakimiyyətdə saxlasa da,
faktiki olaraq Ağqoyunlu
dövlətinin idarə edilməsini öz əlinə aldı. 1492-ci ildə
Ağqoyunlu əmirlərindən olan Əbih Sultan Bərdə
yaxınlığında Baysunqurun qoşunlarını məğlub edərək
Ağqoyunlu taxtına Uzun Həsənin nəvəsi Rüstəm Mirzəni
(1492-
1497) çıxardı. 1497-ci ildə Ağqoyunlu taxtını ələ
keçirmiş Uğurlu Məhəmmədin oğlu Gödək Əhmədin qısa
müddətli hakimiyyəti dövrü xüsusilə əlamətdardır. Belə ki,
əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq, hərbi-
köçəri əyanların müqavimətini qırmaq
məqsədi ilə
137
şəriətdə nəzərdə tutulmayan qeyri-qanuni vergiləri və irsi
soyurqalları ləğv etmək kursu əsasında islahatlar yolunu
tutan Gödək Əhməd feodalların qiyamı nəticəsində
hakimiyyətdən salındı. 1497-1499-cu illərdə Ağqoyunlu
taxtı uğrunda Bayanduri şahzadələri Əlvənd Mirzə ilə
Murad Mirzə arasında
gedən şiddətli mübarizə
Ağqoyunlu dövlətinin iki hissəyə parçalanması ilə
nəticələndi. Onlar arasında 1500-cü ildə bağlanmış
Əbhər sülhünə əsasən Azərbaycan Əlvənd Mirzəyə, Fars
və Əcəm Iraqı isə Murad Mirzəyə verildi. 1501 və 1503-
cü illərdə iki hissəyə bölünmüş Ağqoyunlu dövlətini
Səfəvilər dövləti əvəz etdi.
Dostları ilə paylaş: