135
və artilleriyanı əldə etdikdən sonra müttəfiqləri ilə birlikdə
Istanbula yürüşə başlanmalı idi.
1472-
ci ilin yazında Ağqoyunlu qoşunları əldə edilmiş
razılığa uyğun olaraq Qeysəriyyə yaxınlığında Osmanlı
ordusunu məğlub edərək Aralıq dənizi sahilinə çıxsa da,
Avropa müttəfiqləri vaxtında gəlib çıxmadılar və Beyşehr
savaşında məğlub olan Ağqoyunlular Aralıq dənizi
sahilini yenidən itirdilər. Beləliklə Uzun Həsənin
Avropadan odlu silah almaq və müttəfiqləri ilə Aralıq
dənizi sahilində birləşmək planı xristian dövlətlərinin
xəyanəti nəticəsində boşa çıxdı. Qışın yaxınlaşması ilə
əlaqədar hərbi əməliyyatlar təxirə salınsa da, Ağqoyunlu-
Osmanlı savaşlarının yeni səhifəsi 1473-cü ilin yayında
bərpa olundu.
1473-
cü ilin avqustun 1-də baş vermiş Malatya
savaşında Uzun Həsənin tətbiq etdiyi hərbi taktika
Ağqoyunlulara uğur gətirsə də 1473-cü ilin avqustun 11-
də
Otluqbeli(Tərcan
çayı
sahilində)
döyüşündə
Ağqoyunlu
dövləti
məğlub
oldu.
Ağqoyunluların
məğlubiyyətinin əsas səbəbləri əsasən müttəfiqlərinin
xəyanəti və Osmanlı ordusunun güclü artileriya və odlu
silahlara malik olması ilə bağlı idi. Ağqoyunlu dövləti
məğlub olsa da, Osmanlı ordusuna vurulmuş ağır
zərbələr onların Şərqə doğru işğallarının qarşısını aldı və
II Mehmedin Azərbaycanı ələ keçirmək planı baş tutmadı.
Dostları ilə paylaş: