121
meydanında Azərbaycan
üçün təhlükə yarada biləcək
qüvvə yox idi. Teymurun vəfatından sonra (1405) onun
işğalçı siyasəti nəticəsində yaranan Teymurilər dövləti
tezliklə dağılmağa başladı. Müxtəlif ölkələrdə hökmranlıq
edən Teymuri şahzadələri arasındakı ixtilaflar nəticəsində
bir sıra əyalətlər bu xanədanın təsir dairəsi altından
çıxmış, müstəqillik qazanmışdı. Teymurilər arasındakı
feodal hərc-mərcliyi davam edirdi. Bu vəziyyət
Azərbaycanda da hökm sürməkdə idi. Hələ atası
Teymurun sağlığında Azərbaycandakı hakimiyyətindən
(Qarabağ və Muğan istisna olmaq şərti ilə) kənar edilmiş
Miranşah atasının ölüm xəbərini eşidən kimi bir sıra
əyalətlərdə hökmranlıq edən doğma oğlu Mirzə Ömərə
qarşı müharibəyə başladı. Bu işdə marağı olan Mirzə
Əbubəkr də kiçik qardaşının əleyhinə atası Miranşahla
birləşdi. Bu çəkişmələr
və döyüşlər nəticəsində
Teymurilərin Azərbaycandakı hakimiyyəti zəifləməyə
başladı. Ölkədə xalq kütlələri arasında xarici əsarətdən
azad olmaq meylləri qüvvətləndi. Təbriz, Marağa və
Qarabağda həyəcanlar artdı. Müxtəlif əyalətlərin
birləşməsi üçün əlverişli şərait yarandı.
Azərbaycanın, eləcə də Şirvanın müstəqilliyini
qorumaq və yadellilərin iştirakı
olmadan hakimiyyəti öz
əlində cəmləşdirmək üçün I İbrahim ciddi fəaliyyətə
başladı. O, Bərdə yaxınlığında Teymuri dövlətinin
səlahiyyətli nümayəndələri ilə sülh sazişi bağlamış və bu
sazişdə Şirvanın daxilən müstəqil olduğu qeyd edilmişdi.
İbrahim
tezliklə
Şəki,
Dərbənd,
Qəbələ
şəhərlərində də (Qarabağ düzənliyinə qədər) öz
nüfuzunu möhkəmləndirmiş, müttəfiqi olan Seydi Əlinin
oğlu Seydi Əhmədi Şəki hakimi etmişdi.
I İbrahim feodal təbəqələrinin mənafeyini güdmək
və bütün Azərbaycanda müstəqil hakim olmaq niyyəti ilə
ölkəni dağıntılardan xilas etməyə cəhd göstərdi. O,
122
yaranmış Şəraiti nəzərə alaraq müxtəlif siyasi qrupların
vəziyyətindən bacarıqla
istifadə etdi, çoxdan nəzərdə
tutduğu məqsədin - Araz çayının cənubunda yerləşən
torpaqların Şirvan ətrafında birləşdirilməsi planının
həyata keçirilməsi üçün qətiyyətlə fəaliyyətə başladı.
1406-
cı ilin may ayında şirvanşahın döyüşçüləri
maneəsiz Təbrizə daxil oldular. Təbrizin I İbrahimin əlinə
keçməsi Azərbaycan torpaqlarının vahid hakimiyyət
altında birləşməsi demək idi.
1406-
cı ilin iyulunda Şirvandan gələn döyüşçülər
Təbrizi tərk etdilər və beləliklə, Azərbaycanı birləşdirmək
uğrunda I İbrahimin etdiyi ilk cəhd uğursuz oldu. İkinci
cəhd isə 1410-cü ildə edildi. Həmin ilin birinci yarısında
Azərbaycanın cənub
ərazilərində Sultan Əhməd
Cəlairinin rəsmi hökmdar olmasına baxmayaraq, Qara
Yusifin də xüsusi nüfuzu və təsiri var idi. Qara Yusifin
iştirakı olmadan Azərbaycanda hakim olmaq meylinə
düşən Sultan Əhməd Qara Yusifin Ağqoyunlu köçəri
qəbilələrinin başçısı Qara Osmanla döyüşə getməsindən
istifadə etdi və Təbrizə qoşun yeritdi. O, eyni zamanda
şirvanşahdan kömək göstərməsini xahiş etdi. I İbrahim
oğlu Kəyumərsin başçılığı altında Təbrizə qoşun yolladı.
Qara Yusifin Şirvana
da hücum edəcəyini başa
düşən I İbrahim Təbrizə qoşun göndərməklə həm
Cəlairilərlə müttəfiq olar, həm də Azərbaycanda qalıb öz
mövqeyini möhkəmləndirə bilərdi. Lakin hələ Şırvan
qoşunu gəlib çatmamış, 1410-cu il avqustun 30-da
Şənbi-Qazan yaxınlığında Sultan Əhmədlə Qara Yusif
arasında baş verən həlledici döyüşdə Cəlairilər məğlub
edildilər. Beləliklə, şirvanşah I İbrahimin Cənubi
Azərbaycan vilayətlərini Şirvana
birləşdirmək üçün etdiyi
ikinci cəhdin də səmərəsi olmadı.
Qara Yusif və I İbrahimin hərbi hazırlıqları iki il
davam etdi. 1412-ci ilin noyabr-
dekabr aylarında Kür
123
çayının sahilində Qaraqoyunlu və şırvan qoşunları
arasında böyük döyüş baş verdi. Qara Yusif tərəfində
Qarabağın, Muğanın və Naxçıvan əyalətinin sayca çox
olan qoşunları, I İbrahimin tərəfində isə 2 min atlı ilə ona
qoşulmuş II Konstantinin məhdud miqdarda aznaurları
(hərbçiləri) döyüşürdülər. Qüvvələrin qeyri-bərabərliyi
nəticəsində şirvanşah I İbrahim, onun oğulları, qardaşları,
əmirləri və məşhur sərkərdələri, habelə II Konstantin əsir
alındılar. Tezliklə gürcü çarı və 300
aznaur edam
edildilər, I İbrahim isə 1413-cü ilin baharında həbsdən
azad olundu və Şirvana qayıtdı.
Dostları ilə paylaş: