Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə49/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   45   46   47   48   49   50   51   52   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

İqtisadi həyat. Bütün orta əsrlər boyu olduğu kimi 
XV əsrdə də Azərbaycanın iqtisadiyyatının əsasını 
əkinçilik, heyvandarlıq və sənətkarlıq təşkil edirdi. XIV 
əsrin son rübündə Azərbaycanda hakimiyyət uğrunda 
çəkişmələr, Toxtamış və Teymurun işğalçı yürüşləri ölkə 
iqtisadiyyatına güclü zərbə vursa da, XV əsrin 
əvvəllərində siyasi sabitliyə doğru gedən proseslər, 
Qaraqoyunlu dövlətinin yaranması iqtisadi dirçəlişə şərait 
yaratdı. Ağqoyunlu dövlətinin yaranması, xüsusilə də 
Uzun Həsənin həyata keçirdiyi islahatlar müvəqqəti də 
olsa məhsuldar qüvvələrin inkişafına, əhalinin sosial-
iqtisadi durumunun yaxşılaşmasına səbəb oldu. Ölkə 
iqtisadiyyatının ənənəvi sahələrindən olan əkinçilikdə 
dənli bitkilər, xüsusilə də buğda, arpa, çəltik və s. 
istehsalı aparıcı yer tuturdu. Azərbaycanın əlverişli təbii-
coğrafi şəraiti Kür, Araz, Əhər, Qarasu, Qızılüzən çayları 
boyunca taxıl məhsulları istehsalının yüksəlişi üçün 
zəmin yaradırdı. Ölkə ərazisində süni suvarma 
sisteml
ərinin kanallar, arxlar, kəhrizlər şəbəkəsinin geniş 
yayılması taxılçılıqla yanaşı bağçılıq və bostançılıq 
məhsullarının istehsalı üçün də əlverişli idi. XV əsrdə 
Azərbaycanda səfərdə olmuş ispat səyyahı R.Q.de 
Klavixo, italyan səyyahı K.Zeno, I.Barbora, A.Kontarini və 
başqalarının gündəliklərində əkinçilik, bağçılıq və 


141 
bostançılıq məhsulları haqqında maraqlı məlumatlar öz 
əksini tapmışdır.
XV əsrdə Azərbaycan iqtisadiyyatının mühüm 
sahələrindən biri heyvandarlıq idi. Heyvandarlıq 
sahəsində aparıcı yeri iri və xırda buynuzlu heyvanların 
saxlanması təşkil edirdi. Əkinçiliyə nisbətən daha 
məhsuldarlığı 
ilə 
seçilən 
heyvandarlıq 
üçün 
Azərbaycanda zəngin olan çəmənliklərlə yanaşı, əlverişli 
qışlaqların olması xüsusilə önəmli əhəmiyyət kəsb edirdi. 
Heyvandarlıq məhsulları ölkənin daxili təlabatını 
ödəməklə yanaşı Azərbaycanın ixrac potensialının 
mühüm 
bir 
hissəsini 
təşkil 
edirdi. XV 
əsrdə 
heyvandarlıqda 
atçılıq 
Azərbaycanın 
strateji 
məhsullarından sayılırdı.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin