145
göy və mavi rəngli kaşılardan
daha çox istifadə
olunmuşdur. Məhz buna görə də həmin memarlıq abidəsi
«Göy məscid» adlanır.
Həmin əsrin Şirvan abidələrinin əsas kütləsi
Bakıda və Abşeron kəndlərindədir. Bunlar məscidlər,
karvansaralar, hamamlar və xatirə tikililəridir.
Lakin
«Planlaşma prinsipi və memarlıq bədii həllin ümumiliyi,
binaların bir-birinə yaxın illərdə tikilməsi və kompleksin
qısa bir dövrdə formalaşması (XV yüzilin ikinci rübündə)
belə bir fikir oyadır ki, Şirvanşahlar sarayı ansamblı bir
memarın nəzarəti altında inşa edilmişdir.
Şirvanşahlar sarayı kompleksi XV əsrin «təxminən
10-
cu illərində tikilmişdir». Saray kompleksi aydın surətdə
düşünülmüş plana, sxemə malikdir.
Bu sxemə əsasən
kompleks iki hissəyə (rəsmi və şəxsi istifadə məqsədli)
ayrılır.
Təbrizdə 1483-cü ildə «Həşt behişt» («Səkkiz
cənnət») adlanan iri saray kompleksi tikilmişdi.
Memarlıq obyektlərinin və bitki örtüyünün
uzlaşdırılması Təbrizin memarlıq inkişafında önəmli yer
tutmuşdur. Təbrizdə böyük bağlar var idi.
Uzun Həsən
tərəfindən əsası qoyulmuş «Bağı-nəsriyyə» və Sultan
Yaqubun tikdirdiyi «Baği-şimal» («Şimal bağı») bu dövrün
şəhərsalma fəaliyyətinin nadir incilərindəndir.
Beləliklə, XV əsrdə Azərbaycan memarlığının və
şəhərsalma sənətinin ən gözəl nümunələri Qaraqoyunlu
və Ağqoyunlu dövlətlərinin paytaxtı
olmuş Təbrizdə və
Şirvanşahlar dövlətinin paytaxtı Bakıda yaradılmışdı.
Dostları ilə paylaş: