Азярбайжан республикасы дахили ишляр назирлийи


Osmanlıların yeni yürüşləri Təbrizin tutulması



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə59/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   55   56   57   58   59   60   61   62   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Osmanlıların yeni yürüşləri Təbrizin tutulması. 
Osmanlı qoşunu baş vəzir Osman paşanın başçılığı ilə 
1585-
ci ildə Təbrizi tutdu. Yeni qalalar tikildi və köhnələri 
bərpa olundu. Osman paşa xadim Cəfər paşanı Təbrizə 
haki
m təyin etdikdən sonra, buranı tərk etdi. Təbrizin 
tutulmasından bir qədər sonra Osman paşa özü də öldü. 
III Soltan Muradın ordusu 1589-cu ilə qədər Şirvan,
Gürcüstan, Çuxur-Səd, Qarabağ və Azərbaycan 
vilayətlərini tamamilə ələ keçirdilər. 
I Şah Abbasın hakimiyyətə gəlməsi, osmanlılarla 
1590-
cı il barışığı. I Şah Abbas ölkə daxilindəki 


166 
çəkişmələri aradan qaldırmaq üçün Osmanlı hökuməti ilə 
barışmağa məcbur oldu. Eyni zamanda Osmanlı dövləti 
üçün də müharibəni davam etdirməyin bir çox çətinlikləri 
var idi. 
Bir tərəfdən uzun sürən müharibələr Osmanlı 
dövlətində maliyyə çətinlikləri yaratmışdı və digər 
tərəfdən tutulan torpaqları əldə saxlamaq üçün çoxlu güc 
tələb olunurdu. Hər iki tərəfin barışığa çox ehtiyacı var idi. 
Ilk addımı I şah Abbas atdı. O, 1590-cı ildə Həmzə 
Mirzənin oğlu Heydər Mirzəni Istanbula göndərdi. 1590-cı 
ildə tərəflər arasında müqavilə imzalandı. Barışığa 
əsasən məzhəb ayrılığına görə insanlar incidilməməli, 
peyğəmbərin xələflərinə qarşı hər cür pis hərəkətə yol 
verilməməli, 22 mart 1590-cı ilə qədər hər iki tərəfin 
əllərindəki torpaqlar özlərində qalmalı, sülh əhdnaməsinə 
ciddi əməl olunmalı idi. Belə ki, Təbriz, Qərbi 
Azərbaycanın bir sıra bölgələri, Çuxur-Səd, Şirvan, 
Gürcüstan, Qarabağ və Luristan, Nihavənd, Şəhrizor 
Osmanlı dövlətinə verildi.
Daxili çəkişmələrlə son qoyulması, I Şah 
Abbasin islahatları. I Şah Abbas öz daxili siyasətində 
dövlətin milli mahiyyətini dəyişmək fikrində olmamış və 
əslində onun möhkəmləndirilməsi tədbirlərini həyata 
keçirmişdir. Bu dövləti quran da, yaşadan da türklər idi. 
Belə ki, 1628-ci ildə dövlət quruluşunda müxtəlif 
vəzifələrdə olan 92 əmirdən 54 nəfəri türk, 15 nəfəri 
türkləşmiş və türk dilindən savayı ayrı dil bilməyən qulam 
və qalanı isə qeyri-türklərdən ibarət olmuşdur. 
I Şah Abbas hərbi islahatında Osmanlı dövlətinin 
yeniçəri hərbi institutunu örnək olaraq qəbul edərək, 
qulam, tüfəngçi nizami alaylarını yaratmış və bir qədər 
sonra isə topçu taqımını da təşkil edib, əsgəri təşkilatı 
təkmilləşdirərək, 
dövləti 
hərbi-siyasi 
baxımdan 
gücləndirməyə müvəffəq olmuşdur. 


167 
Beləliklə, I Şah Abbas islahatları və daxili 
siyasətindəki uğurları sayəsində bir tərəfdən bürokratik 
dövlət aparatını genişləndirmiş, digər tərəfdən mərkəzi 
hakimiyyəti möhkəmləndirməyə müvəffəq olmuş və onun 
türk əmirlərindən ibarət olan mərkəzi və yerli idarələrə 
qeyri-
türk elementlərini də qismən cəlb etməsi dövlətin 
cənub, cənub-şərq bölgələrindəki mərkəzdənqaçma 
hərəkatlarının qarşısının alınması işinə xidmət etmişdir. 
Ölkə miqyasında mərkəzdənqaçma hallarının, əmirlər 
arasındakı çəkişmələrin qismən aradan qaldırılması 
iqtisadiyyatın 
təkamülünə, 
məhsuldar 
qüvvələrin 
inkişafına müsbət təsirlər göstərmişdir.
I Şah Abbas dövründə qızıldan zərb olunmuş 
sikkələrin vəzni də dəqiq məlum deyil. Bu zaman 
dövriyyədə I Şah Abbasın sikkə islahatı və fərmanı 
əsasında abbası adı ilə gümüşdən zərb edilən sikkələr 
üstünlük təşkil edirdi. Abbasinin rəsmi çəkisi bir misqal, 
yəni 4,64 qram idi. Sikkələrin dinarla dəyərinə gəldikdə 
isə 1 abbasi 200, I şahı 50, 1 bisti 20, 1 qazıbəyi 5 dinar 
olub, I tümən isə 100000 dinara, yaxud 50 abbasiyə 
bərabər idi.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin