Азярбайжан республикасы дахили ишляр назирлийи


Səfəvi-Osmanlı müharibələri



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə56/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   52   53   54   55   56   57   58   59   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Səfəvi-Osmanlı müharibələri. Osmanlı dövlətinə 
qaçmış Üləma bəy Təkəli I Soltan Süleyman Qanunini 
(1520-
1566) Səfəvi imperatorluğuna qarşı müharibəyə 
yönəldə bildi. Bu vaxt şah Təhmasib özbəklərlə müharibə 
aparırdı. Osmanlıların baş vəziri Ibrahim paşanın 90 
minlik ordusu, öndə isə Üləma bəyin 10 minlik qoşunu 
olmaqla, 1534-
cü ildə Azərbaycana daxil oldular. 
Ülamə bəylə bağlı olan bir çox Səfəvi əmiri 
osmanlıların tərəfinə keçdilər. Təbriz tutulduqdan sonra 
Ibrahim paşa Üləma bəyi Ərdəbilə, Xosrov paşanı isə 
Əlincə qalasına göndərdi. Təbriz daxil olmaqla, tutulan 
Azərbaycan torpaqlarının bəylərbəyi Üləma Təkəli oldu. 


161 
Həmin ilin iyul ayında bir bölük qoşunla I Soltan 
Süleyman Qanuni özü də Təbrizə gəldi. Bu xəbəri eşidən 
Şah Təhmasib qardaşı Sam Mirzəni, Heratda qoyub özü 
geri qayıtdı. Soltan Süleyman I Şah Təhmasibə yazdığı 
məktubda onu qorxaqlıqda günahlandırıb savaşa 
çağırırdı. Ancaq I Təhmasib I Soltan Süleymana 
göndərdiyi cavab məktubunda özünün döyüş taktikasını 
ona anladaraq bir qızılbaş döyüşçüsünə qarşı on osmanlı 
döyüşçüsü durduğu halda, meydan savaşına girməyin 
yersiz olduğunu bildirmişdir. 
1534-1535-
ci illərdə Bağdadda qışlayan I Soltan 
Süleyman 1535-ci ilin yazında yenə Təbrizə doğru 
döndü. Şah Təbriz və onun ətrafındakı əhalini köçürüb, 
bütün ərzağı, heyvanları, başqa yerlərə daşıtdırdı. Özü 
isə Sultaniyyəyə çəkildi. Ibrahim paşa Təbrizə daxil oldu. 
Şah iki dəfə barışıq istədi, ancaq rədd cavabı aldı. 
Dərcəzeyndə boş yollarla hərəkət edən osmanlılar Əmir 
soltan Rumlu və Çıraq soltan Ustaclının qızılbaş ordusu 
ilə qarşılaşdılar. Bu savaşda xeyli itki verib geri çəkildilər. 
Bidlisə qədər osmanlıları izləyən I Şah Təhmasibin 
sərdarı Bəhrəm mirzə Van və Ərcişi də tutdu. 1534-1535-
ci il sav
aşları hər iki tərəfin saysız-hesabsız insan itkisi 
hesabına başa çatdı. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin