162
Mirzə Cavadda şahlığa sədaqətli qalacağına and içdi.
Hətta şahın Gürcüstan və Çərkəzistana 1547-ci il
yürüşlərində də iştirak etdi.
1547-ci i
ldə Şah Təhmasib
geri döndükdən sonra
Əlqas Mirzə yenə də öz müstəqilliyini elan edib adına
xütbə oxutdurdu və sikkə zərb etdirdi. Bu vaxt Yevlaxda
olan şah Ibrahim xan Zülqədər, Hüseyn Sultan Rumlunu
5 min əsgərlə Şamaxıya göndərdi. Əlqas Mirzənin ailəsi
sığındığı Gülüstan qalası mühasirə edildi. Döyüşlərdə
ordusunu itirən Əlqas Mirzə Dağıstandan Azova, oradan
Kəffəyə və Kəffədən isə Istanbula getdi. Şirvan qalaları
tutulub onun bütün tərəfdarları öldürüldü. 1547-ci ildə
Şah oğlu Ismayıl Mirzəni Şirvana bəylərbəyi qoyub
Təbrizə qayıtdı.
Şirvanda
yerli
əmirlərin
də
arasında
mərkəzdənqaçma meylində olanlar vardı. Hələ 1544-cü
ildə Qaytaqdan Şirvana
gələn Burhan Mirzəni Əlqas
Mirzə bir neçə dəfə məğlub etmişdi. Bir çox mənbələrdə
Burxan Mirzənin Xəlilullahın oğlu olduğu göstərilmişdir.
1548-
ci ildə o, yenidən Qaytaqdan Şirvana gəldi və yerli
əmirlərin bir çoxu onun ətrafına toplandılar. Burxan Mirzə
Şirvanda yeni qiyamı baş qaldırdı. Ancaq o, 1549-cu ildə
Buğurd dərəsində öz əcəli ilə öldü. Qiyamçıların Şirvan
taxtına namizədliyini irəli sürdükləri Mehrab və 1550-ci
ildə Qurbanəli də aradan götürüldü.
Soltan Süleyman ordusunun yeni yürüşləri. I Şah
Təhmasibin barış təkliflərini qəbul etməyən I Soltan
Süleyman Qanuninin ordusu 1548-ci ildə yenə Səfəvi
imperatorlu
ğuna yürüş etdi.
Əvvəlki döyüşlərdə olduğu
kimi I şah Təhmasib yenə də odlu silahla təchiz olan
osmanlılara qarşı öz süvarisini açıq çöllərdə döyüşə
çıxarmadı. Yolboyu ərzaq quyularda gizlədilir, əhali
köçürülür, süvari ordu isə tez-tez yerlərini dəyişirdi. O,
ağıllı, taktiki hərəkətlərlə Osmanlı
ordusuna zərbələr
163
vururdu. Bilirdi ki, itki verən və səbri tükənən soltan geri
dönməyə məcbur olacaqdır. Osmanlı Soltanın yanında
olan Əlqas Mirzənin köməyinə qızılbaş əmirlərindən heç
biri gəlmədi və əksinə, onlar şahın qulluğuna getdilər.
Əlqas Mirzənin Həmədan
tərəfdən hücum edən qoşunu
məğlub edilərək, özü də əsir götürülüb Qəhqəhə
qalasında ömürlük həbs cəzasına məhkum olundu.
Soltan isə Təbrizi tutsa da, burada dörd gündən artıq
qala bilmədi. Geriyə qayıdarkən Vanı ələ keçirdi. Vanın
tutulması Təhmasibə çox pis təsir etdi. O, oğlu Ismayıl
Mirzəni Qars qalasının təmiri ilə məşğul olan osmanlılar
üzərinə yola saldı. Təhmasib özü isə Ərciş və Əhləti
tutdu. Ismayıl Mirzə Karsı tutduqdan sonra Ərcişdə atası
ilə birləşdi. Təhmasib Trabzon ətrafına
qədər hərəkət
etdi.
I Şah Təhmasib 1551-1554-cü illərdə Ərciş,
Adilcivaz, Əhlət qalalarını alaraq Muşa qədər yürüş etdi.
Oğlu Ismayıl Mirzə isə Ərzurum bəylərbəyi Iskəndər
paşanı məğlub etdi. Bununla şah Təhmasib Şərqi
Anado
luda möhkəmlənmək və Osmanlı hökmdarını
müqavilə bağlamağa məcbur etmək istəyirdi. Səfəvi
hökmdarı dəfələrlə Soltana barışmağı təklif etmişdi. Bu
barışın I Şah Təhmasib
üçün həm maddi və həm də
mənəvi əhəmiyyəti vardı. O, Səfəvi dövlətinin varlığını
təhlükədən qurtarmaq istəyirdi.
Ancaq I Soltan Süleyman Qanuni 1554-cü ildə,
dördüncü dəfə Şərq səfərinə çıxıb Irəvan, Qarabağ,
Naxçıvana hücum etdi. Yol boyu I Şah Təhmasibin
qüvvələri otlaqları, tarlaları məhv edib, əhalini
köçürmüşdü. Şah Bazarçaya doğru geri çəkildi.
Naxçıvanda Şahın süvariləri qəfil həmlələrlə osmanlıların
üzərinə yürüşlər edirdilər. Ciddi çətinliklərlə qarşılaşan
Osmanlı ordusu Ərzuruma qayıtdı. Osmanlı ordularının
ardınca Anadoluya daxil olan qızılbaşlar döyüşlərin
164
birində Soltanın ən yaxın adamlarından
olan Sinan bəyi
əsir götürdülər. Yürüşlərdən yorulmuş Osmanlı ordusu
içərisində narazılıqlar yaranmışdı. Soltan ordudakı bu
narazılıqlar
və
Azərbaycana
son
yürüşdəki
uğursuzluqlarla hesablaşmağa məcbur oldu.
Amasiyada may 1555-
ci ildə iki ölkə arasında barış
andına imza atıldı. Bu barışa görə Şəhrizor və Van ətrafı,
Imeretiya, Menqreli, Quriya osmanlılara verildi. Mesxiya,
Kartili və Kaxetiya Səfəvi hakimiyyəti altında qaldı. Bu
barış I Şah Təhmasibin ən böyük uğurlarından oldu. O,
Səfəvi dövlətinin varlığını qoruyub saxlaya bildi. Bununla
o özünün çox bacarıqlı bir dövlət başçısı olduğunu
göstərdi. I Şah Təhmasib bir sıra iqtisadi, siyasi və hərbi-
stratej
i səbəblərlə bağlı olaraq 1555-ci ildə paytaxtı da
rəsmi olaraq Təbrizdən Qəzvin şəhərinə köçürüldü.
22 avqust 1576-
cı ildə II Şah Ismayıl hakimiyyətə
keçdi.
Çox keçmədi ki, II Şah Ismayıl 1577-ci ildə
müəmmalı şəkildə öldü.
1578-
ci il fevralın 13-də şah seçilən Məhəmməd
Xudabəndi gözləri zəif görməklə yanaşı, həm də iradəcə
möhkəm adam deyildi. Onun razılığı ilə toplantıdakı
əmirlərin hər birinin öz tayfasının ağsaqqalı olması
qərarlaşdırıldı.
Dostları ilə paylaş: