Азярбайжан республикасы дахили ишляр назирлийи


Osmanlı dövləti ilə yeni savaş (1603-1612)



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə60/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   56   57   58   59   60   61   62   63   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Osmanlı dövləti ilə yeni savaş (1603-1612).
Şah Abbas 1598-ci ildə Herat savaşında Din Məhəmməd 
xanı məğlub etdi. Nəticədə Nişapur, Məşhəd, Herat, Mərv 
daxil olmaqla, bütün Xorasan özbəklərdən geri alındı. 
Səfəvi imperatorluğunun sərhədləri yenə Ceyhun çayına 
çatdı. 
I Şah Abbas ciddi hərbi hazırlıqdan sonra 
Osmanlılar tərəfindən tutulmuş torpaqları geri qaytarmaq 
üçün 14 sentyabr 1603-cü ildə Təbrizə doğru hərəkət 
etdi. 21 oktyabr 1603-
cü ildə I Şah Abbas Təbrizi tutdu.
Culfa və Naxçıvan asanlıqla tutuldu. Qızılbaş 
ordusunun gəlişini gözləyən Ordubad əhalisi də 
osmanlılara qarşı çıxdılar.


168 
Qızılbaşlar İrəvanda çox böyük müqavimətlə 
qarşılandılar.Irəvanda toplu, tüfəngli 10 min nəfər 
osmanlı qüvvəsi vardı. 1603-cü ilin sonunda başlanan 
savaş 8 iyun 1604-cü ilə qədər getdi. Çox çətinliklə 
Irəvan da tutuldu. Osmanlı ordu başçılarından Şərif paşa 
və Xızır paşa da əsir alındı. Şah onların hər ikisini 
sərbəst buraxdı. Xızır paşa öz ölkəsinə getdi. Çuxur-
Sədə Əmirgünə xan Qacar bəylərbəyi qoyuldu.
I Şah Abbas Qarabağı tutmamışdan oraya 
Ziyadoğlulardan Hüseyn xan Qacarı bəylərbəyi təyin 
etmişdi. Hüseyn xanın qoşunu Araz çayına tökülən 
Qozluçay üzərində düşərgə salmışdılar. Davud paşanın 
osmanlı dəstəsi Hüseyn xanı məğlub edib düşərgəsini 
dağıtdı. Bunu eşidən şah qorçubaşı Allahqulu bəyin 
başçılığı altında Gəncəyə beş minlik dəstə göndərdi.
Ciq
aloğlu Sinan paşanın başçılığı altında osmanlı 
ordusunun yaxınlaşdığını (1604) eşidən şah ənənəvi 
döyüş taktikasına əl atdı. Osmanlı sərhədlərində tutduğu 
qalaları dağıtdırdı. Əmirgünə xan Çuxur-Səddən yerli 
əhalini ölkənin içəri bölgələrinə köçürdü. O bilirdi ki, qış 
vaxtı ağır silahlı Osmanlı ordusu yürüşlər edə 
bilməyəcəkdir. Yaz, yay hücumlarını pozmaq üçün isə 
Osmanlı ordusunun keçəcəyi yollar kənarındakı otlaqları, 
tarlaları dağıtdırdı. Nəticədə, Təbrizə doğru hərəkət edən 
iki Osmanlı ordusundan heç biri uğur əldə edə bilmədi. 
Əksinə, itki də verərək geri çəkildilər. I Şah Abbas 
dağıtdığı qalaları bərpa etdirib buraya tüfəngçi və 
topçular yerləşdirdi. Şah Abbas 1604-1605-ci ilin qışını 
Təbrizdə keçirdi.
Qoşun toplanması üçün yeni fərmanlar verdi. Bu 
vaxt Şirvanda savaş davam edirdi. Şamaxı, Bakı və 
Dərbənddən başqa, Şirvanın qalan yerləri geri alınmışdı.

Şah 
Abbas 
Vandan 
Cığaloğlunun 
yeni 
yürürşlərinin 
qarşısını 
almaq 
üçün 
Təbrizi 


169 
möhkəmləndirirdi. Yeni tikdirdiyi qalada iki-üç illik taxıl, 
sursat yerləşdirdi. Sonra Allahverdi xanın başçılığı altında 
Vana qoşun (30 min) göndərildi. Vanda 1605-ci ildə 
savaşda Cığal oğlunun qüvvəsi məğlub oldu. O, özü çox 
çətinliklə qaça bildi.
Çox keçmədi ki, güclü hərbi qüvvə ilə Cığal oğlu 
Azərbaycana daxil olub Urmiyaya doğru hərəkət etdi. 
Yenə də Şah Abbas yolboyu bütün ərzağı başqa yerlərdə 
daşıtdırıb, əhalini isə başqa yerlərə köçürdükdən sonra 
Mərəndə çəkilmişdi.
Şah Abbas çox ustalıqla döyüşə hazırlıq gördü. 
Həlledici savaş 7 noyabr 1605-ci ildə Ərdəbillə Sərab 
arasında oldu. Şah Abbas qələbə çaldı. Cığal oğlunun 
xeyli döyüş texnikası, ərzaq, sursatı ələ keçirildi. Şah geri 
çəkilən osmanlıları izləmədi.
Bu qələbədən sonra 1605-1606-cı ilin sərt qışına 
baxmayaraq, şah Abbas Qarabağa keçdi və Gəncə 
mühasirə olundu. Kömək gələcəyini gözləyən osmanlılar 
Gəncənin verilməsi təklifinə razı olmadılar. Gəncənin 
mühasirəsi dörd ay davam etdi. Gəncə 5 iyul 1606-cı ildə 
geri alındı, Qarabağa Məhəmməd xan Ziyadoğlu Qacar 
bəylərbəyi təyin olundu.
Şah Abbas Dərbəndi tezliklə tutub Qafqazda 
müharibənin taleyini həll etmək istəyirdi. Şah ordusu 27 
iyun 1607-
ci ildə Şamaxını tutdu. Şahın fərmanı ilə 
Zülfüqar xan Qaramanlı Şirvan bəylərbəyi oldu. Şamaxı 
döyüşü ilə savaşın taleyi həll olundu. Bütün Qafqaz yenə 
də Səfəvilərin hakimiyyəti altına düşdü.
Osmanlı dövləti 1607-1611-ci illərdə Azərbaycana 
yenə də qoşun yeritdi. Lakin, osmanlılar savaşda uğur 
qazana bilmədi və 1612-ci ilin yazında tərəflər arasında 
sülh müqaviləsi imzalandı.
Qərb və şimali-qərbdə dövlət sərhədlərinin müəyyən 
olunması işi Çuxur-Səd bəylərbəyili Əmirgünə xan 


170 
Qacara, Osmanlı dövləti tərəfdən isə Van hakimi 
Məhəmməd paşaya tapşırıldı. Tərəflərin nümayəndələri 
Salmasa gəlib burada iki ay içində sərhədləri müəyyən 
etdilər və bu barədə hazırlanan sənədi imzaladılar. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin