Азярбайжан республикасы дахили ишляр назирлийи


XVII yüzilin ikinci yarısında daxili və xarici



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə62/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   58   59   60   61   62   63   64   65   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

XVII yüzilin ikinci yarısında daxili və xarici 
vəziyyət. II Şah Abbasın dövründə Səfəvi dövlətinin 
iqtisadiyyatı inkişaf edərək beynəlxalq aləmdə nüfuzu 
güclənmiş, Avropa və Şərq dövlətləri ilə qarşılıqlı 
diplomatik əlaqələri də genişlənmişdi. O, mülayim təbiətli 
və sülhpərvər olub, qonşu dövlətlərlə qarşılıqlı «dostluq 
içində» münasibətlərini qoruyub saxlamağa çalışmışdı. 
Osmanlı dövləti ilə 1639-cu ildə müqavilə bağlandıqdan 
və 
qarşılıqlı 
anlaşma 
əsasında 
hüdudlar 
müəyyənləşdirildikdən sonra tərəflər arasında müharibə 
təhlükəsi aradan götürülmüş, Səfəvi dövlətinin qərb
şimal-qərb sərhədlərinin təhlükəsizliyi təmin olunmuşdu.
Rusiya ilə Səfəvi dövləti arasında münaqişə 1662-ci 
ilə qədər davam etmiş və nəhayət qarşılıqlı diplomatik 
danışıqlarla aradan qaldırılmışdı. 
II Şah Abbas 1649-cu ildə Qəndəharı tutub, 
buradakı hindliləri öz vətənlərinə yola salıb, Şah Cahana 
(1627-
1658) dostluq məktubu yazdı və onunla əlaqələri 
nizama 
salaraq 
dövlətin 
şərq 
sərhədlərini 
möhkəmləndirdi. 
1666-
cı ildə II Şah Abbas vəfat etdikdən sonra onun 
böyük oğlu Səfi Mirzə Şah Süleyman (1666-1694) adı ilə 
hakimiyyətə gəldi. Onun dövründə ölkənin şərq sərhədləri 
zəifləmiş, özbək xanları isə Xorasana tez-tez hücumlar 
edir və heç bir ciddi müqavimətlə qarşılaşmırdılar. 


172 
Artıq XVII yüzilin 70-ci illərində Səfəvi dövlətində 
iq
tisadi və siyasi böhranın ilk əlamətləri özünü açıq 
şəkildə büruzə verirdi. Bu vaxt Iran körfəzinin mühüm 
liman məntəqələri yenidən Qərb dövlətlərinin nəzarəti 
altına düşmüşdü. Dövlət hakimiyyətinin zəifləməsindən 
mərkəzi və yerli bürokratik aparatın məmurları sui-istifadə 
edir, vergi və mükəlləfiyyətlər artılır, nəticədə ölkə 
daxilində 
narazılıqlar 
genişlənir, 
asılı 
xalqların 
mərkəzdənqaçma hərəkatları güclənir və siyasi böhran 
da getdikcə dərinləşirdi. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin