176
Ağqoyunlu Qasımın isə 1498-ci ildə soyurqal haqqındakı
fərmanında xatırladılan 31 növ vergi və mükəlləfiyyətin
demək olar hamısı qüvvədə qalırdı.
Malcəhət (xərac) başlıca
vergi olub, torpağın
münbitliyinə və ya yığılan məhsulun həcminə görə
alınırdı. Vergi ümumi məhsulun 1/5, yaxud 1/3 hissəsinə
bərabər idi.
Bağbaşı bağlardan toplanılan məhsulun 1/10
həcmində alınırdı;
Çobanbəyi otlaqlardan istifadə
əvəzinə alınırdı. Ələfə və üləfə ordunun ərzağı və atlarına
verilən yem,
ulaq nəqliyyat mükəlləfiyyəti,
qonalgə yol
gedən elçi, qasid məmura verilən yer və ərzaq, rəsmi-
sədarə baş ruhani xeyrinə yığılan rüsum,
rəsmi-vüzarə
vəzirlərin xeyrinə alınan rüsum,
rüsum daruğəyi polis
rəisi üçün alınan rüsum, rüsumi-ümmal
maliyyə idarəsi
işçiləri üçün alınan rüsum idi.
XVI-
XVII yüzillərdə Azərbaycanda torpaq rentası
məhsul, pul və biyar şəklində mənimsənilirdi. Avarizat
adlı vergi məhsulla da, pulla da alınır və bəzən isə işləyib
ödəmə şəklində yerinə yetirilirdi. Ancaq əvvəlki
yüzilliklərdə olduğu kimi vergilər əsasən məhsul (natura)
şəklində ödənilirdi.
Dostları ilə paylaş: