Азярбайжан республикасы дахили ишляр назирлийи


MÖVZU № 4.  “Azərbaycan XVIII əsrdə



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə67/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   63   64   65   66   67   68   69   70   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

MÖVZU № 4.  “Azərbaycan XVIII əsrdə. 
Azərbaycan XIX əsrin birinci yarısında. Azərbaycanın 
bölüşdürülməsi”. 
 

P L A N: 
 
1. 
Azərbaycan XVIII əsrin birinci yarısında. 
2. 
Azərbaycan xanlıqlar dövründə. 
3. 
Azərbaycan XIX əsrin birinci yarısında 
Sual 1. 
Azərbaycan XVIII əsrin birinci yarısında. 
 
Səfəvi dövlətinin tənəzzülü və XVIII əsrin 
əvvəllərində Azərbaycanda xalq azadlıq hərəkatının 
qüvvətlənməsi. XVIII əsrin əvvəllərində tərkibinə bir çox 
ölkələrlə yanaşı, Azərbaycanın da daxil olduğu Səfəvi 
dövləti dərin iqtisadi və siyasi tənəzzül dövrü keçirirdi. 
Şah, saray əyanları və dövlət məmurları boşalmış dövlət 
xəzinəsini doldurmağın yeganə yolunu vergi və 
mükəlləfiyyətlərin sayını, həcmini artırmaqda görürdülər. 
Bu məqsədlə onlar yeni-yeni vergi növləri "ixtira" edir, 
vergi toplamaq üsulunu daha da sərtləşdirirdilər. Saray 
əyanları və dövlət məmurlarının fıtvalarına uyan, dövlət 
işlərindən uzaqlaşaraq günlərini məscidlərdə ibadətdə və 
hərəmxanada eyş-işrətdə keçirən iradəcə zəif şah Sultan 
Hüseyn 1699-cu ildə vergi sistemini "qaydaya" salmaq 
məqsədilə 15 yaşına çatmış hər kəsin siyahıya alınması 
barədə əmr verdi. Əhalinin var-dövləti və əmlakı da 
siyahıya almırdı. Yeni şahın məmurları siyahı tərtib 
etməkdə çətinlik çəkirdilər; imkanı olan şəxslər ailəsi və 
əmlakı ilə birlikdə acgöz şah məmurlarının təqibindən 
qaçaraq əlçatmaz yerlərdə gizlənirdilər. Belə halların 
qarşısını almaq məqsədilə şah yeni bir fərman verdi: 


180 
"Gizlənən şəxsi kim tapsa və şaha bu barədə xəbər 
versə, onun başı şaha, əmlakı isə xəbər verən adama 
çatacaqdır".
Siyahıyaalma üç il - 1699-cu ildən 1702-ci ilədək 
davam etdi. Siyahıya daxil edilən şəxslərdən əlavə olaraq 
yeni vergilər tələb olundu. Vergilər əvvəlkilərdən üç dəfə 
artıq idi. Tezliklə şahın vergi toplayanları əhalidən yeni 
qayda üzrə üçillik vergi yığmağa başladılar.
XVIII əsrin əvvəllərində, təqribən 1700-1703-cü 
illərdə Azərbaycanda, xüsusilə Şirvanda keçən quraqlıq 
özü ilə dəhşətli aclıq gətirmişdi. Bu isə bahalığa, 
bazarlarda qiymətlərin bir neçə dəfə artmasına səbəb 
olmuşdu.
Feodal istismarının həddini aşması, Səfəvi 
dövlətinin bir çox yerlərində olduğu kimi, Azərbaycanda 
da şah üsuli-idarəsinə və yerli feodallar əleyhinə 
üsyanların baş verməsinə səbəb oldu. XVIII əsrin 
əvvəllərində Azərbaycanda ilk üsyan 1707-ci ildə Car-
Balakən bölgəsində alovlandı. 1709-cu ildə Şimali 
Azərbaycanda-Şirvan hüdudlarında daha bir silahlı üsyan 
baş verdi. 1711-ci ildə Car camaatı yenidən silaha əl atdı. 
Onlar Şamaxı şəhərinə hücum edib, Şirvan bəylərbəyinin 
malikanəsinə od vurmağı qərara aldılar.
1709-
cu ildə Qəndəhar şəhərini zəbt edib 
İsfahanı hədələyən əfqan qəbilələri mərkəzi hökumətə 
Azərbaycanda baş verən üsyanları yatırmağa macal 
vermirdi.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin