184
növbəsində Türkiyə tərəfindən Qərbi Qafqazın və Cənubi
Azərbaycanın işğalına etiraz etməyəcəyini bildirdi.
Istanbul
müqaviləsinin
əsas
maddələrindən
biri,
Xəzərsahili əyalətlər istisna olmaqla,
Şirvana həsr
edilmişdi. Müqaviləyə görə, Türkiyənin Şirvanda qoşun
saxlamağa ixtiyarı yox idi. Münaqişələr baş verdikdə
sultan bura yalnız Rusiyanın razılığı
ilə qoşun çəkə
bilərdi. Istanbul müqaviləsinə əsasən Şirvan Türkiyənin
himayəsi altında yarımmüstəqil xanlıq elan olunurdu.
Artıq bu zaman yerli əhali arasında müəyyən nüfuz
qazanmış Hacı Davud Türkiyə tərəfindən Şirvan xanı
təsdiq edildi.
Istanbul müqaviləsindən sonra Türkiyə bütün
sərhəd boyu Cənubi Qafqaza öz qoşunlarını yeritdi.
İrəvan,Xoy şəhərləri tutuldu. Təbriz mühasirəyə alındı.
Borçalı və Qazax könüllü olaraq Osmanlı
hakimiyyətini
qəbul etdi.
1725-
ci ilin mayında Təbriz uğrunda döyüşlər
yenidən başlandı. Təbrizi aldıqdan sonra Osmanlı
əsgərləri 1725-ci ilin avqustunda Gəncə şəhərini ələ
keçirdilər.
1725-
ci ilin sonlarında Osmanlı əsgərləri
Azərbaycanın
sonuncu
istehkamını,
Istanbul
müqaviləsinə görə, Osmanlı işğal zonasına daxil olmayan
Ərdəbil şəhərini də almağa müvəffəq oldular. 1725-ci il
dekabrın 18-də Ərdəbil şəhərinin alınması
Istanbulda
atəşfəşanlıqla qeyd edildi.
Çarizmin
Azərbaycanın
Xəzərsahili
əyalətlərində iqtisadi siyasəti. I Pyotru xüsusilə "ağ
neft" maraqlandırırdı. I Pyotrun Matyuşkinə verdiyi
əmrində deyilirdi: "Ağ neftdən min pud və ya nə qədər
mümkünsə göndər".
Pyotr Xəzərsahili əyalətlərdə bitən bəzi texniki
bitkilərin Rusiyada yetişdirilməsinə göstəriş verdi. I Pyotr
185
hətta tut ağaclarını qıran
şəxsi edam edəcəyi barədə
qərar da verdi. Rusiyanın iş adamları Xəzərsahili
əyalətlərdə yetişdirilən xam ipəyə daha çox əhəmiyyət
verirdilər. Rusiyanın rəsmi dairələrində belə rəy
yaranmışdı ki, Şirvanın
elə bir kəndi yoxdur ki, orada
ipəkçiliklə məşğul olunmasın. Şirvanın ipəkçiliyindən
istifadə edərək I Pyotr xam ipəyi bir sıra Qərbi Avropa
ölkələrinə, o cümlədən Ingiltərəyə, Hollandiya, Fransa və
Polşaya ixrac etmək fikrində idi.
Rus tarixçisi P.Butkov yazır ki, 1724-cü il Istanbul
müqaviləsindən sonra I
Pyotr briqadir Rumyantsevə
tapşırmışdı ki, erməniləri Xəzərsahili əyalətlərdə
istədikləri şəhərlərdə yerləşdirmək gərəkdir, lazım
gələrsə, yerli əhalini qovub,
erməniləri həmin yerlərdə
məskunlaşdırsın.
Hər iki dövlət nümayəndələrinin imzaladığı Nabur
sazişinə əsasən 1726-cı ildən başlayaraq rus qoşunları
silah işlətmədən Müşkür, Niyazabad, Cavad, Salyan,
Lənkəran, Astara, Qızılağac, Talış dağlarının bir hissəsini
tutdular. 1727-
ci ildə onlar Şeşpara, Rustov, 1728-ci ildə
isə Quba və Təngiyə sahib oldular.
Dostları ilə paylaş: