Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə71/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   67   68   69   70   71   72   73   74   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

xalq 
azadlıq 
mübarizəsi. 1724-cü ilin yayında Salyanda Rusiya 
əleyhinə çıxış baş verdi. 1727-ci ildə Muğan hakimi 
Ramazan Osmanlı və rus hakimiyyətlərinə qarşı çıxış 
etməyə cəhd göstərdi, lakin müvəffəqiyyətsizliyə 
uğrayaraq həbs olundu.
1726-
cı ildə şəqqaqi və şahsevən tayfaları 
Osmanlı hakimiyyətinə qarşı üsyan etdilər. Əbdürrəhman 
paşa qiyamçı tayfaları sakitləşdirə bildi. 1727-ci ilin 
sonunda Qaradağda böyük xalq azadlıq hərəkatı baş 
verdi. 1729-
cu ilin yayında üsyan yatırıldı.
1730-
cu ildə astaralı Musa xan ruslara qarşı 
qiyam qaldırdı və Osmanlı işğal zonasına keçdi. Lakin bir 
müddətdən sonra geri qayıtdı. 


187 
XVIII əsrin 30-cu illərində Azərbaycan uğrunda 
Səfəvi-Osmanlı mübarizəsi. Azərbaycan torpaqlarının 
azad edilməsi. Paytaxt Isfahanla birlikdə Iraq, Fars, 
Xorasanın Əfqanların, Azərbaycanın yarıdan çoxunun, 
Gürcüstan və Ermənistanın Osmanlı imperiyasının, 
Xəzərsahili ərazilərin Çar Rusiyasının əlinə keçməsi 
Səfəvi hakim dairələrini hərəkətə gətirdi. Bu qüvvələrin və 
ərazilərin birləşdirilməsində Nadirqulu xan (1689-1747) 
böyük rol oynadı. 
1730-
cu ilin sentyabrında Təbrizdə olan Osmanlı 
qarnizonu təslim oldu. Həmin il Nadir Marağa və 
Həmədanı da türklərdən geri aldı. 
1730-
cü ildə Nadir xanın Osmanlılara qarşı
uğurlu savaşı çar Rusiyasını Xəzərsahili vilayətlərin 
Səfəvilərə qaytarılması fikrinə gətirmişdi. Bununla bağlı 
1732- 
ci ilin yanvarın 21-də Rusiya ilə Səfəvilər arasında 
Rəşt müqaviləsi bağlandı. Müqaviləyə əsasən Rusiya 5 
ay ərzində Kür çayının Xəzərə töküldüyü yerdən güneyə 
yerləşən bütün əraziləri Səfəvilərə qaytarır, Səfəvilər isə 
bu torpaqların Türkiyənin əlinə keçməsinə yol verməməli 
idi. Kür çayından Dərbəndə kimi uzanan quzey 
torpaqlarının qaytarılması üçün ayrıca şərt qoyulmuşdu. 
Belə ki, Istanbul bağlaşması üzrə (1724-cü il Istanbul 
müqaviləsi nəzərdə tutulur). Türkiyəyə keçən Şirvan
Ermənistan və Gürcüstanı Iran (Nadir xan) osmanlılardan 
geri almalı, bununla da Xəzəryanı torpaqların Türkiyənin 
əlinə keçməyəcəyini təmin etməli idi. 
Nadir xan Əfşar 1732-ci ildə II Təhmasibin 8 aylıq 
oğlu III Abbas hakimiyyətə gətirildi. Nadir onun qəyyumu 
old
u. Nadir «Təhmasibqulu xan» ləqəbini ataraq, 
vəkilüdövlət və nayibüssəltənə adını qəbul etdi.
Nadir Osmanlıların tutduqları torpaqların geri 
qaytarılmasına 1732-ci ilin payızında başladı. Ilk olaraq 
Kirmanşah azad edildi. Ətraf əraziləri tutan Nadir 


188 
Bağdadı mühasirə etdi. Bağdad ətrafında olan döyüşdə 
1733-
cü il iyul ayında Nadir məğlub olaraq Bəhruza 
çəkildi. Bagdadda mühasirədə olan Osmanlı qoşununa 
köməyə gələn Topal Osman paşa Nadiri məğlub 
etdikdən sonra Bağdada girdi. Çox keçmədən yeni qoşun 
topla
yan Nadir yenidən osmanlılarla müharibəyə başladı. 
1733-
cü ilin payız və qışında osmanlıları məğlub edən 
Nadir Bağdadı tutdu. Hər iki tərəf müqavilə imzaladı.
1734-
cü ilin noyabr ayında Nadir Gəncəni 
mühasirə etdi. Gəncənin mühasirəsi 4 ay çəkdi. Nadirin 
göstərişi ilə Gəncə çayının qarşısı bağlandı, qalanın
divarları dağıldı. Bəndi dağıtmağa müvəffəq olan 
osmanlı qarnizonu təslim olmadı. 
1735-
ci il martın 10(21)-da Səfəvilərlə Rusiya
arasında Gəncə müqaviləsi bağlandı. Müqaviləyə görə 
ruslar Ba
kını 2 həftə, Dərbəndi isə 2 ay müddətində azad 
etməli idilər. Bu şəhərlər üçüncü dövlətə verilməməli idi. 
Bundan 
başqa 
ruslar 
Dağıstanın 
Səfəvilərin 
hökmranlığına keçməsinə razılıq verirdi.
1736-
cı ildə Muğanda Suqovuşan adlı yerdə 
qurultay keçirdi. Nadir qurultay iştirakçıları tərəfindən şah 
elan edildi və 1736-cı il fevralın 26-da taxta oturdu. 
Şah seçildikdən sonra Nadirin qarşısında bir sıra 
ciddi problemlər dururdu. Nadir şah ilk növbədə öz 
dövlətini möhkəmləndirməli, dağılmış iqtisadiyyatı bərpa 
etm
əli, ölkədə olan sosial problemləri nizama salmalı idi. 
Dövlətinin ərazisini yeni torpaqların tutulması ilə 
genişləndirən Nadir şah, mərkəzi dövlət hakimiyyətini 
möhkəmləndirmək üçün bir sıra əhəmiyyətli tədbirlər 
həyata keçirməyə başladı.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin