Азярбайжан республикасы дахили ишляр назирлийи


Azərbaycan torpaqları Osmanlı hakimiyyəti



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə70/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   66   67   68   69   70   71   72   73   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Azərbaycan torpaqları Osmanlı hakimiyyəti 
dövründə (1723-1735-ci illər). Osmanlı işğalına məruz 
qalmış vilayətlərdə əvvəlki inzibati-ərazi bölgüsü kiçik 
dəyişikliklərlə saxlanılmışdı. Azərbaycan torpaqları 
vilayətlərə 
(əyalətlərə), 
onlar 
da 
sancaqlıqlara 
bölünmüşdü. Vilayətlərin ərazisi, adətən, əvvəllər mövcud 
olan bəylərbəyiliklərin ərazisinə uyğun gəlirdi. Ancaq 
Gəncə vilayətinin ərazisi keçmiş Qarabağ (Gəncə) 
bəylərbəyiliyinin ərazisinə nisbətən xeyli kiçik idi. Qazax 
sancaqlıq kimi qonşu Tiflis vilayətinin, Göyçə gölünün 
şimal-şərqində yerləşən Lori, Pəmbək isə Irəvan 
vilayətinin tərkibinə daxil edilmişdi.


186 
Sancaqlıqların ərazisi əvvəlki ölkələrin, bəzi 
hallarda 
mahalların ərazisinə uyğun gəlirdi. Sancaqlıqlar 
öz növbəsində mahallara nahiyələrə bölünürdü. 
Nahiyələr də, adətən, bir neçə kənddən ibarət olan 
qəriyələrə ayrılırdı.
Vilayətlərdə ali hərbi-inzibati, həmçinin siyasi 
hakimiyyət hərbi dövrdə sərəsgər, dinc vaxtlarda isə 
mühafız adlandırılan Osmanlı, sərkərdələrinə məxsus idi. 
Sancaqbəyilər, mahal və nahiyə naibləri isə əsasən yerli 
feodallardan təyin olunurdu.
Osmanlı hakimiyyət orqanları işğal olunmuş 
yerlərdə əhalinin siyahısını tutub hər sancaqlıq, vilayət 
üçün vergi qanunnaməsi tərtib edirdilər. Xüsusi vergi 
dəftərlərində kişi əhalisi və vergilər əks olunurdu. Ticarət 
və sənətkarlıqda Səfəvilər dövründə alınan vergilər 
olduğu kimi saxlanmışdı. Bir sıra hallarda Osmanlı 
hakimiyyət orqanları vergilərin yığılmasını müqatiəyə 
verirdilər. Osmanlılar Təbrizdəki zərbxananın işini 
qaydaya salmağa çalışırdılar.
Xarici 
işğalçılara 
qarşı 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin