Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə78/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   74   75   76   77   78   79   80   81   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Quba xanlığının banisi Hüseynəli xan (1726-
1758) hələ 1726-cı ildə rus hakimiyyət orqanları 
tərəfindən bu vəzifəyə təqdim olunmuş, rus çarı onu 
Quba xanı təyin etmişdi. Hüseynəli xan sonralar Gülhan, 
Altıpara, Doqquzpara icmalarını öz mülklərinə birləşdirdi. 
Bu yerlərdə olmuş rus səyyahı akademik S.Qmelin 
göstərirdi ki, Gülhan, Altıpara, Şabran və digər qonşu 
torpaqlar Quba xanlığının mülkləri idi. Hüseynəli xan 
xarici siyasətdə Rusiyaya meyl edirdi. Nadir şahın 
dövründə zahirən ona itaətini bildirən Hüseynəli xan 
Quba və ətraf rayonları idarə edirdi. Əfşarlar dövlətinin 
süqutundan sonra Hüseynəli xan müstəqil hakim oldu. 
1756-
cı ildə Salyan da Quba xanlığına tabe edildi.
Quba xanlığında əhalinin böyük əksəriyyəti kənd 
təsərrüfatı ilə məşğul olurdu. Dağ kəndlərində arpa, 
buğda, kətan əkilirdi. Quba Dərbənd və Bakını taxılla 
təmin etməklə bərabər, Qızlyara və Həştərxana da taxıl 
göndərirdi.
Quba 
xanlığının 
yüksəlişi 
Fətəli 
xanın 
hakimiyyətə gəlməsi ilə bağlıdır. Onun hakimiyyəti 
dövründə Quba xanlığı ərazisinə Muğan, Gilan, Ərdəbil 
və digər yerlərdən buranı özünə daimi yaşayış yeri seçən 
kəndlilər, sənətkarlar, hətta bəzi feodallar da köçürdülər.


202 
Fətəli xan dövründə Qubada müxtəlif hərbi 
obyektlər tikilmiş mülki tikililər bərpa edilmişdir.
Lənkəran ( Talış) xanlığı. Müstəqilliyi yerli iri 
feodallardan biri olan Seyid Abbas bəy tərəfindən elan 
edilmiş bu xanlığın siyasi və iqtisadi mərkəzi qala 
divarları ilə əhatələnmiş Lənkəran şəhəri idi. Seyid Abbas 
xanın ölümündən sonra tarixdə talışlı Qara xan kimi 
tanınan Cəmaləddin Mirzə bəy (1747-1786) taxta çıxdı. 
Onun dövründə xanlığın siyasi sabitliyinə və iqtisadi 
inkişafına yönəldilmiş xətt aydın hiss olunurdu. Qara 
xanın dayağı hakim sinfin əksəriyyətini təşkil edən xırda 
feodallar idi. Onların köməyi ilə Lənkəran xanı yerli iri 
feodalların mərkəzdənqaçma meyllərinə qarşı mübarizə 
apara bilmişdi.
Qara xanın varisi Mir Mustafa xanın dövründə 
(1786-
1814) 
xarici 
siyasətdə 
böyük 
çətinliklərə 
baxmayaraq, Talış xanlığı xeyli möhkəmlənmişdi.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin