Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə76/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   72   73   74   75   76   77   78   79   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Sərab xanlığının əsası Şəqaqi tayfasının başçısı 
Əli xan (1747-1786) tərəfindən qoyulmuşdur. Nadir şahın 
ölümündən sonra paytaxtdakı qarışıqlıqdan istifadə edən 
Əli xan özünü həmtayfaları arasında xan elan etdi. O, 
Məhəmmədhəsən 
xan 
Qacarla 
mübarizədə 
öz 
müstəqilliyini qoruyub saxlasa da, Kərim xanın nominal 
hakimiyyətini qəbul etməyə məcbur olmuşdu. Lakin onun 
ölümündən sonra Sərab xanlığı yenidən müstəqilliyə nail 
olmuş, öz sərhədlərini genişləndirməyə cəhd göstərmişdi.
 
b) Şimal xanlıqları. 
Şəki xanlığı XVIII əsrin 40-cı illərinin sonlarına 
yaxın güclü siyasi qüvvəyə çevrildi. Qəbələ və Ərəş 
sultanları Şəki xanının hakimiyyətini tanımağa məcbur 
oldular. 1751-
ci ildə Şəki xanı müəyyən müddətə Qazax 
və Borçalı mahallarını da özünə tabe etdi.
Hacı Çələbinin hakimiyyəti dövründə Şəki xanlığı 
yeni torpaqlar ələ keçirmək uğrunda Kartli-Kaxetiya 
çarlığı ilə fasiləsiz müharibələr aparırdı. Tərəflərin növbə 
ilə qələbə çaldığı bu müharibələr hər iki ölkənin 
məhsuldar qüvvələrinin vəziyyətinə dağıdıcı təsir 
göstərirdi. Hacı Çələbinin ölümündən sonra (1755) 
hakimiyyət oğlu Ağakişi bəyə, onun ölümündən sonra isə 
Hüseyn xana keçdi. Bu dövrdə Şəki xanlığı artıq xeyli 
zəifləmişdi.


199 
1768-
ci ildə bir-biri ilə ittifaq bağlayan Şəki və 
Quba xanları Şamaxı xanlığına hücum edib, onu öz 
aralarında bölüşdürdülər. Bir neçə ildən sonra Şəki 
xanlarının qohumları arasında baş verən çəkişmələr ona 
gətirib çıxardı ki, 1779-cu ildə Hüseyn xanın ölümündən 
sonra 
hakimiyyət 
Əbdülqədirə, 
1781-ci 
ildə 
Məhəmmədhəsən xana, 1795-ci ilin dekabrında isə Səlim 
xana keçdi. 
Çoxsaylı gömrük növləri ticarətin inkişafına böyük 
əngəl törədirdi. Xanlığa gətirilən və oradan aparılan bütün 
mallardan gömrük toplanırdı. Şəkili Məhəmmədhəsən 
xanın dövründə xanlıqda vergilərin toplanmasını hüquqi 
cəhətdən möhkəmləndirən və hakim sinfin mənafelərini 
təmin edən "Dəstur əl-əməl" ("Qanunlar məcmuəsi") 
hazırlanmışdı. Iltizam sistemi, pul, ölçü və çəki 
vahidlərinin müxtəlifliyi, gömrük maneələri, həmçinin 
natura
l təsərrüfatın hökmranlığı ticarət və sənətkarlığın 
inkişafına mane olur, əmtəə-pul münasibətlərinin artımını 
ləngidirdi.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin