Marağali məHƏMMƏDHƏSƏn xan etimadüSSƏLTƏNƏ xeyrati-hesanbaki – 2009 azərbayjan miLLİ elmlər akademiyasi



Yüklə 1 Mb.
səhifə1/8
tarix31.01.2017
ölçüsü1 Mb.
#7134
  1   2   3   4   5   6   7   8


MARAĞALI MƏHƏMMƏDHƏSƏN XAN ETİMADÜSSƏLTƏNƏ


XEYRATİ-HESAN

B A K I – 2009

AZƏRBAYJAN MİLLİ ELMLƏR AKADEMİYASI

MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU


MARAĞALI MƏHƏMMƏDHƏSƏN XAN ETİMADÜSSƏLTƏNƏ
XEYRATİ-HESAN

(GÖZƏLLƏR SƏRVƏTİ)

BAKI – NURLAN – 2009

Azərbayjan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 21 sentyabr 2009-ju il tarixli 8 №-li ijlasının qərarı ilə nəşr edilir.
Fars dilindən tərjümə edən,

ön sözün müəllifi, göstərijilərin və qeydlərin tərtibçisi:


Tahirə Həsənzadə,

tarix elmləri namizədi


Elmi redaktoru:
Nailə Vəlixanlı,

akademik
Redaktoru:


Telli Axundova,

tarix elmləri namizədi


Kompüter ijraçıları:
Nigar Əsədova,
Suad Əhmədov
Marağalı Məhəmmədhəsən xan Etimadüssəltənə. Xeyra­ti-hesan (Gözəllər sərvəti). Bakı: Nurlan, 2009, 150 s.
Təkmilləşdirilmiş təkrar nəşri

MƏHƏMMƏDHƏSƏN XAN ETİMADÜSSƏLTƏNƏNİN HƏYATI VƏ «Xeyrati-hesan» əsəri
Müdriklərdən biri demişdir ki, elm və tərbiyənin ibtidası qadınlardan başlayır, elm tələb etmək hər bir müsəlman kişiyə və müsəlman qadına vajibdir. Bu hökm sayəsində yer üzündə milyonlarla elmli müsəlman qadını övladına müəllim və tərbiyəçi olmuşdur. Tarix boyu ijtimai və siya­si həyatda müəyyən mövqe tutmuş qadın bir çox şifahi və yazılı abidələrdə tərənnüm olunmuşdur. «Kitabi-Dədə Qor­qud» yazılı abidəmizdə təsvir olunan mərd qadınların xə­ləf­ləri olan Tuti Bikə, Qürrətüleyn, Həjər kimi türk qadını1 Məhəmməd Zehni əfəndinin «Məşahirün-nisa»2, Rzaəd­din ibn Fəxrəddinin «Məşhur xatunlar»3, Məhəmməd­hə­sən xan Etimadüssəltənənin «Xeyrati-hesan»4 Bəhriyyə Uçokun «Müsəlman dövlətlərində qadın-hökmdarlar»5 və başqa əsərlərdə yaşayırlar. Belə əsərlərdən biri, Xeyrati-hesan» («Gözəllər sərvəti») əsəri diqqətəlayiqdir. Əsərin müəllifi Nəsrəddin şah Qajar dövrünün görkəmli şəxsiy­yəti, marağalı Məhəmədhəsən xandır.

Marağalı Məhəmmədhəsən xan 1843-jü il 16 sen­tyabr­da Tehranda anadan olmuşdur6

Ana tərəfindən qajarlardan olub, Ağa Məhəmməd şah Qajarın qardaşı Mustafaqulu xanın nəvəsidir. Atası Əli xan Müqəddəmdir. Məhəmmədhəsən xan məşhur is­la­hatçı, Baş Nazir Əmiri-Kəbir Mirzə Tağı xanın 1851-ji il­də Tehranda təsis etdiyi Darülfünuna daxil olmuş, burada hərb elmini öyrənməklə yanaşı tarix, joğrafiya, riyaziyyat elmlərini, ərəb, ingilis və rus dillərini mənimsəmişdir. O, 9 ya­şında ikən piyada qoşunlar komandanı Əziz xanın ya­nın­da qulluq etməyə başlamışdır. Sonra Xuzistan, Luris­tan əyalətlərində polk komandiri, Şüştərin hakimi təyin olun­muş, 1863-1867-ji illərdə Parisdə Qajarlar dövlətinin sə­lahiyyətli səfiri Həsənəli xan Gorusinin müavini, attaşe kimi çalışmışdır. Bu müddətdə fransız dilinə mükəmməl yi­yələnmiş, boş vaxtlarını ingilis dilini öyrənməyə sərf et­miş­dir. O, Fransadan Tehrana qayıtdıqdan sonra II dərə­jə­li Şiri-Xurşid ordeni ilə təltif olunaraq, Nəsrəddin şahın şəxsi mütərjimi və köməkçisi təyin edilmişdir.

1871-ji ildə Nəsrəddin şah, Qajar dövlətində aparılan bir sıra islahatlarla əlaqədar bütün tərjümə işlərini və ki­tab nəşrini bir yerdə mərkəzləşdirmək barədə sərənjam ver­mişdir. Şah eyni vaxtda Məhəmmədhəsən xana Səni­üd­dövlə titulunu (dövlət sənətkarı) verərək, onu Nəşriyyat və Tərjümə idarəsinin rəisi təyin etmişdir. Sonralar bu iki ida­rə Nəşriyyat Nazirliyi adlandırılmış və İranda bu nazir­li­yin naziri vəzifəsi Etimadüssəltənə (dövlətin etimadlı ada­mı) titulunu almış Məhəmmədhəsən xana tapşırılmışdır. Be­ləliklə Qajarlar dövlətinin ilk Nəşriyyat naziri marağalı Məhəmmədhəsən xan olmuşdur. O, ömrünün axırınadək dövlət işləri ilə məşğul olmuşdur. Bununla yanaşı tarixi-joğrafi əsərləri ilə İran tarixşünaslığında Avropa elmi me­todunun, yazıçı-tərjüməçi kimi bədii əsərləri ilə fars nəsri­nin sadələşmiş nümunələrinin banisi kimi tanınmışdır. Əl­lidən artıq oricinal və tərjümə əsərin müəllifi olan Məhəm­məd­həsən xan 53 yaşındı düşmənləri tərəfindən zəhərlə­nə­rək öldürülmüşdür. Onun əsərləri Avropa mənbələ­rin­dən, dövlət sənədlərindən, Avropa və ölkədaxili səfərləri zamanı topladığı materiallardan qidalanmışdır. Dördjildlik «Miratül-buldani-Nasiri» (Nasiri şəhərlərinin aynası), üç­jild­lik «Mətlə üş-Şəms» (Günəşin çıxması), «Dürərüt-ti­jan fi tarixi-bəni əl-əşkan» (Əşkanilər tarixində dürlər top­lusu), «əl-Məasir vəl-asar» (Hünərlər və əsərlər) onun əsər­lərindəndir. Bu əsərlərdə Azərbayjan tarixi və gör­kəmli şəxsiyyətləri haqqında dəyərli məlumatlar vardır. Qeyd etmək lazımdır ki, İran və Qərb tarixçilərindən fərqli olaraq ilk dəfə Məhəmmədhəsən xan Azərbayjan dövlə­tinin e.ə. müstəqil şahlığa malik olduğunu göstərmişdir.

Məhəmmədhəsən xan Etimudüssəltənənin üçjildlik «Xeyrati-hesan» əsəri Şərq qadınları haqqında məlumat verən bioqrafik mənbədir.

Əsərin adı Qurani-Kərimin 55-ji surəsi olan «ər-Rəh­man»ın 70-ji ayəsindən götürülmüşdür. Orada yazılmış­dır: «Gözəl əxlaqlıdır, xoş sifətlidir oraların hər qadını».

Etimadüssəltənənin yazdığına görə o, «Xeyrati-he­san»ı XIX əsrin məşhur türk ədibi Məhəmməd Zehni əfən­­dinin «Məşahir ün-nisa» əsərinin türk dilindən tərjü­məsi əsa­sında yazmışdır. Maraqlıdır ki, Etimadüssəltənə yara­dı­jı­lığı haqqında fikir söyləyən tədqiqatçıların heç də ha­mısı bu əsərin tərjümə olduğunu göstərmirlər7. Əsər 1886-1888-ji illərdə Tehranda daşbasma üsulu ilə çap olunmuşdur. Məhəmmədhəsən xan, Lütfəli bəy Azərin «Atəşgədə», Mahmud Mirzə Qajarın «Noqli-məjlis», İzədüddövlə Əhməd Mirzə Qajarın «Tarix» əsərlərindən buraya əlavələr edərək azərbayjanlı qadınlar haqqında da məlumat vermişdir. Ümumiyyətlə üç jilddən ibarət olan «Xeyrati-hesan»da məşhur türk, azərbayjanlı, ərəb, hind və həbəş qadınlarından bəhs olunur. Şəxsiyyətlər əlifba sırası ilə verilmişdir. (Aminə-Yəhəbulla).

Əlyazmalar İnstitutunda mühafizə olunan «Məşahir ün-nisa» əsərinin birinji jildini «Xeyrati-hesan»la müqayi­sə etdikdə bəzi dəyişikliklərə rast gəlmək olar. Belə ki, Mə­həmməd Zehni əfəndinin kitabında Məhəmməd (s) pey­ğəmbərin anası Aminə binti-Vəhəb əlifba sırasına uy­ğun olaraq 9-ju səhifədə verildiyi halda. «Xeyrati-he­san»­da 1-ji səhifədə verilmişdir. «Məşahirün-nisa»nın bu jildi əlif-za həriflərini əhatə etdiyindən həmin əsərin 2 jild­dən ibarət olduğunu zənn etmək olar. Məhəmməd­hə­sən xan yuxarıda göstərilən mənbələrdən istifadə edərək Zeh­ni əfəndinin əsərinə xeyli əlavələr etmiş, öz həmdini, həm­di­yarları, yaxın qohumlarda olan xanımlar, Qajar xa­nım­la­rı haqqında məlumat verərək, əsəri daha da zinətlən­dir­miş­­dir. Bəlkə də elə buna görə bəzi tədqiqatçılar «Xey­rati-he­san»ın tərjümə olduğu barədə söz deməmişlər.

Müəllif «Xeyrati-hesan»ın birinji jildi çap olunduqdan sonra bir nüsxə Məhəmməd Zehni əfəndiyə göndərmiş, ondan öz tərjümeyi-halını yazmağı xahiş etmişdir. Zehni əfəndi də bu xahişə əməl etmiş və Məhəmmədhəsən xana məktub göndərmişdir. Həmin məktub «Xeyrati-he­san»ın ikinji jildində türk və fars dillərində dərj edilmiş­dir.8 Burada Zehni əfəndinin başqa əsərləri haqqında da məlumat verilir. 1887-ji ildə yazılmış məktubdan Zehni Əfən­dinin qırx üç yaşında olduğu, dilçiliyə və ədəbiyyata dair bir sıra əsərlərin, o jümlədən alim və ədiblərin tər­jümeyi-hallarından bəhs edən «Kitabül tərajim»in müəllifi olduğu bilinir.

Məhəmmədhəsən xan Etimadüssəltənə əsərə maraqlı müqəddimə yazmış, yeri gəldikjə onu beytlərlə bəzəmiş, burada öz əməlindən böyük gürur duyduğunu bildirmişdir. O yazır: «Nə yaxşı ki, qadir Rəssam və ijraçı Fateh ana­la­rın bətnində qızlara gözəl surət bəxş etmiş, təbiət də on­lara mərifət və kamal vermişdir, hikmət və ədəb qapıla­rını şərəfli, ağıllı qadınların üzlərinə açmışdır. Haqq bun­dadır ki, onlar gərək unudulmasınlar ki, bu dünyada yaşa­mışlar. Onlar çadra altında zehnli, ağıllı olmuşlar, həqiqəti axtarıb meydana çıxarmağa çalışmışlar:


Xameyi-Son ke övraqi jəhan arayəd,

Xoldra niz be xeyrati-hesan arayəd.


Tərjüməsi:
Fələyin qələmi ki, külli jahanı bəzəyir,

Jənnəti də gözəllərin ehsanı bəzəyir.


Və yaxud:

Leşkər şekəsteənd, keşvər gerefteənd,

Səd kar kərdeənd, səd rah rəfteənd.9
Tərjüməsi:
Ordu məğlub etmiş, ölkə fəth etmişlər

Yüz iş görmüşlər, yüz yol getmişlər.


Etimadüssəltənə üçjildlik bu əsərində Şərqin həm gö­zəl, həm də mərd, ziyalı və xeyriyyəçi qadınlarını xarak­te­rizə edərək, onların yüksək qiymətini vermişdir.

«Xeyrati-hesan»ın 1-ji jildi hijri-qəməri 1304-jü (1886) ildə çapdan çıxmış, əlif-re, yəni fars əlifbasının 1-ji-12-ji hərflərini əhatə edir. Bu jilddə Şərqin bir çox ta­nınmış qadınları, o jümlədən, Qarabağ hakimi İbrahim­xə­lil xan Javanşirin qızı Ağabajı, 1 Şah Təhmasib Səfəvinin qızı Pərixan xanım, Əmir Çobanın qızı Bağdad Xatun, Qa­jarlar nəslinin xeyriyyəçi qadınları və başqaları haqqında maraqlı məlumat verilir.

II jild ze-fe, yəni fars əlifbasının 13-23-jü hərflərini əha­tə edir, bu jilddə türk mənşəli Misirli hökmdar qadın Şə­jərəddürr, Fətəli şah Qajarın xanımı, şairə Tavuz xanım, gözəl xəttə malik, şair təbiətli qızı Təyyibə, rübai­lər yazan Aişə Səmərqəndi və başqaları haqqında məlumat verilir. Bu jild 1887-ji ildə nəşr edilmişdir.

III jild fe-vav, yəni fars əlifbasının 24-32-ji hərflərini əhatə edir. Bu jilddə XII əsrdə yaşamış Məhsəti Gənjəvi, Fətəli şahın oğlu, Azərbayjan valisi Abbas Mirzə Naibüs­səltənənin xeyriyyəçi, rəssam və xəttat qızı Fəxrüddövlə (Xanbaba xan və ya Sarı Aslan adı ilə məşhur olan İrəvan Sərdari Məhəmmədhəsən xanın həyat yoldaşı olmuş­dur), yaşadığı əsri məlumat olmayan Gövhər bəyim Azər­bay­jani, Kirman hakimi, şairə Padşah Xatun və başqaları haq­qında məlumat verilir. Bu jild isə 1888-ji ildə nəşr edil­mişdir.

Yuxarıda göstərildiyi kimi Məhəmmədhəsən xan Eti­ma­düssəltənə Zehni əfəndinin əsərinin tərjüməsini jüzi dəyişikliklərlə əsas iş kimi götürərək, öz tədqiqatını da buraya əlavə etmiş, beləliklə onun əsərini öz həmdini, həm­diyarları, yaxın qohumlarda olan istedadlı, məşhur xa­nımlar haqqında məluatlarla zənginləşdirmişdir. Mə­həm­məd­həsən xan Etimadüssəltənənin tədqiqatçıları onun tarixi-joğrafi əsərlərindən bəhs edərkən «Xeyrati-hesan»ın tərjümə olduğunu bəzən unutmuş, onu oricinal əsərləri siyahısına daxil etmişlər. İran tədqiqatçısı Əhməd Gülçin Məani «Xeyrati-hesan»dan geniş bəhs etmişdir. O, özünün ikijildlik «Tarixi-təzkirehayi-farsi» əsərində ya­zır ki, Xan Məlik Sasanı «Siyasətgərani-doureyi-Qajariy­yə» (Qajarlar dövrünün siyasi xadimləri) kitabında Seyid Jəmaləddin Əfqani, Mirzə Mülküm xan, Əminüddövlə və başqaları ilə bərabər Məhəmmədhəsən xanın həyat və yaradıjılığına geniş yer ayırmış, onun «Xeyrati-hesan»ın­dan bəhs etmişdir. Əhməd Gülçin Məani göstərir ki, Şərq qadınlarının əsərdəki diqqətəlayiq nümayəndələri arasın­da əlli iki nəfəri farsdilli şairədir. Məhsəti Gənjəvi, Ağa­bajı, Gövhər Azərbayjani bu qəbildəndir, türkjə yazmış şairə qadınların sayı isə iyirmi birdir. Ə.Məani «Xeyrati-he­san» da olan bəzi nöqsanları da oxujunun nəzərinə çatdırır. Məsələn, «Xeyrati-hesan»ın 1 jildində Şah İsma­yıl Xətainin zövjəsi kimi təqdim olunan Bəhruzə xanım həmin jildin 81-ji səhifəsində Tajlı xanım adı ilə Şah İs­mayılın məhbubəsi kimi verilmişdir. Bu qeyri-dəqiq, mü­ba­hisəli olan məsələni tarix elmləri doktoru, professor Seyidağa Onullahi öz tədqiqatında aydınlaşdırmışdır.10

Eləjə də 1 jildin 69-ju səhifəsində Padşah Xatun haq­qında verilmiş məlumat III jildin 47-ji səhifəsində ve­rilmiş Lalə Xatuna aid edilir və göstərilir ki, Lalə Xatun elə Padşah Xatunun özüdür.11

Əsərin II jildində (s.49) Şamlu Zivərin qəzəlinin so­nun­ju mirası isə həmin jildin 18-19-ju səhifələrində haq­qında məlumat verilən, Teymurilərdən olan Zibünnisə bə­yimə aiddir.

Əhməd Gülçin Məani maraqlı bir jəhəti qeyd edir ki, bu da Etimadüssəltənənin «Xeyrati-hesan» əsərinin Mir­zə Məhəmməd Məlikülküttab Şirazi tərəfindən mənim­sə­nilərək «Təzkirətül xəvatin» adı ilə Bombeydə çap olun­masıdır.12 Əsər haqqında Etimadüssəltənə öz xatirələ­rin­də belə yazır:

«1309-ju il 1 səfər (1891, 7 sentyabr). Nahardan əvvəl Parisdən təzə bir kitab gətirmişdilər. İran və islam aləmi qadınları haqqında yazılmışdı. Tərif edirdilər ki, İran qadınları Fransanın qadınlarından çox fazil və alimdirlər. Onlar «Xeyrati-hesan» kitabını nümunə göstərdilər. Şah buyurdu ki, bu kitabı nə vaxt yazmısan? Ərz elədim ki, üç jilddir, üç il bundan əvvəl hüzurunuza gətirmişdim. Təəj­jüb etdi ki, görməyibdir. Xahiş elədim ki, kitabı jildləyib, şah üçün gətirsinlər».13

İlk dəfə 2003-jü ildə nəşr olunmuş «Xeyrati-hesan» (Gözəllər sərvəti) kitabında yalnız 159 azərbayjanlı-türk qadını haqqında məlumatın Fars dilindən Azərbayjan di­li­nə tərjüməsi verilmiş və şəxsiyyətlərin əlifba sırası göz­lə­nilmişdi. «Xeyrati-hesan»ın ikinji nəşrində isə 177 türk qa­­dını haqqında məlumat və fars dilində yazmış şairə qa­dın­ların şeirlərinin həm transfoneliterasiyası, həm də Azər­­­bayjan dilinə tərjüməsi verilmişdir. Beləliklə bu nəşr­də farsdilli oxujular Məhsəti Gənjəvi, Gövhər xanım Azər­­bay­jani, Fətəli şah Qajarın qızı İsmət xanım, Hin­dis­tan şahı Jahangir şahın xanımı Nurjahan Bəyim, Mələk xa­­nım Qajar, Qəmər xanım Qajar və başqalarının şeir­lə­rini oricinalda da oxuya biləjəklər. Kitaba qeydlər, joğrafi ad­lar və şəxs adları göstərijiləri əlavə olunmuşdur.


«X E Y R A T İ-H E S A N»

(İQTİBASLAR)
AFAQİ
Aşıq Çələbi öz təzkirəsində yazır: «Afaqi təb sahibi idi, fəsahət və bəlağətli danışanlardan hesab olundu. Lakin onun həyatı və şeirləri barədə heç bir məlumat yoxdur».
AĞ QURİ BƏYİM
Bedaq Sultanın zövjəsidir və 855-ji /1451/ ildə dün­ya­ya gəlmiş Məhəmməd xan Şeybaninin anasıdır.
AĞABAJI*
Mərhum Fətəli şah Xaqanın möhtərəm zövjələrindən olub, mərhum şuşalı İbrahimxəlil xan Javanşirin qızıdır. Xa­qanın hərəmxanasında son dərəjə hörmət və izzətə malik idi. Bu qadın həzrəti-Xaqanın hərəmxanasına zən­gin, ziynətli və alijənab bir qadın kimi daxil olduğundan hamı ona kəmali-ədəblə yanaşırdı. O, Qarabağdan özü ilə bərabər 200-dən artıq xadimə və nökər gətirmişdi ki, on­ların da hamısı məşhur, igid və jəsur adamlar idilər. O jümlədən buraya gəlmiş Qarabağ böyüklərindən olan və bu xanımın vəzarətində çalışan Məlik bəy, xanımı, onun lə­yaqətinə toxunan, ədəbdən kənar hərəkətlərdən qoru­ya­raq qayğısına qalırdı. Bu məqsədlə Məlik bəy, Qasım imamzadəsi ətrafında bir qəsr tikdirmişdi və çox zaman orada qalırdı. Bu qadın özü çox ağıllı, ləyaqətli və uja idi. Ona görə həzrəti-Xaqan Fətəli şah ona sahib ola bilmədi və o, ömrünün axırınadək bakirə idi. Belə rəvayət edirlər ki, zifaf gejəsi şahla Ağabajı arasında yalnız bir-iki kəlmə sorğu-sual olmuşdur. Ağabajı səhər iki misradan ibarət aşağıdakı türkjə /azərbayjanja – H.T./ şeiri yazıb, Fətəli şaha göndərmişdir:
Yarım gejə gəldi, gejə qaldı, gejə getdi,

/heç bilmədim/ ömrüm nejə gəldi, nejə qaldı,

nejə getdi.
Xülasə, Qum və bu vilayətə tabe olan yerlərin gəliri, suyurqal, Qumda iqamət edən Ağabajıya çatırdı. Özünün övladı olmadığından şahzadələrdən Keykavus mirzə ona oğulluğa və Mürəssə xanım qızlığa verildilər. Ağabajının bajısı qızını Keykavus mirzəyə ərə verdilər. Mürəssə xa­nımı isə İbrahim xanın nəvəsi Abbasqulu Mötəmidüddövlə Javanşirə nişanladılar və bu iki şahzadənin biri Ağaba­jı­nın kürəkəni və digəri isə gəlini oldular. Deyirlər ki, həz­rəti-Xaqan dəfələrlə onun yanına gələrək, bu qadının fira­van yaşaması üçün qohumluq əlaqələrini həmişə davam etdirmiş, bunun nətijəsi sonralar görünmüşdür. Belə ki, Ağa­bajının qohumları Xaqanın övladları olan şahzadə­lə­rin yanında mühüm xidmətlərdə olmuşlar. Sonralar Ja­van­şirlər sülaləsi ilə Xaqan xanədanından olan şahza­də­lər arasında qohumluq əlaqələri davam etmişdir ki, indi də həmin əlaqələr möhkəm və davamlıdır. Xülasə, Ağa­bajı ağıllı və şair təbiətli idi, nəzm və nəsrdə məharətli idi. Aşağıdakı şeirlər onun düşünjələrindəndir:
Xürrəm an, ku be səri-kuyi-to jai darəd,

Ke səri-kuyi-to xoş abo-həvai darəd.

Be səfər rəfto, deləm şod jərəsi-naqeyi-u,

Rəsm in əst ki, hər naqe dərayi darəd.


Tərjüməsi:

O kəs bəxtəvərdir ki, xoşbəxtdir ki, ey janan,

Özünə mənzil salıb yaxın yerdə bağından.

O səfərə çıxanda mən qüssəyə dalaram,

Dəvəsinin boynunda özüm bir zəng olaram.
Suxtem əz atəşi-qəm, Naseha, ta key ze mən

Mizəni bər atəşəm damən, bero, xamuş baş !


Tərjüməsi:
Ey Naseh, nəsihətin mənə əbəsdir, əbəs,

Ətəkləyər sözlərini, atəşimi söndürməz.


Ta həşr nevisənd əgər mey nəşəvəd tey

Nə dəftəri-hüsni-to, ne tumari-fəraqəm.


Tərjüməsi:
Hüsnünün tərifini həşrə qədər yazsalar,

Nə tərifin qurtarar, nə həsrətim azalar.


/Tərjümə edəni N.Rəfibəyli/

AĞABƏYİM
Heratda yaşamış ali təbəqədən olan bir qadındır, rit­mik şeirlər yazırdı. Bu şeir onundur:
Ah əz an dami ke, darəd rişteyi-jan tab əz u

Vay əz an ləli ke, hər dəm mixorəm xunab əz u.


Tərjüməsi:
O tordan uzaq ki, onun bağı janımı injidir,

O dodaqlardan uzaq ki, hər zaman

qanlı göz yaşı içirəm.
AĞA BİKƏ
Mirzə Miran şah Gürganinin qızıdır və Gürganiyyə əmirlərindən Səd Vəqqasın zövjəsidir. 818-ji /1415/16/ ildə Qara Yusif Türkman Sultaniyyə qalasını zorla tutduğu zaman Əmir Bəstam Jakir Şahrux tərəfindən Kutval qalasında idi. O, Quma tərəf qaçmış və özünü Səd Vəq­qa­sa yetirmişdi. Səd onu bəhs etdikdə, Mirzə Şahrux əsəbiləşdi. Əmr etdi ki, onu azad etsinlər. Səd buna itaət etdi və Mirzə Şahruxun qorxusundan Bəstamı özü ilə Təb­rizə apardı. Qara Yusif İraqi-Əjəmə getmək qərarına gəldiyi üçün Bəstamı azad etdi və oğlu Əxi Fərəji Quma göndərdi ki, Ağa Bikəni Təbrizə gətirsin. Ağa Bikə ağıllı qadın olduğundan bilirdi ki, Qara Yusif onun sülaləsinin düş­mənidir. Ona görə də öz adamları ilə silahlanıb türk­mənləri tutdu və başlarını kəsib, Mirzə Şahruxun yanına göndərdi.


AĞA KUÇEK
Ağa Kuçek mərhum şahzadə Seyfulla mirzənin qızıdır. Qamətli, ağıllı, nəzmdə məharəti olan xanım idi. Böyük Səfəvilər sülaləsindən olan mərhum Mirzə Əbdülkərim ibn Mirzə Əbdülvahab Mötəmidüddövlənin anasıdır. Bu şahzadə xanımın nəsli bir tərəfdən mərhum Fətəli şah Xaqana və digər tərəfdən mərhum Mötəmidüddövlə Nişatla Səfəvilər sülaləsinə çatır. Bu rübai onundur:
Quyənd behişt-o hur-o kövsər baqist,

Dər ruzi-jəza duzəx-o məhşər baqist,

Düzəx çe bovəd boğzi-Əli və aləş,

Jənnət be məhəbbəti-peyğəmbər baqist.


Tərjüməsi:
Deyirlər behişt, huri və kövsər əbədidir,

Jəza günü jəhənnəm və məhşər əbədidir,

Əlinin və nəslinin qəzəbi yanında jəhənnəm nədir ki,

Peyğəmbərin məhəbbəti ilə jənnət əbədidir.


AĞBAŞ
Mirzə Uluğ bəyin qızlarındandır.
AĞBƏYİM
Sultan Hüseyn Mirzə Gürganinin qızı və Əbülqasımın övladı olan Məhəmməd Qasım Mirzənin zöfjəsi Juni Bə­yi­min anasıdır.


AĞSOLTAN XANBİKƏ
Mirzə Uluqbəy Gürganinin arvadlarındandır. Ağsoltan Xanbikə Sultan Mahmud xanın qızı idi.
AİŞƏ BİNT MƏHƏMMƏD
İldırım Bayazid (33) xan əsrinin üləmalarından Şeyx Məhəmməd əl-Jəzrinin qızlarından biridir. Xajə «Tarix»- ində yazıldığına görə Aişənin bajıları olan Səlmi və Fati­mə də elm və fəzilət əhli olmuşlar. Onlar pərdə arxasın­dan tələbələrə dərs deyirdilər.
AİŞƏ HÜBBİ
İstanbulun məşhur şairəsi, Sultan Səlim Saninin nədi­məsi /həmsöhbəti – H.T./ olmuşdur Aşıq Çələbi və Qına­lı­zadə Həsən Çələbi öz təzkirələrində onun haqqında yaz­mışlar. Müşarileyhə Şeyx Yəhyanın nəvəsi, Şeyx Ağ Şəm­səddin nəslindən idi, Şəmsi Çələbinin qanuni arvadı olmuşdur. O, Sultan Səlimin yanında şahzadə, məsləhət­çi, ustad kimi xidmət etmişdir, səltənətin gərəkli adamı və Sultanın həmsöhbəti olmuşdur. Təzkirə sahibləri deyirlər ki, Aişə Hübbi ondan əvvəl yaşamış Rum və İran şair­lə­rindən, o jümlədən Mehdi və Zib, Jəlali və Afaqi, Jahan və Dilşad kimi idi və bəlkə də onlardan üstün idi. Onun qə­zəl, qəsidə və məsnəviləri vardır. O jümlədən «Xurşid və Jəmşid» məsnəvisi üç min beytdən artıqdır və gözəl məzmuna malikdir. Aşağıdakı beytlər onun təbindəndir:
Dua təmsili Yusif kibi hər dəm

Kim ana müştəridir xülqi-aləm

Verər hər kişi məqdur nejə kövhər

Anın ta müştərisindən olalar

Sən oldun şimdi həm ol zən misalı

Qəçən ərz eylədi Yusif jamalı

Götürüb nejə riştə əndə bir zən

Xiridar oldu ana janü dildən


Aişə Hübbi III Sultan Murad xanla ünsiyyətdə olanda Sultana bir qəzəl yazmış, onun şeirini təqlid etmişdi.

Sultan Muradın qəzəli aşağıdakıdır:


Əqsəmtu ilər-r-rabbi huva-l-hayyu jəlil

Fərdun əhadun qadirun Əllahu jəmil

Halımı nə hajat ki, bəyan edə zəbanım

Əd-dəmu min əl-ayni alə-l hali dəlil

Əlbəttə bu halimdən o yarın xəbəri var.

Fil-qalb min əl qalb ilə-l-qalb səbil

Aşiq nejə sağ ola çu səndən ola ayrı

Əl aşiq min hijrik fənun və amil

Haşa ki, /Murad/ eyləyə qeyrilərə meyli

Qəlbi ləki min mehdi ilə-l-lahdi yəmil.



HÜBBİ XATUNUN QƏZƏLİ:
Fəvvastu ilə-l ləhi huva-r-rabbu jəlil

Hayyun samədun dəmə ləhu əl fadl jəmil

Yox varlığın isbat üçün qeyri təkəllüf (31)

Lilaql ləhu yəşhədu va-n-naql dəlil

Ədl eyləsin ol şah ki, yola çıxa təqərrüb (32)

Əş-şəru şərifun va il-lləhi səbil

Aqsə nolə deli-arizin ayın görüb, eyjan,

Əl jinsu ilə-l-jinsi kəmə qilə yəmil

Bu nəzmi-şəhə nejə nəzirə deyə Hübbi

Fil huzni mada-l-omr hiyə-l-ən əlil


Bu bədii beyt də Aişə Hübbinin fikirlərindən doğ­muş­dur:
Rastdır rəftarımız manəndi-meyli-Tutiya

Bir hezaran dideyi-məxmurə girmiş-çıxmışız


«Kəşf-üz-zünun» sahibi müşarileyhənin Amasiya şə­həri əhlindən olduğunu yazır, onu Mənla Hübbisi adlan­dı­rırlar.
AİŞƏ SƏMƏRQƏNDİ
Səmərqənd əhlindən olan şairədir, çox lətif şeirləri vardır. Onun bu iki rübaisi «Atəşkədə» təzkirəsində dərj olunmuşdur.
Əşki ke ze çeşmi-mən birun qəltidəst,

Dər quş keşideyi ke mirvarid əst.

Əz quş birun ar ke bədnamiyi-tost

Kanra bər xom təmami-aləm did əst.


Tərjüməsi:
Mənim gözümdən yuvarlanan göz yaşı,

Sənin qulağından asılan mirvaridir.

Onu qulağından çıxart ki, səni rüsvay edir,

Onu bütün aləm piyalə kimi görür.


Ba mən çu şəb vəsli-to beqoşayəd raz,

Nagahəm əz şam konəd sobh ağaz.

Ba in həme gər əvəz konəndəmənd həm

Kutah şəbi əz an besəd əmri-deraz.

Tərjüməsi:
Səninlə vüsalımın sirrini gejə açır,

Sübh axşamdan nagəhan açır.

Lakin yüz uzun ömürdənsə,

O jür bir qısa gejə yaxşıdır.


Əvvəlki rübainin məzmunu Jərulla Zəməxşərinin öz ustadı Əbu Mozər Mənsura həsr etdiyi mərsiyənin iki bey­tinə oxşayır.
ANİ FATİMƏ XANIM
Darüssəadeyi-İstanbulun qadınlarından olmuşdur. Ədə­bi elmlərdə və şairlikdə məharəti var idi. Həsən xa­nın sülaləsindəndir, yəni «Tajüt-təvarix» sahibi Xajə Sə­dəddin Həsən xanın nəslindəndir. Əmir Ağa adlı bir nə­fərlə izdivaj etmiş və ondan bir oğlu dünyaya gəlmiş­dir. Əmir Ağazadə elmlə məşğul olmuş, əvvəllər dövlət xid­mətində çalışaraq müəllimlik etmişdir. Sonra bu işdən ayrılıb, Yengi Şəhrə qazi göndərilmişdir. Anası Ani Fatimə xanım da 1122-ji /1710/11/-ildə Yengi Şəhrdə vəfat et­miş­­dir. Xülasə, müşarileyhanın osmanlı türkjəsi ilə yaz­dığı şeirlər «Divanı» vardır. Təzkirələrdə onun şeirlərin­dən nümunələr verilmişdir. Bu iki beyt onun təbindəndir:
Xəyali-arizinlə dideyi-səhn gülüstanımdır,

Açılmış şərhələr sinəmdə nəxli (2) – ərğəvanımdır.

Ümmidi-vüslətin, ey qaşları yay, sinədən keçməz

Xəyali-tiri-qəmzən, Aniya, xatiri-nişanımdır.


/Rzaəddin ibn Fəxrəddin «Məşhur xatunlar» kitabında bu xanımı ədiblər sırasında qeyd etmişdir – H.T./.
Yüklə 1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin