Marağali məHƏMMƏDHƏSƏn xan etimadüSSƏLTƏNƏ xeyrati-hesanbaki – 2009 azərbayjan miLLİ elmlər akademiyasi



Yüklə 1 Mb.
səhifə7/8
tarix31.01.2017
ölçüsü1 Mb.
#7134
1   2   3   4   5   6   7   8

ŞƏRAHƏ
Şərahə yaxud Səraqə Həmədan qəbiləsindən olan bir qadındır. O, Həzrəti-Əmirəlmöminin Əli Əleyhissəlamın hü­zurunda öz zinakarlığını etiraf etmiş və daşqalaq olun­muşdur. Şərahə mühəddis idi və Ümsəhlə ləqəbli idi.
ŞƏRƏF XANIM
Fətinin (21) təzkirəsində olan məlumata görə mətbu divanı olan Şərəf xanım kitabxana sahibi və üləma şair­lərdən Şeyxulislam Aşir əfəndi nəslindən olan Nəbil bəyin qızıdır.

Müşarileyhə ədibə şairələrdən olub, münajatı Fətin «Təzkirə»sinə daxil edilmişdir. Münajat aşağıdakı kimidir:


Ya İlahi, deyiləm müstəhəqq, ehsan eylə,

Kərəmü lütfini həqqimdə firavan eylə.

Nətü mərsiyə, münajatü sitayişləri,

Səbəbi-məğfərət et, zivəri-divan eylə.

Anlayım nikü bədi, xeyrü şəri biljümlə,

Bildirib elmlərin sirrini irfan eylə.

Jümlə ərbabi-kəmalın nəzərindən dilərəm,

Nə qədər var isə, nöqsanımı pünhan eylə.

Vəznü mənadən əgər olsa da ari şərəfin,

Şerini müntəxəbi-həzrəti-həssan eylə.


Həqiqətən başqalarından seçilən bu qadının mərsiyə­ləri divan halında toplanmış, İstanbulda çap olunmuşdur. Şərəf xanımın təvəllüd tarixi 1224-jü /1809/ ilə təsadüf edir.
ŞƏRİFƏ XANIM
Lubin (22) əyalətindən olub, kişi hünərli, jəsur, qoçaq və şüjaətli bir qadın idi. Bu şüjaət ona şöhrət gətirmişdir. Belə ki, onun haqqında yazılı mənbələr də məlümat verir. Deyirlər ki, bu qadın Lubin istila olunan zaman baş ver­miş döyüşlərdə qəhrəmanlıq göstərmiş, jəsur kişilər kimi döyüş meydanına girərək, bir neçə düşməni öz əli ilə qət­lə yetirmişdir. Bu hünərə görə Osmanlı dövləti onu ölkə­nin «Məjidiyyə» nişanı ilə təltif etmiş, çoxlu ənam bağış­lamışdır. Bu hadisə 1293-jü ilin 22 şəvvalında /1876, 11 noyabr/ baş vermişdir.
ŞƏHRƏBANU XANIM
Kirman hakimi mərhum Əmiri-müəzzəm Məhəmməd İbrahim xan Zəhirüddövlə Qajarqovanlının qızıdır. Şö­kü­hüs­səltənənin anasıdır. Zəhirüddövlənin bu qızı onun Bəs­tamlı qadınla izdivajından dünyaya gəlmişdir. O, Bəsta­mın zadəgan ailəsindəndir. Ərəb tayfalarındandır.

Şəhrəbanu xanım çox böyük hörmət sahibi, şöhrətli alim bir qadın olmuşdur və möminlik, xeyriyyəçilik işlə­rin­də daha çox ad qazanmışdır.




ŞƏKƏRPARƏ
Şəkərparə Sultan İbrahim Osmani ilə dost və qarşılıqlı münasibətdə olan qadınlardan biridir ki, Sultan üçün das­tan söyləyərdi. Sonra öz həddini keçib dövlət işlərinə mü­daxilə etdi, vasitəçi olub adamlardan rüşvətlər aldı. Get-gedə mətləb aşkar oldu. Əvvəl onun anası Məhdülya Kusəm xəbərdar və tənbeh edildi. Sonra məsələ Sultana gedib çatdı. Onun şəhərdən çıxarılması haqda hökm ve­rildi.

Jəmadüləvvəlin 3-ü, 1058-ji ildə /27 may, 1648/ Şə­kər­parəni qəflətən tutdular və bir qayığa qoyub, Saqqız ada­sına apardılar. Oradan İbrimə sürgün elədilər. Deyirlər Əhməd Ağa adlı bir məmur onu ölkədən çıxararaq, həmin yerə çatdırmışdır.

Şəkərparə qəflətən tutulduğu üçün yanında pulu ol­mamış və Əhməd Ağaya bu barədə dedikdə o, 600 ağça ona pul vermişdir. Şəkərparə həmin pullara baxıb Sevin­diyindən Əhməd Ağanın ətəyini öpmüş və hər ikisi ağla­mışdı.

Beləliklə, Şəkərparənin uzaqlaşdırılaraq sürgün olun­ması barədə əmr verildikdən sonra əmlakı bütünlüklə mü­sadirə edilərək zəbt olunmuşdur. Onun Xani-Validədə /İs­tanbulda karvansara adıdır/ bir otaqda 16 sandıq var-döv­ləti aşkar edildi ki, hamısı jəvahir və qızıl-gümüşlə dolu idi. Şəkərparənin evindən də 250 kisə nəqd pul və müxtə­lif mallar aşkar edib götürdülər. Bütün bunların hamısını Sultan İbrahimin hüzuruna apardıqda, Sultan bunları gö­rüb, çox təəjjübləndi, və dedi: «Ay kafir, mənim yanımda and içirsən ki, şam yeməyimə pulum yoxdur, gör nə edir­sən? Bütün bunların hamısı mənim malımdır».




ŞİŞƏD
Məhəmməd ibn Şeyx Əli ət-Türkmaninin qızıdır ki, hə­dis elmində məharətli olub, Abdulla ibn Əli əs-Sinhajini din­ləmiş, onun yanında hədis elmini öyrənmişdir. İbn Hə­jərin «Ənba» əsərində onun adı çəkilmişdir. O, h.q. 787-ji /1385/86/ ildə vəfat etmişdir.
ŞÜKUHÜSSƏLTƏNƏ
Əlahəzrət Sahibqran Nəszəddin şah Qajarın xanımı, mərhum Şahzadə Fətulla Mirzə ibn Fətəli şah Şüaüs­səltənənin qızıdır. O, vəliəhd (sonra şah) Müzəffərəddin Mir­zənin anasıdır. Şükuhüssəltənə dövrünün ləyaqətli, nü­fuz qazanmış xanımlarından idi. Onun anası Kirman əya­­lətinin hakimi İbrahim xan Zəhirüddövlənin qızı mər­hu­mə Şəhribanu xanımdır. İbrahim xan isə həm ata, həm də ana tərəfdən Qajarlar nəslindən olub, Qovanlu, yaxud Qo­yunlu tayfasındandır.

Şükuhüssəltənə əzəmətin, paklığın, müqəddəsliyin və möminliyin yüksək məqamına çatmışdı. Onun məqsədi yal­nız xeyirxah işlər görmək olmuşdur. Xeyriyyəçi qadın olan Şükuhüssəltənənin söylədiyi rəvayətlər, əhvalatlar məsum imamlar və övliyaların fəziləti haqqındadır.


TAJLI XANIM (5)
Yuxarıda göstərdiyimiz kimi Şah İsmayıl Səfəvinin məh­bubəsi olmuş, Çaldıran müharibəsində qaçarkən Mə­sih Paşazadəyə əsir düşmüş, lakin öz qiymətli yaqut sır­qalarını verərək xilas olmuşdur.

TAVUS XANIM
Mərhumi-məğfur Xaqan Fətəli şahın zövjələrindən olub, son dərəjə ağıllı idi. O qədər hörmət və ehtirama layiq idi ki, Xaqan ona Tajüddövlə ləqəbini vermişdi. Mərhum şahzadə Mahmud Mirzə ibn Xaqan özünün «Noqle məjlis» təzkirəsində başqa şairlərin tərjüməyi-hal­ları ilə yanaşı Tajüddövlənin lətafətli təbindən bəhs et­miş, onun şeirlərindən nümunələr vermişdir. Onun qə­lə­mindən çıxmış aşağıdaki sözlər Tavus xanıma ünvan­lan­mışdır:

«Tajüddövlə həmin qadındır ki, öz ujalığı ilə Zöhrəni və Müştərini heyran etmişdir. Huriləri xəjalət pərdəsində qoymuşdur. Onun tale ulduzu qöydəki Ayı nura qərq etmişdir və bəxt ulduzu Günəşə işıq verir.

Əsli ismət şəkəristanı və namus gülüstanı olan Darüs­səl­təneyi-İsfahandandır, o yerin zadəgan ailəsindəndir. Qibleyi-aləm iki il bundan əvvəl Darülxülafeyi-Tehranda məhz onun üçün bir imarət tikdirmişdir. Bunun üçün xeyli xərj qoyulmuş, hündür eyvanlı, həyətli ali bir bina tikil­miş­dir. Bütün insanların anası Həvvanın zamanından ta bu­gü­nə­dək bu xoşəhval, xoşbəxt doğulmuş qadın kimi mü­qəd­dəs, ləyaqətli insanı göz görməyibdir, qulaq eşit­mə­yib­dir. Mən onun haqqında, həm böyük məjlisdə şah­zadə xanımlardan bəhs edərkən, həm də hökmdarların qa­dınlarından bəhs edən fəsildə məlumat vermişəm. Ta­jüddövlə mənim diqqətimi nəzm və nəsri ilə, xoş xətti ilə jəlb etmişdir».

Fətəli şahın oğlu Sultan Əhməd mirzə İzədüddövlə də Tajüddövlənin əzəmət və vüsətindən, ağıl və kamalın­dan, eləjə də şahın ona münasibətindən bəhs edərək belə yazmışdır: «Fətəli şahın vəziri, «Nişat» təxəllüslü Mö­təmədüddövlə Mirzə Əbdülvahab İsfahani Tavus xa­nıma həm atalıq etmişdir, həm də onun müəllimi olmuş­dur. Vəzir Mötəmədüddövlə ilə Tavus xanımın qarşılıqlı eh­tiramı, bu xanımın hərəmxana və xidmətçilərin yanında olan nüfuzunu daha da artırırdı. Tavus xanım Fətəli şahın saray adamları və hərəmləri arasında hörmət və böyük nüfuz qazandıqdan sonra şah ona Tajüddövlə ləqəbini verdi və çox qiymətli daş-qaşla bəzənmiş ətir qabı hə­diyyə etdi». Bu həmin ətir qabı idi ki, Rus imperatriçəsi Xa­qanın mötəbər zövjələrindən biri olan, şuşalı İbrahim xanın qızı Ağabajı üçün hədiyyə göndərmişdi. Bu xanım haqqında «Xeyrati hesan»ın «əlif» hərfində yazılmışdır. Bu qiymətli əşyanın üstündə çox böyük zümrüd dənəsi var idi. Ətrafı bir jərgə çox qiymətli almaz daşı ilə bəzən­miş və iki zərif qızıl zənjiri var idi. Həzrəti-Xaqan bu qiy­mətli hədiyyəni 8 min tümənə aldı. Şah bu hədiyyəni Tajüddövləyə təqdim etmək üçün fərman vermiş və sə­xa­vət göstərərək onu yazan və təqdim edən vəzir Mirzə Əbdülvahaba 15 min tümən bağışlamışdı. Vəzir hədiyyəni Tajüddövləyə təqdim edərkən bu iki beyti də ona həsr edə­rək demişdir:


Be Tajüddövlə jun dadəm ləqəbi-şah,

Qozəşt əz an sərəm əz taromi-mah.

Həmişe bəxt ba u həst-o nəbud,

Kəsi ba zati-qeyr əz sayeyi-həmrah.


Tərjüməsi:
Tajüddövləyə şah titulu verdiyim üçün,

Ayın tajının altından keçdim.

Bəxt həmişə onun üzünə gülsün,

Öz kölgəsindən başqa qeyrisi də ona yar olsun.


Tajüddövlə sarayda böyük nüfuza malik olduğu üçün hərəmxanadan əlavə fərraşxana, fövlə və xəzinə də onun nəzarətində idi. Ona bir neçə nüfuzlu qadın kömək edirdi. Mərhum Mirzə Əsədullanın oğlu, mərhum Mirzə Ağa xan Sədrəzəm Nurinin qardaşı Mirzə Hüseyn Tajüddövlənin xariji işlər üzrə vəziri idi. Şahzadə İrəj Mirzənin zövjəsi daxili işlərdə məjul idi. Jəfər xan Zəndin qızı Fətəli şa­hın mötəbər zövjələrindən biri olan və mərhum Ağa Mə­həm­məd şah Qajarın hakimiyyət zamanı Çiraqəli xan Nəvai­yə ərə getmiş, yüz il yaşamış bu qadın da Ta­jüd­dövlənin yanında çalışmışdır.

Mərhum Hajı Molla Saleh müjtəhid Borağanının bibisi olan Mirzə Mahşərəf «Münşiyə» təxəllüs idi və o, risalələr və mərsiyələr yazırdı. Hüsni bəy adlı bir xanım sarayda geyim məsələlərinə baxır, onları gözəl, yaraşıqlı libaslarla təmin edirdi.

Fətəli şah Xaqanın çox sevdiyi zövjəsi Tajüddövləyə göstərdiyi mərhəmətlərdən biri, onun Novruzun birinji günündən on üçünjü gününədək keçirdiyi tədbirlərə ya­rat­dığı imkan idi. Bayram günləri hərəmxana əhli və Teh­randa yaşayan şahzadələrin ailələrinin bütün üzvləri Ta­jüddövlənin qonağı olurdular və on üç gejə-gündüzü çox şən keçirirdilər.

Tajüddövlənin kürəkəni, Şəmsüddövlənin əri Mirzə Əli­məhəmməd xan Nizamüddövlə deyir ki, bir gün Tajüd­dövlənin qiymətli daşlarla bəzədilmiş otağına daxil oldum. Burada hər yer, taxt üzərindəki yastıqlar, mütəkkələr, pər­dələr bütünlüklə mirvarilərlə bəzədilmişdi, heyrətimdən do­nub qaldım.

Tavus xanımın (Tajüddövlənin) qiymətli daş-qaşla bə­zədilmiş məşhur taxtı əvvəllər təxti-Xurşid adlanırdı. Fətəli şahın mərhum oğlu şahzadə Süjaüssəltənə bu taxtı Teh­ran hakimi olarkən, Tajüddövlə üçün hazırlamağı tap­şır­mış və toy gejəsi həmin taxt Xaqan üçün ayrılmış və Təx­ti-Tavus kimi məşhur olmuşdur.

Tajüddövlə şahın hörmətini qazanmış, onun yanında nüfuz sahibi idi. Şahin göstərişi ilə memarbaşı Abdulla xan şaha məxsus olan yerdə Tajüddövlə üçün imarət tik­mişdi və hərəmxana əhlindən heç kim o imarətdə ol­mur­du. Musiqiçi Ağa Məhəmməd Rzanın qızı, Şahverdi xan lə­qəbli bu qadın ustad musiqiçi və öz atasının şagirdi ol­muşdur. Yari-şah ləqəbli Bəyim Rüstəmbadi və bir neçə xanəndə və musiqiçi qız qiymətli qaşlarla bəzədilmiş li­bas­­da Tajüddövlənin xidmətində idilər. Tajüddövlə Mirzə Əbdülvahab Nişatdan aldığı tərbiyə sayəsində həmişə Xa­qanın (Fətəli şahın) diqqətində olurdu. O və oğlu Sull­tan Əhməd Mirzə İmamzadə Qasım yaylağında vəba xəs­təliyinə mübtəla olduqları zaman mərhum Fətəli şah on­ların yanına gəlmişdi. Sultan Əhməd Mirzə həmin xəs­təlikdən vəfat etmiş, Tajüddövlə isə sağalmışdı. Xaqan bu münasibətlə ona başsağlığı məktubu yazmış və mək­tubda buyurmuşdur:

Əz kəsi çun beşkənəd çizi, bəlai boqzərəd,

Xub şod bər to be zəd asibəş əz mina qozəşt.


Tərjüməsi:
Hər kəsin bir şeyi sınarsa bəla ondan ötüşər,

Nə yaxşı ki, qədəh sınmaqla bəla səndən ötdü.


Tajüddövlə belə javab vermişdir:
Əgər be şikəst əndər bəzmi-məstan sağəri-mina,

Səri-saqi səlamət, dövləti-piri muğan bər ja.


Tərjüməsi:
Əgər ziyafət zamanı qiymətli, bir qədəh sınsa nə qəm,

Taki Saqının başı sağ, dövlət başçısının

var-dövləti yerində olsun.
Tajüddövlənin xeyli şeirləri vardır, bu şeirlər onun gözəl təbə sahib olduğunu göstərir. O deyir:
Bad əz səri-kuyi-to qozəştən nətəvanəd,

Peyğami-məni-delşodera pəs ke resanəd ?

Ta ke be səburi be fəribəm deli-xodra,

Dığər deli-bijarə səburi nətəvanəd.


Tərjüməsi:
Külək sənin yaşadığın küçədən keçə bilməz,

Bəs mənim ürək sözümü kim çatdırsın?

Səbr etməklə nə vaxtadək öz ürəyimi aldadım?

Daha biçarə ürək səbr edə bilmir.


Və yaxud:
Morği ke bedami-to əsir əst,

Digər nəkonəd həvayi-gülzar.


Tərjüməsi:
Sənin torunda əsir olan quş,

Artıq çəmənliyə həvəs göstərməz.


Və yaxud:
Əndər səri-kuyi-to bəsi müntəziranənd,

Şayəd ze rəhi-lütf, to əz xane dərai.


Tərjüməsi:
Çoxları sənin intizarındadır,

Bəlkə lütf edib görünəsən?



TEYYİBƏ
Mərhum Fətəli şah Xaqanın üçünjü qızı, Fars vila­yə­tinin fərmanfərması mərhum Huseynəli Mirzənin doğma bajısıdır. «Noqli-məjlis» təzkirəsinin müəllifi, mərhum Mah­mud Mirzə həmin əsərində yazır:

Müşarileyhə gözəl xətlə yazmağı öyrənmiş, gözəl, yax­şı şeirlər yazırdı. Həzrət Xaqan onu Süleyman xanın oğlu Əmir Məhəmməd Qasım xanın himayəsinə verərək, Şamaxıya göndərmişdi. İndi iyirmi ildir ki, orada sakindir və mövizə, nəsihətlər və mərsiyələr yazır. Onun Xosrə­viyə yazdığı iki qəzəlindən bir neçə beyti dərj edirəm. Bu iki-üç-şeir onundur:


Əgər be dərdi-deli-mən nemirəsi ze təğafül,

Bərəm ze dəsti-to bər dərqahi-Əmir şikayət.


Tərjüməsi:
Unutduğundan mənim ürəyimin dərdini bilmirsən,

Sənin əlindən Əmirin dərgahına şikayət edəjəyəm.


Təbib aməd-o-ajiz şod əz əlaji-deləm,

Əlaji-dərdi-diləmra məgər həbib konəd.


Tərjüməsi:
Həkim gəldi mənim qəlbimin əlajında ajiz oldu,

Məgər qəlbimin dərdinə təbib əlaj edə bilər ?


Ze arizi-şərm mehr-o mah başəm,

Kənizi-kəmtərini-şah başəm.

Tərjüməsi:

Xəjalətimdən aya və günə dönmüşəm,

Şahın ən həqir kəniziyəm.

TƏRXAN XƏDİJƏ SULTAN
Osmanlı sultanı Sultan İbrahim xanın zövjələrindən olub, IV Sultan Məhəmmədin anasıdır. İstambuldakı Yen­gi Jamenin sahibidir, bu məsjidi vəqf etmişdir. İbrahim xanın anası Mahpeykər sultan tərəfindən əsası qoyulmuş və vəfat etdiyindən yarımçıq qalmış çameyi-şərifi də Xədi­jə Sultan tamamlamışdır. Onun xeyriyyəçiliyinin nətijə­sində bir sıra binalar, o jümlədən məktəb, su ambarları, kəh­rizlər və başqaları tikilmişdir. Özü üçün hündür bir məq­bərə də tikdirmişdir. Bu qadının xeyriyyəçiliyi və eh­sanları dildə-ağızda dolaşırdı və onu bu əməllərin davam­çısı bilirdilər. Ona görə ki, IV Sultan Məhəmməd xan Os­manlı səltənətinə başçılıq edərkən Mahpeykər Sultan, Sultan İbrahim xanın anası sağ idi, Xədijə Sultana vali­deyi-Kuçek /Kiçik Ana/ deyirdilər. Valideyi-Küçek 1094-jü (1683) ildə vəfat etmişdir.
TUTİ QADIN
O, Osmanlı sultanı Sultan Süleymanın sarayının saki­ni, şair təbiətli, gözəl nitqə malik olmuşdur. Mərhum Sull­tan onu şair Baqi əfəndiyə nigah etmiş, Baqi əfəndinin dostlarından biri mübarəkbadlıq edərək söyləmişdir ki, Tuti ilə həmdəm oldunuz. Bununla əlaqədar olaraq ərlə-arvad arasında xoş məzmunlu, mənalı beytləşmə /tuti-qar­ğa/ olmuşdur: /Rzaəddin ibn Fəxrəddin/ «Məşhur xa­tunlar» əsərində yazır: «Tutiyə müqari oldunuz !... deyə ni­gahlarını təbrik etdikdə Baqi də: «Pək uçurma! Tuti de­yil, qarğadır» demiş. Tuti isə bundan xəbərdar olduqda:

Qəflətən olmuş ikən Tuti qurabə (29) həmnişin,

Yenə şikvayi-ğurab edər, ğurabət bundadır
- demişdir. (30)
TÜRKAN XATUN
Sultan Jəlaləddin Xarəzmşahinin qızıdır. Hijri 657-ji /1259/ ildə hülakü xan Şamı zəbt etdikdən sonra Mosul hakimi Bədrəddin Lulonu əfv etdi və kənarlaşdıraraq, onun oğlu Məlik Salehi Mosul əsgərlərinin başçısı qoydu və öz ordusuna birləşdirdi. Mosullular hülakü xana tabe oldular. Bu zaman Sultan Jəlaləddinin qızı Bədrəddin Lulonun oğlu Məlik Salehə ərə verildi.

TÜRKAN MƏLƏKİ
Sultan şah ibn El Arslanın anasıdır. Sultan şah Xa­rəzmşah sülaləsindən olmuşdur. Məlumdur ki, Sultan şa­hın Təkəş xan adlı bir qardaşı var idi ki, bunlar bir anadan deyildilər. O, Jənd vilayətinin hökmdarı idi. El Arslan və­fat etdikdə Sultan şah Xarəzmdə atasının yerinə əyləşdi və özündən böyük qardaşına etina etmədi. Bu səbəbdən onların arasında müharibə başlandı. Sultan şah bir neçə dəfə Təkəş xan tərəfindən məğlub edildi. İş sülhlə ta­mam­landı və Xorasanın bir sıra şəhərləri Sultan şaha tabe oldu. Sultan şah hijri 585-ji /1189/ ildə vəfat edən­dən sonra onun məmləkətinə də Təkəş xan yiyələndi. Çox keçmədi ki, Türkan Mələki də Təkəş xanın hökmü ilə qətlə yetirildi.
ÜMMƏTULLAH
İstanbuldan olan bir qadındır ki, ədəbiyyatda məharəti və ilahiyyatdan söhbətləri vardır. Mürəttib bir divanı ol­muş­dur və o, Ümmətullah adı ilə məşhurdur. Şeirlərini «Sidqi» imzası ilə yazırdı. O, IV Sultan Məhəmməd xanın müasiri, Qamətizadənin qızı olmuşdur. O, 1115-ji /1703/ ildə vəfat etmişdir.

Aşağıdakı iki beyt onun təbindəndir:


Həftə keçməz kuyinə mehman edən sənsin bəni,

Bəlkə hər şəb sübhədək nalan edən sənsin bəni.

Dəsti-tədbir eylə, çak olsunmu damən fəraq,

Afitabi-hüsnünə heyran edən sənsin bəni.


Əlavə bax: /Rzaəddin ibn Fəxrəddin, Məşhur xatunlar, s. 21/.
ÜMMƏTULLAH
Bursanın mötəbər xanımlarından olub, məşhur Xəraj­çiza­də nəslindən şairə qadındır. Əjdadlarından ona çat­mış vəqflərə qəyyumluq hüququ vardır və bu sənədləri başqasına etibar etməyərək özü yazmışdır. Hijri 1220-ji il /1805/ hadisəsindən bəhs edən tarixlərdə onun tarixin­dən danışılır.
ÜMMƏTULLAH
Ümmətullah kimi məşhur olan, Gülnuş və ya, Gülsüm, IV Sultan Məhəmməd xanın zövjəsi, III Sultan Əhməd xanın və II Sultan Mustafa xanın anasıdır. Ona «Jədid validə» deyirdilər. Anası Nurbanu xatun Qəltədə Yengi Jameni tikdirmiş və orada özü üçün düzəltdirdiyi məxsusi məqbərədə dəfn olunmuşdur. Nurbanu xatunun şərhi-halı diqqətə layiqdir. Ümmətullah bint Əbubəkr və Ümmə­tul­lah bint Rəziyyə Məhəmməd tərəfdarlarındandır və Üm­mət ərəbjə jariyyə /xidmətçi/ deməkdir.

ÜMMİ SULTAN
Sultan Şaban Misirdə hakimiyətdə olmuş türk sultan­la­rın­dandır. Bu şəjərə Eyyubi sultanlarının bir qolu olub, hijri VI əsrin /XII əsr/ ortalarından VII əsrin sonlarınadək Mi­sirdə hökmranlıq etmişdir. Sultan Şabanın anası olan Sultan adlı bu qadın Misirdə bir mədrəsə tikdirmişdir ki, ona «Mədrəseyi-Ümmül Sultan» deyirdilər. Bu bina Misi­rin görkəmli binalarından hesab olunurdu. Mədrəsə Babi-Zəvilənin xarijində və Çəbəl qalasının və Misir qəbiris­tan­lığının yaxınlığında tikilmişdir. Həmin binanın inşa olun­ması tarixi hijri 771-ji /1369/70/ ildir. Ümmi-Sultanın gös­tərişi ilə bu mədrəsədə hənəfi və şafei məshəblər üçün ayrı-ayrı dərslər keçirilirdi. O burada su və hovuz dəstgahı da düzəltdirmişdi. Ümmi-Sultan, Bərkə Sultan, yəni gəl, ho­vuz, kəhriz mənasını verən bərkə, bərəkət kimi də məş­hur olmuşdu. Onun haqqında «Xeyrati-hesan»ın, «be» hərfində /s. 73-74/ də məlumat verilmişdir. Orada deyilir ki, Ümmi-Sultan Məlik Əşrəf Şaban ibn Hüseyn Misir sultanının anasıdır. Əvvəllər Ümmi Vələdin jariyəsi olmuş, oğlu Misir Sultanı olduqdan sonra böyük şöhrətə, nüfuza və izzətə çatmışdı. O, hijri 770-ji /1369/ ildə mü­qəddəs Həjj ziyarətinə getmiş və Ümmi Sultanın bu sə­fəri bir çox tarixçilər tərəfindən mübaliğəli bir surətdə qə­ləmə alınmışdır. O jümlədən yazırlar ki, Ümmi-Sultanın süf­rə­sinə hər gün lazım olan tərəvəzi əldə etmək üçün bö­yük sandıq və güldanları torpaqla doldurub, onların içə­risində növbənöv tərəvəz əkilirdi və bunları yolda özləri ilə aparırdılar. Bu səfər zamanı başqa tədarüklər də bu jür edilirdi. Ümmi Sultan ziyarətə yollanıb, geri qayıdarkən hədsiz səxavət göstərərək, sədəqə və hədiyyələr payla­yır­mış. Ümmi Sultan ziyarətdən paytaxta qayıdarkən oğlu Məlik Əşrəf anasını Misirin kəndlərindən biri olan Bayəb kəndində böyük dəstə saray adamlarının və əsgərlərin mü­şayiəti ilə qarşılamışdı. Bu qadın xeyirxah əməlləri və səxavəti ilə məşhur idi. Ümmi Sultan ziqədə ayının 28-də, 774-jü ildə (1373) vəfat etmiş, tikdirdiyi «Ümmi Sultan» mədrəsəsində dəfn olunmuşdur. Deyirlər ki, Ümmi Sulta­nın vəfatı oğlu Sultan Şabanı çox kədərləndirmişdi.
VƏFA
«Şəqayiq»in mütərjimi Məjdi əfəndi yazır ki, Vəfa Şeyx Müslihəddin Mustafanın anasıdır. O, Sultan Bayazid (63) əsrinin məşhur şəxsiyyətlərindən olub, Vəfa adı ilə ta­nınmışdır.

Ona görə də qərək həmin Şeyx, İbn-ül Vəfa kimi məş­hur olsun. Lakin onun türbəsinin qapısında bu beyt ya­zıl­mışdır:


Xahi ki bedani sefri-Şeyx Vəfara,

Dər yab ze tarixe ila rəhmət rəbbət.


Tərjüməsi:
İstəyirsən ki, Şeyx Vəfanın vəfat tarixini biləsən,

Onda rəhmət rəbbət maddeyi-tarixində tap. (1250)


O, bəzi qitələrində öz xətti ilə belə yazmışdır: Kətəbə əl-həqir Mustafa bin Əhməd əs-Sədri əl-Qonyə əl-mə­dovv (64) be Vəfa /Katibi Vəfa adlandırılan həqir Mustafa ibn Əhməd əs-Sədra əl-Qonyəvi/.

Buradan məlum olur ki, «Vəfa» Şeyxin öz ləqəbidir.


YASƏMİNƏ ƏS-SİRAVƏNDİYYƏ
Siravənd Həmədan kəndlərindəndir. Yasəminə bu kənd­dən olan alimə qadın idi. Səlahəddin Səfdi «Ünvan ün-nəsr fi ayan ül-əsir» kitabında müşarileyhədən bəhs etmiş və onun gözəl əxlaqlı, elm və fəzilət sahibi oldu­ğu­nu bildirmişdir. O, Yasəminəni ağıllı, qadınlara öyüd-nəsi­hət aşilayan mövizələr müəllifi kimi tanıtmışdır. Səla­həd­din Səfdinin verdiyi məlumata görə Yasəminə Quran təf­si­rində də söz demişdir. O, ömrünün axırlarında məruzə və çıxışlardan əl çəkib Hijaza (Səudiyyə Ərəbistanına) ge­dərək həjjin ayinlərini yerinə yetirmiş, sonra isə güşə­nişin olmuşdur. Yasəminə 502-ji (1108/09) ildə dünyasını dəyişmişdir.
ZEYFƏ XATUN (28)
Məşhur Sultan Səlahəddinin qardaşı Məliki-Adil Əbu Bəkirin qızıdır. Hijri 582-ji və ya 581-ji /1186 və ya 1187/ ildə Hələbdə anadan olmuşdur.

O, 640-jı /1242/43/ ildə 59 yaşında Hələbdə də vəfat etmişdir. Müşarileyhənin ağıllı və tədbirli bir insan olduğu barədə məlumat vardır. Zeyfənin əmisi Hələbdə hakimiy­yəti zəbt edib, onun atası Məlik Adilin əlindən alaraq öz oğlu Məlik Zahirə verdikdə, Zeyfə xatunu öz əmisi oğlu Məlik Zahirə ərə verdilər. Bu nigahdan onun Məhəmməd adlı bir oğlu anadan oldu. Hakimiyyətə sahib olmaq növ­bəsi ona çatdıqda Məhəmmədə Məlikül-Əziz ləqəbi veril­di. Lakin Məlikül-Əziz h. 634-jü /1236-37/ ildə vəfat et­diyindən, hakimiyyət onun oğlu Məlik Nasirə keçdi, lakin bu zaman o hələ kiçik uşaq olduğundan hakimiyyət işlə­rini idarə edə bilməzdi. Bu səbəbdən dövləti idarə etmək onun nənəsi Zeyfə xatunun əlinə keçdi və o, tam altı il Hələbdə hökmdar oldu. Məlik Müəyyəd Əbülfəda deyir: Zeyfə xatun vəfat etdikdən sonra onun nəvəsi, 13 yaşlı Məlik Nasir, Hələbdə hakimiyyəti idarə etmək üçün təs­diqləndi və dövləti müstəqil idarə etməyə başladı. Başqa bir Zeyfə də Əbu Bəkrin xidmətiçisi və məşhur yuxu yo­zan ibn Seyrinin anası olmuşdur.



ZEYNƏB BİNT ƏL-MƏLİK
Misirdə türk məliklərindən olan Sultan Bərququn qızı­dır. İbn Həjər «Ənba»da hijri 826-jı /1422/23/ ildə vəfat edənlərin jərgəsində ondan bəhs etmişdir. Zeynəb bint əl-Məlik hüsn və jamalda məşhur afaq idi. Atası Sultan Bərquq vəfat etdikdən sonra Məlik Müəyyid onunla ailə qurmuş, buna görə də ona Sultan qızı və Sultan zövjəsi və iki Sultan bajısı deyirdilər. O, qardaşlarının üzərində böyüklük və ağalıq etmiş, onlardan sonra vəfat etmişdir.
ZEYNƏB XATUN
Zeynəb Xatun Osmanlı şairlərinin məşhurlarından olan bir xatundur. II Sultan Məhəmməd xan zamanında ya­şamış, şirinsüxən şairə idi və sultanın adına bir divan tər­tib etmişdir. Lətifi Qəstumuni Zeynəb haqqında demiş­dir: «Qəstimun diyarında olub, hünərməndan bir şəxsin qızıdır».

Aşiq Çələbi öz təzkirəsində onun Amasiya əhlindən olan qazilərdən birinin qızı olduğunu göstərmişdir. Hər halda söz ustası, şair təbiətli olması onun bəzilərindən daha irəlidə olmasına sübütdür.

Bu qəzəl onun təbindəndir:
Kəşf et niqabını, yeri-göyü münəvvər et,

Bu Aləmi-ünasiri firdovsi-ənvər et.

Dəbrət ləbüni, juşə gətir hövzi-kövsəri,

Ənbər saçuni, çöz, bu jahanı müəttər et.

Xəttin bərat yazdı səbayə, dedi ki, tez,

Var mülkəti-Xəta ilə Çini müsəxxər et.

Abi-həyat olmayajaq qismət, ey könül,

Bin yıl gərəksə Xızr ilə seyri-Skəndər et,

Zeynəb, qov meyli ziynəti-dünyaya zən kibi,

Mərdanə var, sadə olub, tərki-zivər et.

Bu ürəkaçan beyt də «Xərabat» kitabının 2-ji jildində dərj olunmuşdur və müşarileyhəyə aid edilmişdir:
Sənin hüsnün, bənim eşqim, sənin jövrün, bənim səbrim,

Əfəndim, dəmbədəm artar, tükənməz, binəhayətdir.


ZƏFƏR XANIM
Fuad paşanın nəslindən olub, Qəbuli paşanın qanuni ar­vadıdır. Zəfər xanım ağlına, zəkasına görə seçilən müa­sir İstanbul ədibələrindəqdir. «Eşqi-vətən» mənzum əsəri vardır ki, İspaniyada vaqe olmuş hadisələrdən bəhs edir. Bu hekayətin İstanbulla da əlaqəli jəhəti vardır.
ZİBEYDƏ AĞAYİ JƏLAYİR
Zibeydə Ağayi Jəlayir Sultan Hüseyn Mirzə Bayka­ra­nın zövjələrindən olub, ondan çoxlu övladları vardır.
Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin