MƏLƏK
Mələk mərhum Fətəli şah Qajarın nəvəsi və onun oğlu Məhəmmədtağı Mirzə Hüsamüssəltənənin qızıdır. Şahzadə Mahmud Mirzə «Noqli-məjlis» kitabında onun seçilən xüsusiyyətlərini yad etmiş, göstərmişdir ki, mən Bürujerdə gedib-qayıtdıqdan sonra, onun şeirlərini yoxlayıb düzəliş etmişəm. Xülasə, farsja savadlı, gözəl xəttə malik olması, estetik jəhətləri onu başqalarından fərqləndirirdi. Bu iki beyt onun şeirlərindən seçilmişdir:
Dər didəm anşuxi-zəhr (58) eybi-bəri bud,
Dər xubi və zibai çun huro pəri bud.
Dər yariyi-to minnəti-kəsra nəkeşəm mən,
İn kari-xoda bud, nə kari-digəri bud.
Mənim gözümdə o şux çiçək eybsiz idi,
Yaxşılıqda və gözəllikdə huri, pəri idi.
Sənə bağlılığıma görə heç kəsin minnətini çəkmirəm,
Bu özgənin deyil, Allahın işi idi.
MƏLİKİ-USTƏ
IV Sultan Məhəmmədin anası Xədijə Sultan (onun haqqında kitabın əvvəlində məlumat verilmişdir). Məliki Ustə adlı həmin qadınla dostluq etmişdir. Bu qadının, haqqında danışılan şəxsin 1606-jı ilin əvvəllərində bir hadisə ilə əlaqədar çinar ağajından asıldığını deyirlər. «Səhayefül-əxbar» da bu qadını Məliki Qadın adlandırırlar. Zikr olunan şayiə haqqında belə deyilir ki, həmin tarixdə qolu güjlü əsgərlər ifadə vermişlər ki, Sultan sarayında bəzi şəxslər vardır ki, dövlətin mühüm işlərinə və əmrlərinə müdaxilə edirlər. Onların vasitəsilə dövlət xəzinəsində və xidmət əhlinin məvajibində kəsir və nöqsanlar əmələ gəlir. Bu şəxslərdən beş-altı nəfərinin adını çəkərək qətlinə və edamına göstəriş verilmişdi. Bunların hər birini tutaraq öldürmüşdülər və onların jəsədlərini İstanbulda Sultan Əhməd meydanında olan bir çinardan asmışdılar.
Məliki Ustə və onun əri Şaban Xəlifə və Xajə Bilal ağa Sultanın hərəmxanasının xajələri sayılırdılar. Onları da həmin adamlardan hesab edərək dedilər ki, bu adamlar da dövlətin vəzirləri kimi bu işlərdə iştirak etmişlər. Ona görə onları tədbir görüb tutdular, ələ keçirib öldürdülər və jəsədlərini həmin çinardan asdılar. Bu hadisəni qələmə alan şair Ətvar Tərzi yazmışdır:
Guşi-mərrixə irub təntəneyi-jahü jəlal,
Lərzənak etdi bu qovğakədəyi-afaqı.
Oldu məxmur nejə məst müdam dövlət,
Jami-iqbala nə tərh etdi bilənməz saqi.
Bağban, qülləki-kinəgüzarı seyr et,
Ət meydanına döndi şəjərü qovaği.
Şeirin sonunda ağaj və qovaq barədə olan fikrə qəribə şərh yazmışlar ki, bu inandırıjı deyildir.
«Bürhane qate» müəllifi yazır: Bu ağaja «Vaq», yaxud «Vaq-vaq» da deyirlər və joğrafiyaçılar bu əqidədədirlər: Çinin adalarından «Vəqvaq» adlı bir adadakı İstifun dağında bir ağaj vardır ki, onun yarpaqları ənjir yarpağına bənzəyir. O, Azər ayında /noyabr – H.T./ gül açır və o gül xurmanın gülünə oxşayır. Bunlardan bəziləri əvvəljə insanın iki ayağına oxşayır. Bu, getdikjə Nisan /aprel/ ayının axırınadək tədrijən insan bədəninə oxşar bir şəkil alır. Nətijədə belə nəzərə çarpır və təsir bağışlayır ki, gözəl üzlü qızlar öz saçlarından budaqlardan asılmışlar. Həziran /iyun/ ayından başlayaraq, budaqdan düşmək vaxtı çatdıqda bu ayın ortasına qədər hamısı tökülür və tökülən zaman vaqvaq səsinə oxşar səslər çıxarırlar.
Deyirlər ki, insanlar bu gözəl bədənli «qızları» o qədər janlı bilirlər ki, bəziləri xoş ətiri hiss etmək üçün onlara yaxınlaşıb qoxulayırlar və çox böyük həzz alırlar. Bu ağajı və adanı həmin səsə görə Vəqvaq adlandırırlar». Məhəmmədhəsən xan Etimadüssəltənə deyir: Əlbəttə, insanlar təbiətin yaratdığı müxtəlif əşyalara səjdə etmişlər, hətta onları da müəyyən butlərə oxşadıb onlara sitayiş də edə bilərlər. Şeyxür-rəis belə yazır: Eşitdiklərin qeyri-adi hadisələri zərərli hesab etmə!
MƏRD XATUN
Mərd Xatun məşhur qadınlardan biridir. Səfdi (52) dövrünün zadəgan ailələrindəndir. Bu qadın Dəməşq Əmiri Tajülmüluk Tövri ibn Tuğtəkinin zövjəsi, Şəmsülmüluk İsmayıl və Şəhabəddin Mahmudun anasıdır. O, hökmlü və nüfuzlu bir qadın olmuşdur. 526-jı /1132/ ildə Dəməşqdə, Şamda imarəti olan əri vəfat etdikdən sonra oğlanları onun yerini tutdular. Amma İsmayıl zalım bir şəxs olduğu üçün insanlara əzab verib zülm edirdi, ona görə də qətlə yetirildi. Bəziləri bunu başqa jür izah edirdi. Bu zaman İmadəddin Zəngi Şamı zəbt eləmək üçün Mərd Xatunla evləndi. Lakin Dəməşqə yiyələnmək məqsədinə nail ola bilmədi, ayrıldılar. Mərd Xatun Dəməşqdə mədrəsə tikdirmişdir. Bu mədrəsə Əşqər vadisindədir.
MƏSTURƏ
Fətəli şah Xaqanın zövjələrindən olmuşdur. Mərhum şahzadə Mahmud Mirzə «Noqli-məjlis» təzkirəsində yazır ki, Məsturə Zənd tayfasının böyük zadəganlar nəslindəndir. Nəvvab Şahqulu Mirzə həmin nadir sədəfdən dünyaya gəlmiş, onun təbiətini özündə biruzə vermişdir. O, hərdən «Zəif» təxəllüslə xəyalından gələn şeirlər yazardı. Bu iki beyt onun ilhamının məhsuludur:
Xaki-payət səbəbi-rövşəniyi-mən gərdid,
Çeşməm əz xaki-kəfi payi-to rövşən gərdid.
Sənin gəlişin mənə həyat bağışladı,
Sənin gəlişinlə gözlərimə işıq gəldi.
Hur əz rövzeyi-firdovs əgər begerizəd,
Be jüz əz kuyi-to jai digərəş məmən nist.
Əgər huri jənnətdən qaçarsa,
Sənin küçəndən başqa ona sığınajaq yoxdur.
MİSİRLİ XANIM
O, Xəlil Həmid paşanın oğlu Arif bəyin qızıdır. Əsl adı Fatimeyi-Zəhra xanım idi. Misirə gəlin getdiyi üçün orada ona «Gəlin xanım» deyirdilər. Misirli xanım Misirdən İstanbula qayıtdıqdan sonra çox bəzəkli, ziynətli gəzirdi. Bu səbəbdən onu Misirli xanım adlandırırdılar. Xəlil paşanın jəddi I Sultanhəmid xanın vəzirlərindən olmuşdur və Baş nazir kimi yüksək vəzifədə çalışmışdır. Sünbülzadə öz «Divan»ının dibaçəsində iki beytlə ondan bəhs etmişdir:
Məxləsi-paki kibi xülqi (53) həmid (54)
Nəjmi (55)-məsudi kibi zati Səid (56)
Yəni həmnami-Xəlil ər-rəhman
Ki, odur məzhəri-ədlü ehsan.
Və onun oğlu Arif bəy haqqında da belə demişdir:
Biridir Arifi-bimislü nəzir (57)
Arif bəy dörd dəfə Rumeli ordusunun qazısi olmuş, dördünjü dəfə bu vəzifəyə seçilən zaman vəfat etmişdir. O, Misirdə iqamət edən vaxt qızı Fatimeyi-Zəhra xanım Misirin valisi və hökmdarı İsmayılla bir yerdə oynayan həmyoldaş idilər. Məhəmmədəli paşa onu yaxşı tanıdığı üçün bir neçə vaxt keçdikdən sonra İstanbulda olarkən adam göndərib, bu qızı öz oğlu İsmayıl paşa üçün almışdı. İsmayıl paşa Sudan səfəri zamanı həlak olduqdan sonra Məhəmmədəli paşa öz gəlininə təklif etdi ki, onun Misirdə qalmaq və ya İstanbula qayıtmaq fikrini bilmək istəyir. O, javabında belə dedi ki, bundan sonra mənə ər lazım deyildir. Mənim atam da, anam da sizsiniz. Mən sizin mərhəmətiniz sayəsində yaşayıram. Məhəmmədəli paşa bu javabdan çox razı qaldı və onu ömrünün axırına qədər Misirin əziz və möhtərəm məlikəsi kimi qorudu. Misirli xanım Məhəmmədəli paşanın vəfatından sonra İstanbula qayıtdı. Ona İbrahim paşa və Abbas paşa tərəfindən çox yaxşı məvajib verilirdi. Mərhum sultan Əbdülməjid xan da ona kəmali-iltifat göstərirdi. Misirli xanım Misirdə nejə izzət və hörmətlə yaşayırdısa, eləjə də İstanbulda ona ömrü boyu ehtiram və hörmət bəslədilər.
NƏFİSƏ SULTAN
Bu adda Ali Osman sülaləsində bir neçə xatun olmuşdur. Bunlardan birinjisi Sultan Muradın qızı Nəfisə Sultandır ki, o, 787-ji /1385/ ildə Qırman oğlu Əli bəyə ərə getmişdir. Əli bəy bu şərəfə nail olduqdan sonra üsyan qaldırmaq yolunu tutdu. Naşükürlük etdi. Lakin öz zövjəsinin şəfaəti sayəsində azad edildi, günahı bağışlandı. Nəfisə həmin Əbül Əmitər Süfyanın anasıdır ki, Şamda Məhəmmədül Əminül Əbbasi zamanında qiyam etmişdi.
NƏSİBA
İstanbul ədibələrindən olan Nəsiba, Tofiqə xanım adı ilə tanınırdı. Fətinin «Təzkirə»sində olan məlumata görə müşarileyhə Şərif paşanın oğlu olan Səid bəyin qızıdır. Bu çox injə qəzəl onun təbindəndir:
Tiri-negəhin eylədi öz janıma təsir,
Jana, bu kəmankeşlik ilə pir olasan, pir.
Şol xənjəri-qəmzən idi dələn, keçən, əmma,
Çəkdi yenə əbruyi-siyəh sinəmə şəmşir.
Sevda ilə divanəliyim gördi bənim yar,
Qıldı o siyah kakilini boynuma zənjir.
Bən Yusifi-Sani desəm olmazmı sənə, kim,
Çün eylədilər dilbəri bu hüsn ilə təbir.
Lütfündən əgər olsa Nəsibayə də rüxsət,
Bindən birisin eyliyə əhvalını təqrir.
NİHALİ
Səmərqənd şəhəri əhlindən olan, fars dilində yazmış şairələrindəndir. Deyilənə görə hijri 900-jü /1494/95/ ildə sağ imiş. Səmərqənd şəhərində ürək açan bir yer vardır ki, Beynültaqeyn adlanır. Bir gün şair Müşfiqi bir neçə nəfər digər şairlərlə orada məjlis düzəltmişdilər. Nihali oradan keçirmiş. Onları görərək yaxınlaşmış və demişdir: «Dünən gejə bir şeir demişəm ki, məzmunu saf, bakirədir və o şeir belədir:
Hilal nist ke bər ouji-çərx ja kərde
Fələk bər koştəni-mən tiğ bərhəva kərde.
Ay yoxdur ki, çərxin uja yerində olsun
Fələk məni öldürmək üçün qılınjını havada oynatdı.
Məjlis əhli şeiri çox təriflədi. Nihali bunu görərək israr etdi ki, kim bajarırsa, qoy bu beytə nəzirə yazsın. Həjv yazmaq təbinə malik olan şair Müşfiqi bu beytə bir beyt həjv yazmışdı. Nihali bu həjvdən xəjalət çəkib, bir daha kişi şairlərinin məjlisinə gəlmədi.
Nihalinin tərjümeyi-halı barədə yazılan budur. Müəllif buna təəjjüb edir ki, şairlər məjlisində Nihalinin şerini başa düşmədən tərifləmişlər. Şeyx Sədi Rəhmətullahın dediyi kimi hər kəsin öz ağlı və qabiliyyəti onun kamalını göstərir və hər kəs öz övladını jamallı görür.
Ritmik şeir yazmaqla bu qadın təzə məzmunlu bir şeir yazdığını düşünür. «Tiğ bala bord» və yaxud «şəmşir bolənd kərd» deyilir. Lakin «tiğ bər həva kərd» demirlər. O, burada iki səhvə yol verir.
NİLUFƏR XANIM
Qazi Sultan Orxanın zövjəsi, Sultan Murad və Süleyman paşa Qazinin anasıdır. O, Təkfur Yarhesarın qızı idi. Osmanlı sultanlarından olan Osman bəyin jəddi Sultan Osman Qazi Anadoluda fəthlər edərkən, o ətrafda Təkfur, yəni «sahib» ləqəbli olan rumlu hökmdarlar qorxuya düşərək, gizlijə, hər biri ayrı-ayrılıqda Orxanla dostlaşdılar və ona hər tərəfdən hədiyyə və töhfələr göndərdilər. Osman Qazi də yaylaq zamanı qiymətli əşyalarını və bir qədər yaşlı qadınlarını Təkfur Biləjəkə etibar və etimad edib tapşırmışdı. O zaman Təkfur Yarhesarın Nilufər adlı qızını Təkfur Biləjəkə vermək istəyirdilər. Təkfur Biləjək isə Osman Qazinin o ətrafda möhkəmlənib qalmasından narahat idi. Əgər Osman Qazi orada sakin olarsa, öz müstəqilliyinə vüsət verər, o və başqa təkfurlar büsbütün məhv edilərlər. Təkfur həmişə onu arzu edirdi ki, Osman Qazini və onun ardıjıllarını bir tədbir görüb, həmin yerlərdən uzaqlaşdırıb yox etsin. Ona görə digər təkfurları yığıb məşvərət etdi və qərara gəldi ki, Osman Qazini Təkfur Yarhesarın qızı ilə özünün toy mərasiminə dəvət etsin. O qəbul edib, gəlsə, zəhərləyib öldürsünlər. Xülasə, 689-ju /1290 m./ ildə çox təmtəraqlı və geniş toy mərasimi təşkil olundu.
Təkfur Biləjək Osman Qazi ilə yaxın dost olan Mixal hakimi Xərmən Qiyanı dəvət üçün onun yanına göndərdi. Osman Qaziyə vəfalı və sədaqətli olan həmin adam təkfurlarla razılaşdırılmış fikirləri ona çatdırdı. Təsadüfən yaylaq vaxtı idi. Osman Qazi Mixalı yola saldı və dedi ki, qiymətli əşyalarla dolu olan sandıqları və yaşlı qadınları birlikdə Təkfur Biləjəkin yanına göndərəjəyəm və özüm də əsilzadə qohumlarımla yaylağa yollanıb, toy mərasimi olan yerə gələjəyəm. Yaxşı olardı ki, jəmiyyət çox olduğundan toy mərasimi çox geniş yerdə keçirilə idi. Təkfurlar Osman Qazini məhv etməyə razı idilər. Mixalın gətirdiyi şad xəbəri eşidib, toy mərasimi üçün Çağır Peykar çəmənini seçdilər. Osman Qazi öz əsgərlərindən 40 nəfərini seçərək, onlara qoja, qarı paltarı geydirdi və Təkfur Biləjəgin qalasına göndərdi. Özü də atlı və jəsur döyüşçülərlə ziyafət olan yerə gəldi. Həmin jəsur döyüşçülər qalaya çatdıqda orada mərasimlə əlaqədar olaraq bəzi mühafizlərdən başqa kimsəni görmədilər. Onları qılınjdan keçirdilər və qalanı zəbt etdilər. Osman Qaziyə bu hadisəni xəbər verdilər. Qazi agah olduqdan sonra öz atına minib yola düşdü. Özünü elə göstərdi ki, güya qaçır və öz əsgərlərindən bəzisini də arxada qoydu. Özü isə bir neçə nəfərlə münasib bir yerdə pusquda durdu.
Təkfurlar aldandılar və lovğalanıb dedilər:
«İndi gərək düşməni qoymayaq ki, qaçıb janını qurtarsın» Bunu deyib, onların ardınja getdilər. Pusqu yerinə yaxınlaşdıqda Osman Qazi öz jəsurları ilə şir kimi pusqudan çıxdılar və onları bir-birinin ardınja qılınjdan keçirdilər. Nilüfər xanımı, yəni gəlini əsir edib, onu öz oğlu Orxan Qaziyə ərə verdilər. Osman Qazi onu Nilufər xanım adlandırdı.
Xülasə, bu qadın mötəbər olub, xeyrat sahibi idi. Xeyli abidələr ondan yadigardır. O jümlədən Bursa səhrasında axan çayın üzərində olan körpü onun tikililərindəndir və «Nilufər suyu» adlanır.
NURBANU
Nurbanu III Sultan Murad xanın anasıdır. II Sultan Səlimin sarayının xanımlarındandır və əvvəlinji xatundur ki, Osmanlı dövlətində «Məhdülya» /şahın anasının tituludur. Ali vətən, yüksək beşik deməkdir – H.T./ kimi yüksək adı almışdır. Əskidarda olan «Jameyi-Ətiqi-Validə» onun tikdirdiyi binadır.
NURJAHAN BƏYİM
Hind sultanlarından Əkbər padşahın oğlu Jahangir padşahın saray hərəmxanasının xanımlarındandır. Xoş təbə, şirin zəbana malik olub, bəzi injə şeirlər yazan şair kimi də tanınmışdır. O jümlədən öz ərini vəsf edən şeirləri də vardır. Əri Jahangirin şərəfinə yazdığı şeir ona izhari-məhəbbətdir:
Tora nə tekmeyi-ləl əst bər libasi-hərir,
Şode əst qətreyi-xun minnəti qəribanqir.
Sənin ipək libasının üstündəki qızıl saplı parça ləl deyil,
Sənin zülmünün mərhəmətindən tökülən qan damjılarıdır.
O, bir qəzəlin mətləində belə yazır:
Name to bordəm-o-zədəm atəş bejani-xiş,
Dər atəşəm çu şəm ze dəsti-zəbani-xiş
Sənin adını çəkdim və janımı odlara yaxdım,
Öz atəşimlə şam kimi alovlandım.
Deyirlər ki, əvvəllər padşah sərdarlarından olan Şirəfkən adlı birinə ərə getmişdir. Bu barədə özü belə yazır:
Nurjahan gərçe be ismi zən əst,
Dər səfi-mərdan zani-Şirəfkən əst.
Əgər Nurjahan bu adda qadındırsa,
Mərdlər sırasında olan Şirəfkənin qadınıdır.
Şirəfkən vəfat etdikdən sonra padşahın hərəmxanasına daxil olan Nurjahan bəyim xanımlar jərgəsində olsa da, məşhur qadınlardandır. O, bu beytlərin də sahibidir:
Beqətl çun məni gər xatirət xoşnud migərdəd,
Bejan minnət, vəli tiği-to xunalud mikərdəd,
Məni öldürməklə sevinirsən, nə olsun,
Lakin sənin xənjərin mənim qanıma bulaşıb.
Aşağıdakı dəyişikliklər nəzərə çarpan qitəni ona aid edirlər:
Vay bər şairani-nadide
Qələtira bexod pəsəndide
Sərvra qəddi-yar miquyənd
Mahra ruyi-u nəsənjide
Mah jormist natəmami-əyar
Sərvi-çubist natəraşide.
Vay o düşünjəsiz şairlərə ki,
Bir səhvi qəbul etmişlər.
Onun üzünü aya oxşatmadan,
Sərvi yarın qəddinə bənzədirlər.
Ay natamam planetdir,
Sərv yonulmamış bir ağajdır.
PADŞAH XATUN
«Səhayif-ül-əxbar»ın 2-ji jildinin 598-ji səhifəsinin haşiyəsində qeyd olunduğu kimi Xurşidiyyə Atabəyləri sülaləsindən olan bir qadın Xürrəmabadda hökmdar olmuşdur. O, Padşah Xatun adlanmışdır.
PADŞAH XATUN /654/1254-694/1295/
Kirmanda hakim olmuş Qaraxitailər hökmdarlarının altınjısıdır. O, Səfvətəddin adı ilə məşhurdur və Qütbəddinin qızı olan bu qadın fazil hökmdar və şairə, xoş xəttə malik insan idi. Özündən əvvəl Kirman hökmdarı olmuş qardaşı Soyurqatmışı hijri 691-ji /1292/ ildə qətlə yetirərək, onun yerinə keçmişdir və bu əyalətdə səkkiz il hökmranlıq etmişdir. Aqibəti belə olmuşdur:
Soyurqatmışın zövjəsi Kərduçin ətrafına ordu yığaraq, Padşah xatuna hüjum etmiş, ona qalib gəlmişdir, ondan ərinin qisasını alaraq, ölümə məhküm etmişdir. Bu iki beyt Padşah Xatunundur:
Dəruni-pərdeyi-ismət ke təkyərahi-mən əst
Müsafirani-Səbara güzər be doşvarist
Həmişe bad səri-zən beziri-meqnəe
Ke tar-o-bude vey əz ismət-o nikukarist.
Tərjüməsi:
Mənim dayağım olan ismət pərdəsindən,
Səhər yelinin dağıtdıqları çətin keçə.
Qadının başı həmişə çadra altında olsun,
Ki, onun əsası və kökü möminlik və ləyaqətdir.
PƏRİXAN XANIM
Səfəvi padşahlarından olan I Təhmasibin qızıdır. Çox nüfuzlu və hökmran qadın idi. Təhmasibin ölümündən sonra bu padşahın əhli-hərəmi iki dəstəyə ayrıldılar. Bir dəstəTəhmasibin oğlu Heydər Mirzəni, digər dəstə isə Qəhqəhə qalasında məhbus olan Heydər Mirzənin qardaşı İsmayıl Mirzəni hakimiyyətə gətirmək istəyirdilər. Pərixan xanım İsmayılın hakimiyyətə gəlməsinin tərəftarı idi. Onun səyi nətijəsində İsmayıl Mirzə İranda Səfəvilər səltənətinin hökmdarı oldu. (II Şah İsmayıl /1576-1577/).
İsmayıl Mirzəni Qəhqəhə qalasından (4) çıxarıb, Qəzvinə gətirənədək hakimiyyət Pərixan xanımın əlində olmuşdur. Elə ki, İsmayıl Mirzə padşah oldu, gözlənildiyinin əksinə olaraq Pərixan xanım dövlətdən uzuqlaşdırıldı. Bu qadın dövlətə lazım olduğu halda daha işə müdaxilə etmirdi. Elə ki, İsmayıl Mirzə vəfat etdi, Böyük şah Abbasın atası Məhəmməd (Xudabəndə) şahı Şirazdan səltənətə gətirdilər. Bu zaman Pərixan xanım hakimiyyətdə əmələ gəlmiş boşluqdan istifadə edərək, yenidən dövlət işlərini əlinə aldı. Məhəmməd şah Qəzvinə gələrək, taxta əyləşəndən sonra Pərixan xanımın nüfuzunu özünün uğursuzluğu bildi, onu qətlə yetirdi.
PƏRTOV PİYALƏ
Əlahəzrət II Sultan Əbdülhəmid xanın əmisi mərhum Sultan Əbdüləziz xanın anasıdır. Çox ləyaqətli, xeyriyyəçi olan bu alijənab qadın vaxtilə Katib Jamesinə yanğın düşərək onu tamamilə məhv etdikdən sonra hijri 1288-ji /1871/ ildə müqəddəs bir Jame və kiçik bir kitabxana, su ambarı və başqa yararlı binalar tikdirmiş, oraya xidmətçilər, azançılar və imam təyin etmişdir. Pərtov Piyalə orada özü üçün ali məqbərə də tikdirmişdir. Mərhum Sultan Əbdüləziz xan dəyəri 100 min lirədən artıq olan bir əla buxar gəmisi düzəltdirib, onu öz əziz validəsinin şərəfinə Pərtov Piyalə adlandırmışdır. Əlahəzrət şahənşah /Nəsrəddin şah – H.T./ hijri 1290-jı ilin jumadəlaxırın 23-də /20 avqust, 1873/ bu gəmi ilə İstanbula varid olmuşdu və mərhum Sultan Əbdüləziz xan xüsusi-qayıqla bu gəmiyə gəlib Nəsrəddin şahı qarşılamışdır.
RABİEYİ-JİLANİYYƏ
Mərhum Məhəmməd şah Qajar hakimiyyəti dövrünün məşhur arif şəxsiyyətlərindən olmuşdur. Rabieyi-Jilaniyyənin əsl adı Hajı Ümsəlmə xanımdır. O, Gilanın adlı-sanlı kübarlarından olan Hajı Mirzə Məhəmməd Rəştinin qızıdır. Həyat yoldaşı o dövrün məşhur əyanlarından olan Hajı Mir İsmayıl idi. O, Gilanda dini elmləri öyrənməklə məşğul olmuş əsrin böyük şəxsiyyətlərindən, Arif Rəbbani, Həkim Həmədanı, Hajı Molla Rza Həmədanidən öyrənmiş, sonra insanların əxlaqını təmizləyən, mənəviyyatı güjləndirən mövizələr oxumuşdur. Məhəmməd şah Qajar ona Rabieyi-saniyyə ləqəbini vermişdir. Sonra Kirmana getmiş orada bir sıra xeyriyyə işləri görmüşdür. Dünyasını dəyişmiş vaiz, övliya və digər məşhurların, o jümlədən Molla Rza Həmədaninin məqbərələrinin hüjrə, günbəz və tağlarını, həyətlərini bərpa etdirmiş, sədəqələr vermişdir.
Rabieyi-Jilaniyyə Kirmandan Quma gələrək, iyirmi il müqəddəslərin məzarları yaxınlıqında yaşamış və h.q. 1280-jı (1863/64) ildə orada vəfat etmişdir, həmin məkanda da dəfn olunmuşdur.
RƏVİDƏ XANIM
Rəvidə xanım Osmanlı dövlətinin elmli və fəzilətli qadınlarından olub, Yusif paşanın «Rüşdiyyeyi-ünasiyyə» məktəbində müəllimlik etmişdir. Şeir yazmaq qabiliyyəti olan bu qadın V Sultan Murad xanın taxta əyləşməsi tarixini nəzmə çəkmişdir. Bu şeir qəzetlərdə dərj olunaraq yayılmışdır.
«Rüşdiyyeyi-ünasiyyə» məktəbində dərs deyən qadınlardan biri də Fatimeyi-Zəhra xanımdır ki, Sultan Əhmədin məktəbində oxumuşdur. O, hijri 1278-ji /1861/62/ ildə İstanbulda anadan olmuşdur.
SAHİBƏ
Xaqan Fətəli şahın övladlarından olan saray şahzadələrindəndir. Şair təbiətli bir xatun olub Sahibə təxəllüslü idi və onu həyalı olması, təmiz əxlaqı, gözəl surəti ilə tanıyırdılar. Amma onun tərjümeyi-halı dəqiqliyi ilə, aydın yazılmamışdır. Deyirlər ki, o, ağıla, biliyə rəğbət bəsləyirdi. Yaxşı xətlə yazmağı bajarırdı. Şairlik qabiliyyəti onun şeirlərindən məlumdur və bu üç şeir nümunəsi onundur:
Qəm nist ke əz həsrəti-besyari-to mordəm,
Lotfət nə şəvəd kəm ze to, məqsudi-mən in bud.
Sənin böyük həsrətindən ölsəm nə qəm,
Mən istəyirəm ki, sənin lütfün kəm olmasın.
Zolf dər ruyi-to hər kəs ke bebinəd, quyəd,
Atəşi həst ke, ba dud dər amixteənd.
Saçını üzündə görən hər kəs deyir,
Oddur ki, his /duda/ ilə qarışmışdır.
Jano iman bərayi-məşuq əst,
Jano iman bərayi-aşeq nist.
Jan və inam məşuq üçündür,
Jan və inam aşiq üçün deyil.
SETİ XATUN
Məşhur osmanlı qadınlarındandır və Sultan Bayazid xan dövrü əyanlarından Şeyxülislam Zeynəlli Əli əfəndinin qızıdır. «Hədiqət ül-jəvame» də yazılmışdır ki, Səluri Qapısı yaxınlığında bir məsjid və bir mədrəsəsi vardır və bir məhəllə onun adı ilə adlandırılmışdır. Özü isə atasının bina etdiyi bir məktəbin ərazisində, atasının qəbri yaxınlığında dəfn edilmişdir.
SETİTƏ XATUN
Misirin məşhur sultanlarından olmuş Əmir Tenqizin zövjəsi idi. Əmir Tenqiz Şamda hakimiyyətdə olmuş Məlik Nasirin müavini idi və o, özbaşına, yaramaz işlərin sahibi kimi tanınırdı. Onun həyat yoldaşı olan Setitə Xatun isə ərinin xoşagəlməz hərəkət və işlərinə daima mane olurdu. O, çox xeyirxah, faydalı işlərlə məşğul olan, xoşxasiyyətli idi. Müşarileyhə 730-ju ilin rəjəb ayının 30-ju (1329/30) doşənbə gejəsi (bazar axşamı) vəfat etmişdir. Onu xüsusi məqbərədə, ehtiramla dəfn etmişlər. Əmir Tenqiz isə bir neçə ildən sonra öz əməllərinin jəzasını almışdır.
Setitə ləqəbi bir neçə mühəddis qadına məxsus olmuşdur. O jümlədən Fatimə bintül-Yəsirin qızının ləqəbidir ki, o da imam Siyutinin şeyxlərindəndir. Onun tərjümeyi-halı bu kitabda verilmişdir.
SEYYİDƏ
Ali Buveyhilərdən olan Məjdüddövlə Deyləminin (18) anası idi və bir müddət səltənətin hökmdarı olmuşdur. Məlumdur ki, Fəxrüddövlə Deyləmi öldükdən sonra, oğlu Məjdüddövlə böyük oğul olduğundan onun yerinə səltənət taxtını əyləşmişdi. Ağıllı qadın olan anası Seyyidə dövlət işlərinin yerinə yetirilməsinə zamin idi və nəzarət edirdi. Məjdüddövlənin anası adil, insaflı, səxavətli və mərhəmətli olması ilə məşhur idi. Məjdüddövlə həddi-buluğa çatandan sonra mühüm qərar qəbul edərkən, anası ilə arasında fikir ayrılığı yarandığından onların arasında çəkişmələr başladı. Seyyidə ondan injidi və Təbrək qalasına getdi. Bir gejəyarısı oradan hərəkət edərək, Kürdüstana tələsdi. Kürdüstan hökmdarı Bədr bin Həsənəviyyə onu hörmətlə qarşıladı, yer verdi. Ona xidmətini əsgərlə təmin edərək, Reydə yerləşdirdi. Məjdüddövlə anasına qarşı döyüşə gəldi, lakin məğlub olaraq əsir düşdü. Seyyidə yenidən müstəqil hökmranlığa başladı. Şəhərlərin abad olması üçün çalışdı, insanların rifahını təmin etdi. Pərdə arxasında əyləşdi. O özü vəzirlə birbaşa danışaraq, dövlətlərin səfirləri ilə çox ağıllı mühakirələr aparırdı.
Deyirlər ki, Sultan Mahmud Qəznəvi /969 və ya 970-1030/ bir səfiri Seyyidənin yanına göndərərək tapşırdı ki, onun adına sikkə düzəltdirsin və xütbə oxutdursun. Əgər Seyyidə bunu etməsə, müharibəyə hazır olsun. Seyyidə belə javab verdi: «Nə qədər ki, ərim sağ idi, zənn edirdim ki, əgər Sultan bu təklifi mənə edərsə, nə etmək olar. İndi təşviş etmirəm və bilirəm ki, Sultan Mahmud ağıllı insandır və bilir ki, müharibə etməyin mənası yoxdur. Fəth və məğlub etmək, hər ikisi mümkündür. Əgər o mənə qalib gəlsə, deməli, dul qadına qalib gəlmiş olur və bu hünər deyil. Əgər mənə məğlub olsa, zəif bir qadına məğlub olduğu üçün bu, Sultan üçün böyük rüsvayçılıqdır. Bir sözlə, mənimlə vuruşmayın. Mən tam arxayınlıqla Sultanın bu təklifini qəbul etmirəm».
Deyilənə görə Sultan Seyyidənin bu javabını elçidən eşitdikdə dərindən düşünərək dedi: «Jiddi və doğru sözdür. Bu düşmənçilikdən əl götürmək lazımdır». Xülasə, Seyyidə dövləti idarə etməyi əlinə aldıqdan bir neçə gün sonra oğlunun günahından keçdi və əyalətin tajını yenə oğlu Məjdüddövlənin başına qoydu. Amma yenə də bütün ixtiyar Seyyidənin əlində idi və həmədanın idarə olunmasını digər oğluna, Məjdüddövlənin qardaşı Şəmsüddövləyə tapşırmışdı. Əbu Jəfər Kanuyəni İsfahanı idarə etmək üçün göndərdi. Seyyidə nə qədər ki, sağ idi, Məlik Məjdüddövlənin rövnəq və ziynəti parlayırdı. Elə ki, o öldü, hərjmərjlik baş alıb getdi. Bu səbəbdən hijri 420-ji ildə /1029/ Sultan Mahmud Qəznəvi İraqa ordu çəkdi və bu məmləkəti zəbt elədi. Məjdüddövləni və oğlu Asudər Abanı özündən asılı edərək Qəzvinə göndərdi.
Dostları ilə paylaş: |