Marağali məHƏMMƏDHƏSƏn xan etimadüSSƏLTƏNƏ xeyrati-hesanbaki – 2009 azərbayjan miLLİ elmlər akademiyasi



Yüklə 1 Mb.
səhifə3/8
tarix31.01.2017
ölçüsü1 Mb.
#7134
1   2   3   4   5   6   7   8

FATİMƏ XANIM
Fatimə xanım mərhum Xaqan Fətəli şah Qajarın xa­nım­larından olub, Sərvijahan xanım adlı qız dünyaya gə­tirmiş, onu mərhum Ağa xan ibn Şah Xəlilullaha ver­miş­lər. Sərvijahanın övladları Hindistanda, İsmailiyyədə yük­sək vəzifələr tutmuşdular.
FATİMƏ ŞƏBSƏFA QADIN
Osmanlı padşahı Sultan Həmid xani-əvvəl zamanında, onun sarayında yaşamışdır. Fatimə Şəbsəfa Sultana bö­yük məhəbbət bəsləmişdir. Deyirlər ki, bir gün o, Sultanın görüşünə gedən zövjələrindən birinin barmağına qiymətli bir üzük taxaraq, Sultanın görüşünə göndərmişdir. Bu iş Sultana çox xoş gəlmiş və o, dərrakəli müşarileyhənin adına bir məktəb və bir jame tikdirmişdir. Fatimə xanım həmin məsjiddə dəfn olunmuşdur.

FƏXRİ
Şahzadə xanım Fəxri mərhum Xaqanın qızlarından olub, gözəl təbə malik şairə idi. Xaqanın oğlu Mahmud Mirzə «Noqle məjlis» adlı təzkirəsində yazır: Fəxri Fətulla Mirzənin böyük bajısıdır. Çox ismətli, iffətli, hazırjavab olub, şairə xas olan xüsusiyyətləri məndən öyrənmişdir. Aşağıdakı beytlər onun şeirlərindən seçilmişdir:
Məhəbbətra bəla quyənd, yarəb,

Kəsi bi in bəla hərgiz məbada.


Tərjüməsi:
Yarəb, məhəbbət bəladır deyirlər,

Heç kəsi bu bəladan azad etmə !


Qofta, xəyali-vəsli-məra kon ze del birun

Qoftəm, qozəştən əz seri-jan kari-moşkel əst

Tərjüməsi:
Dedi, mənim vəslimin xəyalını ürəkdən çıxart,

Dedim, jan ağrısından qurtulmaq çətindir.


Çenin kin noujəvanan çelve darənd

Be həsrət bayədəm mordən be piri


Tərjüməsi:
Növjavanlar ki, belə nazlıdırlar,

Qojalıb ölməyə həsrət qalajağam.


FƏXRİJAHAN XANIM
Fəxrüddövlə ləqəbli olan bu xanım mərhum Xaqan Fətəli Şah Qajarın çox möhtərəm qızlarından biridir. İzədüd­dövlə özünün «Tarixi-İzədi» əsərində onun haq­qın­da yazır ki, Fəxrüddövlə ləqəbli Fəxrijahan xanım Sünbül xanımın qızıdır və Xaqan zamanının gözəl qızlarından bi­ridir. Atası ona çox zəngin həyat şəraiti yaratmışdı. Əmisi oğlu Mirzə Məhəmməd xanla 9 illik uğursuz izdivajdan sonra bakirə olaraq ömrünün axırınadək tənha yaşa­mış­dır.
FƏXRÜDDÖVLƏ
Hajiyə Mahruxsar xanım rəhmətlik Abbas Mirzə Naibüs­səltənənin qızı, mərhum Məhəmməd şahın doğma bajısıdır. Müşarileyhə dövrünün çox məşhur qadınların­dan hesab olunurdu. Xeyriyyəçilikdə onun tayı-bərabəri yox idi. Tanıdığı köməksizləri məəttəl qoymurdu. Namuslu və mərdanə olan bu qadının şeirdə və rəssamlıqda, həm­çinin xoş xətlə yazmaqda əvəzi yox idi. Mühakimə və ağılı zərbülməsələ çevrilmişdi. Dövrün görkəmli şəxsiyyət­lə­rin­dən biri olan və Xanbaba xan adı ilə məşhur olan İrəvan sərdarı Məhəmmədhəsən xan onunla ailə qurmuşdu. O çox ağıllı olan zövjəsi ilə fəxr edirdi. Ondan bir sıra yaxşı işlər, xeyirxah əməllər və vəqf olunmuş yerlər yadigar qa­lır.
FƏXRÜDDÖVLƏ
Nəsrəddin şahın səxavətli, hörmətli qızlarındandır. İn­jəsənətin bir çox növlərində, o jümlədən rəssamlıq, mo­zaika, xəttatlıq sənətində çox məharətli və qabildir. Fəx­rüd­dövlə bu işlərdə məşhurdur. Bu qadın çox səxavətli, xeyriyyəçi və əltutandır və bu işlərdə səy edir.
FƏXRÜLMÜLUK
Əlahəzrət Şahənşah Nəsrəddin şahın böyük qızla­rın­dan biridir. Onun şeir yazmaq təbi vardı. İsmətli qadının şeirləri rəvan, injə mətləb ifadə edən, lətif, fəsih və bəla­ğətli olub, «Fəxri» təxəllüslə yazılırdı. O, hər il ata­sının tə­vəl­lüd günündə təbrikini şeirlə ifadə edirdi və bu münasi­bətlə şahdan ona çatan ənamı fəqir-füqəraya ve­rərək, xey­riyyəçilik edirdi. Bu, ənənə halını almışdı.
FƏRİDEYİ-ŞAİRƏ
Fəridə xanım kimi məşhur olan tanınmış bu qadın İs­tanbul ədibələrindəndir. Bəziləri onun əslən Qəstimunlu olub, İstambulda sakin olduğunu deyirlər. O, Rəşid əfən­dinin qızı, Raif Əfəndi Katibin zövjəsidir. Bu məşhur gəzəl onundur:
Fikr edüb, bəxti-siyahəm, qəti yandım bu gejə,

Jövri-dildar ilə janımdan usandım bu gejə.

Şul qədr hijrin ilə axdı gözümdən xunab,

Başdan ayağədəkin qanə buyandım bu gejə.

Xab içində görüb ol mahi, olunja bidar,

Şövqi-hüsni ilə ətrafım arandım bu gejə.

Çərx etdimsə, nola, simi-sirişkim yoluna,

Sən kibi bir mehi-namehri qazandım bu gejə.

Şöylə məst etdi bəni jami-meyi-möhnəti-eşq,

Bilmədim, yarimi biganeyi sandım bu gejə.

Şəbi-firqət uzadı dərdi-məhəbbət kibi, ah,

Gah xabidə olub, gahi oyandım bu gejə.

Ahü zarimə baxıb qıldı tərəhhüm bana yar,

Ey Fəridə, hələ bən andan utandım bu gejə.


FİTNƏT
Məşhur osmanlı qadınlarından olub, Şeyxulislam Mə­həm­məd Əsəd əfəndinin qızı, Şeyxülislam Məhəmməd Şərif əfəndinin bajısıdır. Zibeydə adı ilə məşhur şairə ol­muşdur. Onun əri Dərviş əfəndi Sultan Əbdülhəmid xani-əvvəl dövrünün alilərindəndir. O, Fitnət xanım kimi elm və bilik sahibi olmasa da, yenə III Sultan Salis xan zamanı nüfuzlu qəbilə başçılarından biri idi. Fitnət xanım Raqib paşa dövründə məşhur idi, lakin Sultan Əbdülhəmid xan dövrünün əvvəllərini də xatırlayırdı. O, şeirlər oxumaqda son dərəjə məharətli idi. Aşağıda dərj edilmiş qəzəl onundur:
Güllər qızarır şərm ilə ol qönçə gülünjə,

Sünbül xəm olur, rəg ilə kakil bükülünjə.

Ənqa dəxi olursa, düşər pənjeyi-eşqə,

Seydi-dilə şəhbazi-nigahın süzülünjə.

Ol qönçeyi-şüküftə olur gül kibi xəndan,

Şəbnəm kibi əşki-dili-şeyda tökülünjə.

Hər tari birər mar olur gənji-hüsndə.

Rüxsarinə zülfi-siyəhin şanə bulunjə.

Jan vermək isə qəsdin əgər eşq ilə, Fitnət,

Xaki-dəri-dildardan ayrılma ölünjə.


Fitnətin qardaşı Şərif əfəndi Şeyxulislamın da zövqlə şeir yazmaq məharəti vardı və türkjə yaxşı şeirlər yazırdı.

Bu iki farsja beyt onun təbindəndir:


Həqq aləm əst, nədai behəqiqət ehkam,

Çun be təhqiq dər əflaki-moqəvvem başi

Aləmül-qeyb xudavənde həkim əst həman

Soxənət kezb bovəd gər to münəjjim başi


Sən əgər taleləri öyrənməkdə qiymət qoyan olsan da

Hökmləri dürüst bilmirsən, həqq aləmdir.

Sən münəjjim olsan da, sözlərin yalandır,

Qeyb aləminin filosofu Allahdır.


FİTNƏT XANIM
Fitnət xanım da məşhur osmanlı şairələrindəndir, mər­hum Əhməd paşanın, Trabzon valisinin qızıdır. Təvəllüd ta­rixi h. 1258-ji ilin şəvval aynın 23-nə təsadüf edir /28 no­yabr 1842-ji il/. h. 1261-ji/1845/ ildə İstanbulda yaşa­mışdır. Onun tərbiyəsinə çox səy göstərilmiş, bu səy və özünün qabiliyyəti onun kamilləşməsində özünü gös­tər­mişdir. O Hafiz əfəndidən Qurani-Kərimi öyrənmiş, Xajə Lətif əfəndidən ərəb və fars dillərinin əsasını, Xajə Şakir əfəndi ona Hafizin «Divan»ını öyrətmiş, Osman əfəndi Ərzənətərrumidən süls xəttini öyrənərək, şəhadətnamə almışdır. Əli Şükri əfəndi də ona rüqə xəttini öyrətmiş, be­ləliklə o, inşanın əsaslarını mənimsəmişdir. Kiçik yaşla­rın­dan onu ərə vermişlər və o, təhsil alan rəfiqələrindən ayrı düşmüşdü. Bununla belə onun kimi savad təhsil etmiş anası onunla məşğul olmuş və təhsilini təkmilləşdirməkdə davam etmişdir. O, birinji əri öldükdən sonra dənizçilik vəzarətində münşiyi-əvvəl olan Məhəmmədəli bəylə ailə həyatı qurmuşdur. Nəzm və nəsrlə xeyli bədii əsərlər ya­zaraq, yadigar qoymuşdur. Bu əsərlərdən məlumdur ki, bu­rada hikmətli və fəlsəfi məsələlər işlənmiş, tədqiq olun­muşdur. Aşağıdakı şerlər onundur:
Sərnequn etdi fələk asayişim peymanəsin,

Çünki dilşad eyləməz nəşv eyləyən məstanəsin.

Əzmi-suyi-meykəde (39) əl vermədi, çəkdim ayaq,

Başına çalsın həman ol bivəfa dəmxanəsin.

Eyşü nuşü söhbəti dəyməz anın heç bir pula,

Neylərəm zilli-sərab asa şu mehmanxanəsin.

Jürə (40) nuş bədeyi-əltafi olmaqdır məhəl,

Bəndəgan tərk etməsinmi məjlisi-şahanəsin.

Vadiyi-əlami-qəmdə qaldım, ey saqiyi-dəhr,

Məhrəm etdi yar zira məjlisə biganəsin.

Şəmi-suzanə hajət qalmadı, çünki betər,

Atəşi-çövründə yaxdı aqibət pərvanəsin.

Pərtov jami-jəm dara ilə fəxr eyləsin,

Bəd az an yad etməsin Fitnət kibi divanəsin.


GÖVŞƏR BƏYİM AZƏRBAYJANİ
Məşhur ədibə, şirinsüxən şairə olmuşdur. Bu beytlər onun düşünjələrinin nətijəsidir:
Əgər bebad dəhəm zülfi-ənbəri-asara,

Bedami-xiş keşəm ahuvani-səhrara.

Güzari-mən bekəlisa gər oftəd ruzi,

Bedini-xiş keşəm doxtərani-tərsara.

Be yek neqah do səd morde mikonəm zende,

Xəbər dəhid ze ejazi-mən Məsihara.


Tərjüməsi:
Ənbər saçan tellərimi küləklərə verərsəm,

Səhradakı ahuları öz toruma salaram.

Yolum düşsə kəlisaya tərsa qızlarını da,

Öz dinindən çəkindirib öz yoluma salaram.

Bir balaja qəmzəm ilə jan verərəm aləmə,

Xəbər edin Musanı da – möjüzəmlə mən varam.

/Tərjüməsi N. Rəfibəylinindir/
Ələkbər Dehxuda «Lüğətnamə»də «Xeyrati-hesan»a istinad edərək bu məlumatı vermiş və şairənin yaşadığı əsrin qeyri-məlum olduğunu da bildirmişdir. Qeyd etmək lazımdır ki, Əlyazmalar İnstitutunda bu şeir B – 1969 şif­rəli jüngdə «ƏNQA» təxəllüslü Ağabəyim ağanın şeiri ki­mi verilmişdir.
GÖVHƏR XAN SULTAN
Gövhər Xan Sultan Osmanlı sultanı II Sultan Səlimin qızıdır. Müşarileyh Sultan onu Piyalə Paşa Fateh Saqqıza ərə vermişdir.
GÖVHƏR XANIM
Gövhər xanım Fətəli şah Xaqanın saray xanım­la­rın­dandır. Allahyar xan Asəfüddövlənin bajısı olub, ad-san və ehtiram sahibi idi.


HAJI GÖVHƏR XANIM
Hajı Gövhər xanım bu əbədi dövlətin kübar ailələ­rin­dən olan Musa xan Qajarın qızı olub, onun Fətəli şahın qızı şahzadə Hajı Teyğun xanımla izdivajından dünyaya gəlmişdir. Savadlı və kamallı olub, təbiətən xeyirxah və gözəl xasiyyətlidir. Nüjüm elmini yaxşı bilir, çox yaxşı şeir­lər yazır, həzrət Peyğəmbər /ə/ tərifinə bu şeiri de­miş­dir:
Peyğəmbəriki-əşrəfi-övladi-adəm əst

Yek paye ze minbəri-u ərşi-əzəm əst

Xətmi-rusəl şəfie jəza fəxri-kainat əst

Məxluqi-həqq-o-xaliqi-məxluqi-aləm əst.


Tərjüməsi:
Peyğəmbər Adəm övladının əşrəfi olduğundan,

Onun minbərinin hər pilləsi əzəmətlidir.

Rəsulun günahı bağışlaması kainatın fəxridir

O, haqqın yaratdığıdır, aləmi yaradanın

xəlq olunmuşudur.
Və yaxud:
Ey Səba! nafe əz an torre to ahəste qoşayi,

Ke dər an selseleyi-zolfi-gereftaranənd.


Tərjuməsi:
Ey Səba! Sən müşk ətrini o həlqələrdən ahəstə qopar

Ki, müşk ətri o zülflərə giriftar olmuşdur.

Və yaxud:

Ey xaliqi-xəlq, zanki to qəffari,

Jüz məsiyətət nə kərdeəm mən kari.

Nazənd be itaəti-to xülqi-to vo mən,

Jüz lütfi-əmimi-to nədarəm yari.
Tərjüməsi:
Ey xaliqi-xəlq, sən ki, rəhmlisən,

Sənin yanında günahkar olmaqdan başqa bir işim yoxdur.

Sənin və mənim xasiyyətimizdən bizə naz edirlər,

Sənin lütfündən qeyri köməyim yoxdur.


HAJI QADIN
Mərhum Sultan Bayazid xanın vəzirlərindən olan İs­kən­dər paşanın qızıdır. Hajı Mehri şah xanım adı ilə tanı­nırdı. «Hədiqətül-jəvame» müəllifi deyir: «Qoja Mustafa pa­şanın qəbrinin yaxınlığında jame və çadir, Səmatiy­yə­də məhəlləsi vardır». Amma «Məşahirün-nisa» müəllifi Mə­həmməd Zehni əfəndi onun dediklərini rədd edərək yazır ki, bizim iki yüz il bundan əvvəl əba və əjdadımız Hajı Qadın məhəlləsində sakin olmuşdur. İndi də biz hə­min məhəllədə yaşayırıq və bilirik ki, Hajı Qadın mü­şarileyhənin bu məhəllədə hamamdan başqa bir şeyi yoxdur. Jameyi-şərif mərhum jərabül-elm Xızır bəyindir ki, bir zaman İstanbulun birinji qazisi olmuşdur. Məhəllə də onun adı ilə adlanır. Hajı Qadın Xızır bəy Jamesinin qarşısında iki hamam tikdirmiş, jameyi-şərif və məhəllə onun adı ilə adlandırılmışdır. Hajı Qadının qəbri Qoja Mustafa paşanın qəbrinin yanında, çamenin yaxınlığın­da­dır. Xızır bəyin məqbərəsi Zirəkə yaxın Qaragöz baxça­sının ətrafındadır.

HƏBİBƏ XANIM
İstanbulun məşhur ədibələrindən olub, hersekli Əli pa­şa­nın qızıdır. «Məşahirün-nisa» kitabının müəllifi Məhəm­məd Zehni əfəndi deyir: «Mən və bu qadın hər ikimiz 1262-ji /1846/ ildə anadan olmuşuq və müşarileyhə Mə­həm­məd əfəndi Katibə nigahlanıb. Bu qəzəl onundur:
Jigərdə tiği-qəmzən zəxmi varkən atma peykanın,

Yetər, ey qaşı yay artıq, yetər, dirətmə mücganın.

Nigahi-məstinə, jana ki, şayan gördün əğyarı,

Yenə nou yarələr açdı dərunə tiği-hijranın.

O qəfil bixəbər nadan əduyə həmdəm olmuşsin,

Vüsalından bizi dur eylədin, var olsun ehsanın.


Ümidi-mərhəmət qılmaq əbəsdir səndən, ey kafər,

Səni bidin demişlərdi, əzəldən yoxdur imanın.

Həbibə, bidəva dərddən xilas olmaq da müşküldür,

Ümid etməz əsiri-dərd olanlar qeyri dərmanın.


HƏLİMƏ BİNT MƏHƏMMƏDSADIQ
İstanbulun məşhur qadınlarındandır. «Təzkirətül-xətta­teyn» da onun haqqında yazılmışdır. Atası Xətibzadə Yəhya paşanın vəziri olmuşdur. Həlimə təhsil almış, Se­yid Məhəmməd Helmidən xəttatlığı öyrənmiş, ona mü­kəm­­məl yiyələnmək üçün səy etmişdir. Hijri 1169-ju /1755/ ildə artıq kamil xəttat kimi rəsmən tanınmışdır. Mə­həmməd Rasim əfəndi onun haqqında zəmanəsinin məş­hur xəttatı kimi bəhs etmiş, mərhum Müstəqimzadə təz­kirəsində /ərəb dilindədir – H.T./ geniş söhbət açmışdır.


HƏLİMƏBƏYİ AĞA
Həsən bəy Türkman Ağqoyunlunun qızı və Sultan Heydərin zövjəsi, I Şah İsmayıl Səfəvinin anasıdır. Şah İsmayıl seşənbə günü rəjəb ayının 25-də hijri 892-ji /17 iyul 1487/ ildə anadan olmuşdur. Mirzə Jahan şahın hök­mü ilə Sultan Heydərin atası Sultan Jüneyd Ərdəbildən Diyarbəkrə sürgün edildi. Diyarbəkirin fərmanfərması Hə­sən bəy Xədijə adlı qızını Sultan Jüneydə ərə verdi. Deyirlər bu Xədijə Sultan Heydərin anasıdır və bəziləri deyirlər ki, Xədijə bəyim Həsən bəyin bajısıdır. Digərlə­ri­nin əqidəsinjə Həsən bəy bajısı Xədijə bəyimi Sultan Jüneydə və qızı Həlimbəyi Ağanı isə Sultan Heydərə ərə vermişdir. Həliməbəyi Ağanın digər adı, yuxarıda qeyd olduğu kimi, Ələmşah Bəyimdir.
HƏMİDƏBANU BƏYİM
Hindistan sultanı Nəsirəddin Məhəmməd Hümayun şah ibn Zəhirəddin ibn Məhəmməd Babur şahın zövjə­sidir. Məhəmməd Hümayunun Hajı Bəyim adlı digər bir nigahlı qadını olmuşdur. Hər iki qadın hüsn və jamalda misilsiz idilər. Məhəmməd Hümayun vəfat etdikdən sonra /1555-ji il/ Hajı Bəyim oğlu Jəlaləddin Məhəmməd Ək­bər şahın yardımı ilə ərinə ehtiram nişanəsi olaraq dörd­gu­şəli bir saray bina etdi. Bu binanın tikintisinə 1.500.000 rupi ki, bu da 325.000 tümənə bərabərdir, pul xərjlən­miş­dir. Dehli şəhərində bu torpaq indi də «Məqbəreyi-Hüma­yuni-məşhur» kimi tanınınr. Dehli sultanları və onların ailələrinin dəfn mərasimi burada ijra olunmuşdur. Hajı Bəyim və Həmidəbanu Bəyim özləri də bu yerdə torpağa tapşırılmışlar.

HƏYAT XANIM
Səfəvi padşahı I Şah İsmayılın zövjəsi idi Həyat xa­nım. Şairlik təbinə malik idi. Bu padşahın digər bir nigahlı qadını olmuşdur ki, adı Jahan xanım idi. Onun da şairliyi vardı. Deyirlər ki, bir gün Jahan xanım Şah İsmayıla bu şeiri ərz eləmişdir:
To padşahi-jahani, Jahan ze dəst mədeh

Ke padşahi-jahanra Jahan be kar ayəd.


Tərjüməsi:
Sən jahan padşahısan, jahanı əldən vermə,

Jahanın padşahına Jahan gərəkdir.


Həyat xanım bunu eşidən kimi bu beyti ərz elədi:
Tərki-qəmi-Jahan bekon, ta ze həyat bərxori,

Hər ki qəmi-jahan xorəd key ze həyat bər xorəd.


Tərjüməsi:
Jahan həsrətini tərk elə, ta ki həyatdan müstəfid olasan,

Jahanın dərdini çəkən həyatdan nə vəjhlə faydalanar?


Bəziləri deyirlər ki, Jahan bu misranı demişdir:
To padşahi-jahani, tora Jahan bayəd.

Sən jahan padşahısan, sənə Jahan lazımdır.


Həyat deyir:
Əgər həyat nəbaşəd Jahan çe kar ayəd ?

Həyat olmasa, Jahan nəyə lazımdır ?

Çoxları bu şeir deyişməsini Jahangir padşah ibn Jə­la­ləddin Məhəmməd Əkbər padşahın zövjələri olan Hə­ya­tünnisa Bəyim və Nurjahan təxəllüslü Mehrünnisa Bə­yimə aid edərlər. Bu fikirlər aşağıda açıqlanajaq.
HƏYATÜNNİSA BƏYİM
Həyatünnisa Bəyim Jahangir padşah ibn Jəlaləddin Məhəmməd Əkbər padşahın zövjəsidir. Bu qadın gözəl sahibi-təb və xoş söhbət olmuşdur. Zikr olunduğu kimi bu padşahın digər bir zövjəsi də olmuşdur ki, onun adı Meh­rünnisa Bəyim idi. O, Nurjahan təxəllüsü ilə tanınırdı və bu iki qadının hər ikisi istedadlı olduqları üçün onları bir-biri ilə qarışdırırdılar. Deyilənlərə görə, müəlliflərdən bə­zisi Jahangir padşahın beş zövjəsi olduğunu yazır və on­ların haqqında yazmaq fikrimiz olmadığından bildiririk ki, Jahangir şah javanlığında öz atasının hakimiyyəti za­manı Nurjahan Bəyimlə tanış olan zaman əlində iki gö­yərçin saxlayan şahzadə onları Nurjahana verib, özü gül dərməklə məşğul olur. Təsadüfən göyərçinlərdən biri onun əlindən uçur, şahzadə qayıdıb, bunu gördükdə on­dan quşlardan birini nejə olduğunu soruşur. Nurjahan deyir ki, uçdu. Şahzadə: - Nejə uçdu? – deyə soruş­duq­da Nurjahan o biri əlində olan quşu buraxıb, nejə uç­duğunu göstərdi. Bu hərəkət Jahangir şaha xoş təsir ba­ğışladı və Nurjahana məftun oldu. Bu qadın əvvəllər Əli­qulu xan adlı birinin zövjəsi idi. Sonra Jahangir şaha ərə getdi.
HÜBBİ QADIN
İstanbullu şairədir, ədəbiyyatda yüksək qabiliyyət sa­hi­bi idi. Sultan Səlim xan Saninin nədiməsi olmuşdur. Onun adı Aişə olduğu üçün «əyn» hərfində bəhs oluna­jaq.

XANZADƏ
Mir Yadigar Təbrizinin qızı olub, gözəl surəti və şairlik qabiliyyəti var idi. Bu beyt onun şeirlərindəndir:
Şəbi dər mənzili-ma mehman xahi şodən, ya nə,

Ənisi-xatiri-in natəvan xahi şodən, ya nə?


Tərjüməsi:
Bir gejə bizə mehman olmaq istərdin, ya yox,

Bu natəvanın könlünə həmdəm olmaq istərdin, ya yox?


XATUN
Böyük qadınlara Xatun deyirlər. Amma Misir padşahı Sultan Səlahəddin Əyyubinin sülaləsindən və nəslindən olan Al-Əyyubun xanədanından iki qadının adı olmuşdur ki, onlara sadəjə Xatun deyirdilər. Bunlardan biri Sultan Məlik Adil Seyfəddin Əbu Bəkr İbn Eyyubun anası, digəri isə Məlik Əşrəf Musanın /Məlik Adil Seyfəddinin oğlu/ qızıdır. Hər ikisi çox dövlətli olmuşlar. Dəməşqi-Şamdakı «Mədrəsəyi-Xatuniyyə» /xanımlar mədrəsəsi/ təsis edən Xatun isə Məlik Əşrəfin qızıdır. Sultan Məlik Adilin anası Xatun hijri 593-jü /1197/ ildə vəfat etmişdir. Məlik Əşrə­fin qızı Xatun isə hijri 694-jü / 1294/95/ ildə dünyasını də­yişmişdir. Amma Fındıqlıda /İstanbul/ vaqe olan «Məs­ji­di-Xatuniyyə» Əhməd paşa Ərəbin zövjəsi Pərizad xa­tunun binalarındandır ki, bu barədə «hədiqətül-jəvame» də yazılmışdır. Əhməd paşa Bəhriyyə əmirlərindən ol­muş­dur.


XAZƏNÜDDÖVLƏ VƏ YA GÜLBƏDƏN BAJI
Gülbədən bajı adlandırılan Xazənüddövlə /dövlətin xə­zi­nə­dari/ Fətəli şah Qajarın möhtərəm xanımlarından­dır. O, əvvəljə Fətəli şahın anasının xidmətçilərindən ol­muş­dur. O zaman ki, şahın anası rövzeyi-rizvana /behişt/ üz tutdu, həzrət Xaqan hərəmxana qadınlarına buyurdu ki, onlar özlərindən bir nəfəri seçsinlər ki, bütün hərəm­xananı idarə etsin və o şəxs bütün hərəmxanada sahibi-ixtiyar olsun. Gülbədən bajı seçildi və xəzinədar vəzifəsi ona verildi. Bu şeiri həmin məqamda demişdir:
Mötəbər dər məmaliki-İran

Qəbzi-sənduqdari-şahi-Jahan.


Tərjüməsi:
İran məmləkətində mötəbər olan

Jahan şahının xəzinədarıdır.


Xaqan Fətəli şahın göstərişi ilə Gülbədən bajıya Xa­zənüddövlə ləqəbi verilmiş və o, iki şahzadə dünyaya gə­tir­mişdir. Xaqanın hərəmxanasında külli-ixtiyar Xazə­nüd­dövlənin əlində olmuşdur.
XƏDİJƏ XANIM
Vəkil adı ilə məşhur olan Kərim xan Zəndin zəvjəsi idi və şəhid şah Ağaməhəmməd şah Qajarın bibisi kimi ta­­nınırdı. Bəziləri onu şəhid şahın xalası bilirdilər, hər halda bu qadını tarixdə böyük Qajarlar sülaləsinin nü­mayəndəsi kimi tanımağa əsas vardır.

Məlumdur ki, Kərim xan Zənd uzun illər ağjiyər xəs­təliyinə düçar olmuşdu, hijri 1193-jü ilin səfər ayında /1779, fevral/ bu mərəz şiddətlənən zaman Xədijə xanım Kərim xanın sarayında möhtərəm qadın idi və o, şəhid şaha xəbər göndərdi ki, vəkilin xəstəliyi şiddətlənmişdir və çox güman ki, öləjək. Mültəfit və hazır olsun. Mərhum şah bu zaman Şirazdan kənara çıxaraq, ova getmişdi. O, səfər ayının 13-də /1779, 3 mart/ şəhərə qayıdarkən, şəhər daravazalarını bağlı gördükdə başa düşdü ki, Kərim xan vəfat etmişdir. Bəziləri deyirlər ki, Xədijə xanım şəhid şahı /Ağaməhəmməd şah Qajarı – H.T./ Kərim xanın öldüyü barədə əvvəljədən xəbərdar etmişdi və Ağa Mə­həm­məd şah iki atlı ilə Tehrana çatıb, hakimiyyəti ələ ke­çirmişdi. Tarixi mənbələr bu barədə daha dürüst xəbər ve­rir.


XƏDİJEYİ-BİNTÜL-MƏLİK
Misirdə hakimiyyətdə olmuş türk sultanlarından Məlik-Əşrəf Şaban bin Hüseynin qızıdır. Qasim əl-Beştəkinin zövjəsi olmuşdur. İbn Həjər özünün «Ənba»sında ondan bəhs edərək yazır ki, bu qadın Məlik Əşrəfin bütün qız öv­ladlarından sonra vəfat etmişdir və çox ağıllı, bilikli, hüsn­də seçilən, işgüzalrlığı ilə şöhrət tapmış xatun idi.

Xədijə bintül Məlik h. 826-jı /1423/ ildə vəfat etmişdir.


XƏDİJEYİ-SƏLJUQİYYƏ
Səljuqilərdən Toğrul bəy Rüknüddövlənin qardaşı oğ­lu Davud ibn Mikayıl ibn Səljuqun qızıdır. Bu qadın Arslan xatun adı ilə məşhurdur. Hijri 448-ji /1057/ ildə Abbasi xəiləfələrindən Qaim Biəmrullaha nigah edilmişdir. Ədib, fəsih, Abbasilər arasında fəzilətləri ilə şöhrətli olan bir şəxsin belə bir jahilə ərə verilməsi, bu izdivaj hamının tə­əjjübünə səbəb oldu və böyük bir hadisə kimi dillərdə söy­lənildi. Hətta Səlahəddin Səfdi də bu haqda öz «Vafi­bil-vəfəyat» kitabında yazmışdır.

İFFƏT
Fətəli şah Xaqanın qızıdır. O, fars əyalətinin hakimi Hüseynəli Mirzənin və Xorasan valisi Həsənəli Mirzənin doğma bajısıdır. Nüjüm və heyət elmlərindən, müqəddimati-ərəbidən /qədim ərəb elmlərindən - H.T./ bəhrələnmiş, nəstəliq və şikəstə xətləri ilə aydın və dürüst yazırdı. Şeirlər deyirdi. Mövləvi «Məsnəvi»sinin çox hissəsini bilirdi, bəzən özü də məsnəvi tərzində beytlər nəzmə çəkirdi. Aşağıda onun seirlərindən bir neçə misra veririk:
Meyli-xatir mikeşəd taze bean,

Ta ze no arəm hadisi dər miyan.

Həst dər şəhri-məhəbbət tazeha,

Dər kitabi-dustiyi-şiraziha.

Qeyri eşqəm hiç dər təqrir nə,

Del ziyadi-eşq hərgiz sir nə.

Təşnəkanra nist ləzzət qeyri-ab,

Xəstəkanra nist rahət qeyri-xab.

Qərqə dər dərya nəxahəd jüz kənar,

Dər zemestan hər kəsi juyəd bəhar.

Hər kera başəd bəhari dər jəhan,

Eşq mibaşəd bəhari-aşeqan.


Tərjüməsi:
Yenidən xatirimdən keçir ki,

Onun haqqında yeni bir hədis bəzəyim.

Məhəbbət şəhərində yeni aşiqlər var,

Dostluq kitabında nizam-intizam.

Eşqimdən qeyri bəyanım yox,

Ürəyi eşqdən başqa heç nə doydurmur.

Susuzlar üçün sudan ləzzətli bir şey yox,

Xəstələr üçün yuxudan qeyri rahatlıq yox.

Dəryada boğulan sahilə jan atar,

Qışda hər kəs bahar arzular,

Jahanda hər kəsin baharı vardır,

Aşiqlərin baharı isə eşqdir.


İFFƏT, YA İFFƏTİ
Bəziləri bu qadının Səmərqənd əhli olduğunu yazırlar, bəziləri də onun əsfərainli (35) olduğunu deyirlər. Hər halda onun həddindən artıq tərkidünya, namuslu, inamlı, ibadətə sadiq bir qadın olduğu məlum idi. Bu iki bənd şeir onun düşünjələrindəndir:
Qaməti-sərv ke dər ab nəmudar şode

Kərde dəva be qəddi-yar niku nəsar şode

Məst budəm be meyi-qəflət-o saqi dişəb

Do-se jam mey əta kərde və huşyar şodəm


Tərjüməsi:
Sərv öz qaməti ilə suda görünərək,

Yarın qaməti ilə bəhsə girdi.

Dün gejə saqinin qəflət meyindən məst idim,

Mənə iki-üç jam mey verib huşyar etdi.


İFFƏTÜSSƏLTƏNƏ
Əlahəzrət möhtərəm şahənşahi-jəmjah xosrovi-sa­hib­qiran Nəsrəddin şahın xanımlarındandır və Şahzadə Zilli Sultan Məsud Mirzənin anasıdır. Şöhrətinin sədası Şərq və Qərb aləminə çatmışdır. Məsud Mirzə şahın İf­fətüs­səltənə xanımla izdivajından dünyaya gəlmişdir.
İSLAM AĞA
Əmir Xizir Meysurinin qızı İslam ağa Əmir Hüseynin zövjəsi olmuşdur. Əmir Hüseyn öldürüldükdən sonra Əmir Teymur onunla evlənmişdir.
İSMƏT
Mərhum Xaqan Fətəli şah Qajarın qızı, mərhum Döv­lət şah kimi məşhur olan Şahzadə Məhəmməd Əlimir­zənin doğma bajısıdır. O, nəsx xətti ilə yazmaqda mahir idi, bu xətlə köçürdüyü Quran son dərəjə gözəldir. Bəzən gözəl təbi ilə şeirlər yazırdı, o jümlədən şahzadələrdən birinin vəfatı ilə əlaqədar yazdığı mərsiyə çox təsirlidir və aşağıda dərj edilir:
Çe kərdi to, ey asimani-sitəmgər,

Ke yekdəm neyasai əz kinra dan.

Nədari jüz əz zülmi-mayeyi-bəd key,

Nədari jüz əz kineyi-to şah dər ənban.

Nəxahi ke, mahi betabəd beçərxi,

Nəxahi ke, mehri foruzəd be eyvan.

Bəsi həsrət əz to bedelhayi-xəstə,

Bəsi qəm ze to dər deli-natəvanan,

Bovəd javidan janət çun mən be muyə,

Rəvanət çu mən bad daim dər əfqan.


Tərjüməsi:
Sən nə etdin, ey zülmkar göylər,

Etiraf et ki, bir an kinini azaltmırsan.

Zülmdən qeyri heç nə vermirsən,

Sənin kindən başqa heç nəyin yoxdur.

İstəmirsən ki, ay bir ay fırlansın,

İsətmirsən ki, günəş işıq saçsın.

Xəstə ürəklərə verdiyin həsrət yetər,

Kədərli ürəklərə verdiyin qəm yetər.

Mənim hıçqırıqlarımda sən əbədisən,

Sənin ruhun mənim həyatım kimi fəryad edəjək.


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin