Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə84/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   80   81   82   83   84   85   86   87   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Birinci Rusiya-I
ran müharibəsi. 1804-cü ilin 
mayında Iran rus qoşunlarının Cənubi Qafqazdan 
çıxarılmasını tələb etdi. Rusiya bu tələbi rədd etdi. 1804-
cü il iyunun 10-da iki dövlət arasında diplomatik 
münasibətlər kəsildi və müharibə başlandı. 
Iran tərəfinin planına görə qoşunlar iki istiqamətdə: 
Irəvan-Qazax və Şuşa-Gəncə üzərinə hücum edərək 
Tiflisi 
tutmalı, 
sonra 
şimal-şərqi 
Qafqazda 
möhkəmlənməli, Şimali Qafqazı Qızılyar xəttinə kimi 
ruslardan təmizləməli idi. Rusiya komandanlığı üçün ön 
planda Azərbaycan xanlıqlarının ələ keçirilməsi dururdu. 
Rus komandanlığının əmri altında olan qoşunların sayca 
az olması səbəbindən Irana qarşı ayrıca bir əməliyyat 
aparmaq nəzərdə tutulmurdu. Başlıca diqqət Iran 
qoşunları hərəkətinin qarşısının alınmasına yönəlmişdi.
Kürəkçay müqaviləsi. Gəncə xanlığı işğal edilən 
kimi Sisianov Qarabağ xanlığına təzyiqi gücləndirdi. O, 
mayor Lisaneviçi Gəncədən birbaşa Ibrahim xanın 
yanına göndərib, Rusiya tabeliyinə keçməyi təklif etdi. Bu 
zaman Qarabağda iranpərəst və ruspərəst qüvvələr 
arasında mübarizə getdiyindən vəziyyət olduqca 
mürəkkəb idi. Son anda Qarabağda ruslara rəğbət 
bəsləyən Məhəmmədhəsən ağanın dəstəsi üstün gəldi. 
Irəvandan döndükdən sonra Fətəli şah Qarabağ xanlığını 
ələ keçirməyi qarşıya məqsəd qoydu. Gəncə tutulduqdan 
sonra ruslar 
üçün artıq Qarabağa yol açıq idi. Şah öz 
sarayında əmanət olan Əbülfət ağanı 5 minlik qoşunla 
atasına yardım və kömək adı ilə Qarabağa göndərdi. 
Tapşırdı ki, Məhəmmədhəsən ağanı və Irana qarşı olan 
bir neçə Qarabağ bəylərini şahın hüzuruna göndərsin. 
Ibrah
im xan şahın yardımını qəbul etməyib, oğlu Əbülfət 
ağaya ağır cavab göndərdi, Qarabağ torpağına girməyi 
ona qadağan etdi. Ancaq oğlu buna məhəl qoymadı. 
Dizaq mahalının Tuğ kəndində olan Ibrahim xan və 


221 
Məhəmmədhəsən ağa şah qoşununu burada qarşılayıb 
məğlub etdilər. Qoşunun bütün at və heyvanı ələ keçirildi, 
sərbazlardan çoxu öldürüldü, bir çoxu əsir düşdü. 
Fətəli şahın tabe olmaq haqqında yeni fərmanını 
cavabsız buraxan Ibrahim xan Tiflisə elçi göndərib 
Sisianovdan yardım istədi. Mayor Lisaneviç rus əsgəri 
bölüyü ilə Qarabağa göndərildi. 
1805-
ci ilin yazında Sisianov iranlıları qabaqlayıb 
Azərbaycan xanlıqlarını tabe etmək üçün Gəncəyə gəldi. 
Buradan Ibrahim xana məktub yazıb, Rusiya ya Iran 
dövlətlərindən hansına tərəf olduğunu açıq bildirməyi 
tələb etdi.
Sisianov Gəncənin yaxınlığında Kürək çayı 
üzərində düşərgə salmışdı. Ibrahim xan oğulları 
Məhəmmədhəsən ağa, Mehdiqulu ağa, Xanlar ağa və 
Qarabağın başqa əyanları ilə birlikdə buraya gəldi. Adam 
göndərib kürəkəni, Şəki hakimi Səlim xanı da əyanları ilə 
bu
raya çağırdı. Sonra müqavilə bağlandı: xanlar «Andlı 
öhdəlik» adlanan müqaviləyə möhürlərini basdılar, 
Sisianov isə qol qoydu. 1805-ci il 14 may Kürəkçay 
andlaşması 11 maddədən ibarət idi. Qarabağ xanı 
Rusiya çarının vassalı olmağa razılığını verir, müstəqil 
xarici siyasət hüququndan çarın xeyrinə imtina edir, çar 
xəzinəsinə ildə 8000 çervon bac verməyi öhdəsinə 
götürürdü. Rusiya dövləti də üzərinə müəyyən təəhhüdlər 
götürür, daxili idarəetmə ilə bağlı hakimiyyət işlərinin 
xanın öhdəsində qalacağına söz verirdi.
Şəki xanlığı, əslində Qarabağ xanlığı ilə bir gündə 
Kürəkçay görüşlərində tabe edildi. Ancaq siyasət 
işlədərək Şəki xanlığı haqqında andlaşmanın tarixi bir 
həftə sonraya çəkildi: 21 may 1805-ci il. Hər iki andlaşma 
bir-
birinə bənzəyirdi. Şərtləri də eyni idi. Səlim xan da bir 
gündə rus ordusunun general-leytenantı oldu, çara baş 
komandanın vasitəçiliyi ilə ərizə yazıldı. Şəki xanlığına da 


222 
500 rus əsgəri göndərildi. Memarlıq incisi olan Şəki xan 
sarayı kazarmaya çevrildi. Şəki xanlığı üzərinə qoyulan 
bac 7000 çervon idi. 
Sisianov 1806-
cı ilin yanvarında Bakıya yetişdi. 
Xəzərdə indiyə kimi uğursuz vurnuxan Zavalişin 
donanması da yenidən buraya gəlib Sisianovun əmrinə 
keçdi. Yubanmadan Bakının verilməsi barədə müqavilə 
şərtləri Hüseynqulu xana göndərildi. Bu layihədə çox ağır 
şərtlər irəli sürülürdü: Bakının bütün gəliri Rusiya 
xəzinəsinə verilməli, xan yalnız Rusiyanın onun üçün 
ayırdığı aylıqla keçinməli, Bakı şəhəri rusların yaratdığı 
ayrıca idarə altına keçməli, qalada 1000-ə yaxın rus 
əsgəri və topları yerləşdirilməli idi. Hüseynqulu xan 
şərtləri qəbul edəcəyini bildirdi. 
Görüş qoşa qala qapısı yaxınlığında, fevralın 8-də 
oldu. Qala açarları Sisianova verilərkən o, xanın xalası 
oğlu Ibrahim bəyin tapança atəşi ilə öldürüldü. Rus 
qoşunları quru yolla qayıtmaqdan çəkindilər. Gəmilərə 
oturub Hacı Tərxana (Həştərxana) getdilər. Ancaq onun 
öldürülməsi Bakının tutulmasını yalnız geriyə çəkdi. Iyun 
ayında isə general-feldmarşal I.V.Qudoviç Qafqaza baş 
komandan göndərildi. Bu zaman Rusiya-Iran savaşı yeni 
bir 
mərhələyə daxil oldu. 
1806-
cı ilin yazında Abbas Mirzə 20 minlik qoşunla 
yenidən Qarabağ xanlığına soxuldu. Qızılbaş qoşunu 
Şuşa qalasının iki ağaclığına çatmışdı. Bu zaman 
Qarabağ xanlığında siyasi durum çox gərgin idi. 
Hakimiyyət uğrunda iki qüvvə – xanın oğlu Mehdiqulu 
ağanı və polkovnik Cəfərqulu ağanı (xanın nəvəsi, 
Məhəmmədhəsən ağanın oğlu) xanlığa çıxarmaq 
istəyənlər kəskin müxalifətə girmişdilər.
Bu zaman Ibrahim xan ailəsini Xanbağındakı 
evindən qalanın iki verstliyinə köçürdü. Bundan istifadə 
ed
ən düşmənləri mayora xanın xəyanət etdiyini 


223 
söylədilər. Xanın təkcə taxtına deyil, varına da göz 
dikənlər çox idi. Lisaneviç fürsətdən istifadə edərək 200 
rus əsgəri ilə xanın evi üstünə gəldi. Ibrahim xan özü, 
Şəkili Səlim xanın bacısı və xanın arvadı, xanın qızı 
Nəcibə, on üç yaşlı oğlu, 17 nəfər bəy və bəyzadə, mirzə 
və nökər qətlə yetirildilər. 
Lisaneviç heç bir şey olmayıbmış kimi tezdən qala 
xalqını dövlət divanxanası qarşısına yığıb, Mehdiqulu 
ağanı xanlığa çıxardı.
Iyulun 15-
də Honaşen yanında 7 saat sürən böyük 
döyüşdən sonra İran qoşunu çoxlu itki verib məğlub oldu. 
Abbas Mirzə qoşunla o taya qaçdı.
Döyüşdən 
sonra 
Mehdiqulu 
xan 
atasının 
öldürülməsində, evinin qarət edilməsində Lisaneviçi 
təqsirləndirərək onun buradan uzaqlaşdırılmasını tələb 
etdi 
və buna nail oldu.
Qarabağ əyaləti ilə yanaşı Iran ordusu daha iki 
istiqamətdə hərəkət edirdi. ikinci bir qoşun birləşməsi Mil 
düzündən keçərək Şirvan və Şəki bölgələrini, üçüncüsü 
isə Bakı, Quba və Dərbəndi ələ keçirməli idi. Üçüncü 
savaş istiqaməti Iran üçün çox gərəkli sayılırdı.
Ruslar ciddi bir müqavimətlə qarşılaşmadan 1806-
cı il iyunun 22-də Dərbəndi ələ keçirdilər. Bakının Iran 
qoşunları tərəfindən tutulmasına yol verməmək üçün rus 
birləşməsi Dərbənddən buraya yola düşdü. General 
Qlazenapı əvəz edən general Bulqakov Quba məsələsini 
sonraya saxladı. Hüseynqulu xanın Irana qaçması 1806-
cı ilin sentyabrında Bakının da müqavimətsiz ələ keçməsi 
ilə qurtardı. Bulqakov buradan Qubaya döndü. Şeyxəli 
xanın dağlara qaçması üzündən buranı da döyüşsüz alıb 
Ru
siyaya qatdı. 
Şuşada yeznəsi Ibrahim xan və bacısı Tubu 
xanımın başına gətirilən müsibətdən sonra Şəki hakimi 
Səlim xan xalqı üsyana qaldırıb rus qoşununu buradan 


224 
qovdu. Ancaq Dərbənd, Bakı və Qubanın tutulmasından 
sonra üstünlük bütünlüklə ruslarda idi. Oktyabrın 22-də 
Şəkiyə göndərilən çar qoşunu Səlim xanın bölüklərini 
əzib uğur qazandı. Səlim xan da Irana qaçdı. Çar qoşunu 
buradan üsyan etmiş Car-Balakənlilərin də üsyanı 
yatırıldı. 
Şah hökuməti Qarabağdan fərqli olaraq, bu 
bölgələrdə çar qoşunları ilə gedən mübarizəyə azacıq da 
olsa qatıla bilmədi. Iran qoşunları yalnız Ağsuya kimi 
irəliləyə bildi. Şirvan hakimi Mustafa xan onlara qatılıb 
yardım etməkdən boyun qaçırdı. 
1806-
cı 
il 
döyüşləri 
nəticəsində 
Şimali 
Azərbaycanın başlıca bölgələri rus qoşunlarının əlinə 
keçdi.
Yerlərdə xalqın müqavimət hərəkatı ilə bağlı 
olaraq çar Rusiyası ilkin idarəçilik tədbirləri həyata 
keçirməyə başladı. Qarabağ xanlığı kimi Şəki xanlığı da 
ləğv edilmədi. Amma burada Səlim xanın hakimliyi ləğv 
edildi. Onun yerinə Rusiyaya sədaqət göstərən Xoylu 
Cəfərqulu xan qoyuldu. Bakı xanlığı ləğv edilərək birbaşa 
Rusiyaya tabe edildi.
1808-
ci ilin oktyabrın sonunda Naxçıvan ruslar 
tərəfindən tutuldu. Lakin Irəvanın mühasirəsi uğursuz 
oldu, ruslar Naxçıvanı da tərk etməli oldular. Uğursuz 
1808-
ci il döyüşlərindən sonra Qudoviç istefaya çıxdı, 
yerinə general Tormasov baş komandan təyin olundu. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin