Sual 3.
Azərbaycan XIX əsrin birinci yarısında
Şimali
Azərbaycanın
Rusiya
tərəfindən
işğalının başlanması. XVIII - XIX əsrin hüdudlarında
Azərbaycanın daxili və beynəlxalq vəziyyəti çox
mürəkkəb idi. Azərbaycan ərazisi xırda feodal
dövlətlərinə parçalanmışdı. Qonşu xanlığın ərazilərini ələ
keçirmək uğrunda xanlar arasında ardı-arası kəsilməyən
ara müharibələri, feodallarla ölkə əhalisinin böyük
əksəriyyətini təşkil edən kəndlilər arasında ziddiyyətlərin
güclənməsi, iqtisadi tənəzzül Azərbaycanın daxili
vəziyyəti üçün səciyyəvi hal idi. Rusiyanın Cənubi Qafqaz
barəsində işğalçı niyyətləri, Iran işğalçılarının viranedici
yürüşləri vəziyyəti daha da gərginləşdirirdi.
Zaqafqaziyanın siyasi və hərbi-strateji əhəmiyyəti
xüsusilə böyük idi. Bu diyarın işğalı ənənəvi rus-türk
rəqabətində qüvvələr nisbətini Rusiyanın xeyrinə həll edə
bilərdi. Rusiya Mərkəzi Qafqazı hələ fəth edə bilməmişdi.
Cənubi Qafqazın istilası dağlıların ərazilərini şimaldan və
cənubdan mühasirəyə almaqdan ötrü əlverişli şərait
yarada bilərdi. Nəhayət, rus-ingilis rəqabəti Cənubi
Qafqazın, o cümlədən Azərbaycanın əhəmiyyətini
artırırdı. Rusiyanın bu yerləri işğal etməsi Böyük
216
Britaniyanın Şərqdə təsirinə, Ost-Hind kompaniyasının
inhisarına ağır zərbə endirə bilərdi.
Qərbi Avropa dövlətlərinin də, xüsusən Ingiltərə və
Fransanın Cənubi Qafqaz barədə işğalçı planları var idi.
Onlar Rusiyanın bu ərazidə fəal hərəkətlərini diqqətlə
izləyir və çarizmin planlarına mane olmağa çalışırdılar.
1800-
cü ilin sonunda Ingiltərə nümayəndəsi
Malkolm Irana gəldi və 1801-ci ilin əvvəlində bu dövlətlə
müqavilə bağladı. Siyasi və ticarət müqavilələrini
bağlamaqla Ingiltərə Iranın daxili işlərinə qarışmaq
imkanı əldə etdi. Ingiltərə hər hansı dövlətin Iran üzərinə
hücum edəcəyi təqdirdə şaha lazımi qədər xidmət heyəti
ilə birlikdə tələb olunan miqdarda hərbi xərc verməyi öz
üzərinə götürürdü.
1801-
ci il sentyabrın 12-də Kartli-Kaxetiya
çarlığının Rusiyaya birləşdirilməsi haqqında çar manifesti
elan olundu. Rus qoşunları baş komandanı və mülki
hakim tərəfindən idarə olunan Tiflis quberniyası yaradıldı.
Azərbaycan ərazisinin də bir hissəsi – Kartli-Kaxetiya
çarlığının vassal asılılığında olan və onunla birlikdə
Rusiyaya birləşdirilmiş Qazax, Borçalı, Şəmşəddil
sultanlıqları bu quberniyanın tərkibinə daxil edildi.
Deməli, Gürcüstanın Rusiyaya birləşdirilməsi ilə
Azərbaycan torpaqlarının Rusiya tərəfindən istilasının
başlanğıcı qoyuldu.
I Aleksandr bəzi xanların artıq Rusiya himayəsini
qəbul etməyə məcbur olması ilə kifayətlənməmək qərara
aldı. O, digər xanlıqları da, ilk növbədə Azərbaycanın
Xəzəryanı vilayətlərini ələ keçirməyə çalışırdı. General
Knorrinqin təşəbbüsü ilə 1802-ci ilin sentyabr-dekabr
aylarında Şimali Qafqazda, Georgiyevsk şəhərində siyasi
və ticarət məsələləri üzrə danışıqlar üçün çar
komandanlığının Şimali Azərbaycan xanlarının və
Qafqazın digər hakimlərinin nümayəndələri ilə görüşünü
217
keçirildi. Danışıqlarda Tarku şamxalı, Qara Qaytaq
usmisi, Tabasaran hakimi və d. dağlı hakimlərin
nümayəndələri ilə yanaşı, iki Azərbaycan xanlığının –
Quba və Talış xanlıqlarının nümayəndələri də iştirak
edirdilər. Digər xanlıqların nümayəndələri görüşdə iştirak
etmirdi.
İranın
mane
olmasına
baxmayaraq,
Georgiyevskdə dörd ay davam edən danışıqlar
müvəffəqiyyətlə başa çatdı və 1802-ci il dekabrın 26-da
müqavilə imzalandı. Müqaviləyə görə, onu imzalayanlar
Iran hücum edəcəyi təqdirdə ona qarşı çıxmağı öz
öhdələrinə
götürürdülər.
Müqavilə
Zaqafqaziyada
ticarətin genişləndirilməsini, Xəzər dənizində gəmiçiliyin
inkişaf etdirilməsini və s. nəzərdə tuturdu. Müqavilədə
deyilirdi ki, onu imzalayanlar «onların öz xahişlərinə
görə…Rusiya…himayəsinə» qəbul olunurlar.
Georgiyevsk müqaviləsi bağlandıqdan sonra çar
hökuməti həmin müqaviləyə etinasız yanaşaraq
Azərbaycan xanlıqlarının ərazilərini zəbt etmək üçün
hazırlaşmağa başladı.
Şimali Azərbaycanın çar Rusiyası tərəfindən
istilası kimi mürəkkəb və ziddiyyətli prosesin öz
xüsusiyyətləri vardır.
Rusiyanın Azərbaycanı işğalı prosesində qədim
gürcü
zadəgan
nəslindən
çıxmış,
1802-ci
ilin
sentyabrında Qafqazın baş komandanı təyin edilən
general P.D.Sisianov Cənubi Qafqazda Rusiyanın
müstəmləkə siyasətinin icraçısı oldu. Çar hökuməti
Cənubi Qafqazdakı bütün mülki-hərbi hakimiyyəti
qafqazlı Sisianova həvalə edərək, onun vasitəsilə
Qafqazı sakitləşdirməyə ümid bəsləyirdi. Sisianov isə
Azərbaycan xalqına özünün nifrəti və amansız
münasibəti
ilə
fərqlənirdi.
Azərbaycanın
Rusiya
tərəfindən işğalının gedişində onun bir çox Azərbaycan
218
xanlarına göndərdiyi alçaldıcı məktublar buna dəlalət
edir.
Rus qoşunları 5 minlik gürcü qoşunu ilə birlikdə
Car-
Balakəndə yerli əhalinin müqaviməti ilə rastlaşdı.
Gürcüstanda antirus, iranpərəst dairələrə başçılıq edən
və öz hakimiyyətinin bərpasına çalışan gürcü şahzadəsi
Aleksandr isə silahlı dəstəsi ilə Cara gəldi. Qanıq
(Alazan) çayı sahilində döyüş baş verdi. Müqaviməti
qırdıqdan sonra general Qulyakov heç bir hərbi ehtiyac
olmadan Bal
akəni yandırdı. Martın 29-da Car fəth olundu.
1803-
cü il aprelin 12-də Car-Balakənin camaatının
Rusiyanın hakimiyyəti altına alınması barədə saziş - andlı
öhdəlik bağlandı.
Lakin camaatın daxili idarəsinin dəyişməz olaraq
qaldığını və əhalinin itaət şərtlərini yerinə yetirmədiyini
görən general Qulyakov 1804-cü ilin yanvarında yenidən
Cara soxuldu. Car yenidən fəth olundu və yandırıldı.
Sonra rus qoşunları Zaqatalaya doğru yeridilər və
Zaqatala yaxınlığındakı dərədə carlılar tərəfindən
hücuma məruz qaldılar. Qanlı döyüşdə carlılar üstünlük
qazanıb qələbə çaldılar. Rus qoşunlarının salamat qalmış
hissəsi Muxax kəndinə geri çəkildi, general Qulyakov isə
öldürüldü.
1803-
cü ilin martında müqavimət göstərmiş
adamların əfv olunması barədə carlıların xahişini rədd
etmiş Sisianovun şəxsi hərəkəti Carda baş vermiş
hadisələrdə az rol oynamadı. O, nəinki əfv etmədi, əksinə
öz
məktubunda
alçaldıcı
şəkildə
yazdı:
«kafir
əclaflar…İstəyirsiniz ki, mən sizə inanım və əfv edim. Siz
mənim gəlməyimi gözləyəcəksiniz və onda mən sizin
bütün evlərinizi yandıracağam, sizi yandıracağam,
uşaqlarınızın
və
arvadlarınızın
içalatını
dartıb
çıxaracağam».
219
Carlılar yenidən hücuma keçmiş rus qoşunlarına
müqavimət
göstərməyi
davam
etdirməyin
qeyri-
mümkünlüyünü və faydasızlığını görərək təslim oldular.
Car-
Balakən camaatının fəthindən sonra qonşu
Ilisu sultanlığı da Rusiya təbəəliyini qəbul etməli oldu.
Sultanlıqda 40-cı illərin ortalarınadək sultan öz
torpaqlarının daxili idarəsində hakimiyyətini qoruyub
saxlamışdı.
General
Sisianov
Gəncə
xanlığının
ələ
keçirilməsinə böyük əhəmiyyət verirdi. Çünki Gəncə
qalası rus qoşunlarının Azərbaycanın içərilərinə doğru
sonrakı irəliləyişinin açarı idi. Gəncə xanlığı XVIII əsrin
90-
cı illərindən rus dövləti ilə səmimi diplomatik
münasibətlər saxlayırdı. Xanlığın hökmdarı Cavad xan
Sisianovun Rusiya himayəsini qəbul etmək təklifinə rədd
cavabı vermədi. O yazırdı ki, 1796-cı ildə «sənin
padşahın fərman göndərdi və mən də onun təklifini qəbul
edib qalanı təhvil verdim. Əgər indi də sənin padşahın
belə fərman göndəribsə, onu mənə göstər. Onda mən
onun iradəsini görərək buna uyğun hərəkət edərəm».
General isə məktublarında özünəməxsus yekəxanalıq və
etnasızlıqla Cavad xanı özündən uzaqlaşdırdı, bu da
qanlı döyüşlərə gətirib çıxardı.
R
us qoşunları Gəncəni mühasirəyə aldılar.
Mühasirə bir ay davam etdi. 1804-cü il yanvarın 2-dən 3-
nə keçən gecə rus qoşunları qalaya hücuma başladılar.
Onların iki cəhdi dəf olundu. Qalanın müdafiəçiləri inadla
müqavimət göstərdilər. Cavad xan və oğlu Hüseynqulu
ağa döyüşlərdə qəhrəmancasına həlak oldular. Gəncə
xanlığı ləğv olundu və dairəyə çevrildi, şəhər isə öz
qədim adını itirdi və I Aleksandrın arvadının şərəfinə
Yelizavetpol adlandırıldı. «Gəncə» adını çəkmək
qadağan olundu. Bu qaydanı pozanlar cərimə edilirdilər.
|