Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə91/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   87   88   89   90   91   92   93   94   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Talış üsyanı. Bir neçə aydan sonra Azərbaycanın 
cənubunda – Talış əyalətində üsyan baş qaldırdı. Bu 
əyalətdə kəndlilərin əksəriyyətini – 72,6%-ni dövlət 
kəndliləri təşkil edirdi. Dağ mahallarında torpaqların 
çatışmazlığı, vergi yığanların zülmü və özbaşınalığı ilə 
daha da dərinləşən vergi və mükəlləfiyyətlərin ağırlığı 
kəndliləri əzab və ehtiyaclara məhkum edirdi. Sahibkar 
kəndliləri də ağır istismara məruz qalırdılar. Faktiki olaraq 
1824-
cü ildən xanlığı idarə edən mayor Ilyinski ona 
verilmiş hakimiyyətdən açıq və kobud şəkildə istifadə 
edərək, rüşvət toplamaqla məşğul olurdu. Onun əmrinə 
əsasən xanlığın 14 sakini istintaqsız və məhkəməsiz 
Xəzər dənizində batırılmışdı. Xanlıq ləğv edildikdən və 
Rusiya-
Iran müharibəsi qurtardıqdan sonra komendant 
Talışa öz mülkü kimi baxmağa başladı. Onun 
sərəncamına əsasən vergilər ikiqat həcmdə toplanırdı.
1826-1828-
ci 
illər 
Rusiya-Iran 
müharibəsi 
dövründə xan bir çox bəylərlə birlikdə Irana qaçdı. 1831-
ci il martın əvvəllərində Mir Həsən xan 30 silahlı atlı ilə 
Astara çayını keçərək Lənkəran tərəfə hərəkət etdi. 
Xanın gəlməsi xəbəri kəndli üsyanının başlanması üçün 
siqnal oldu. Talış əyalətinin 8 mahalından 5-i 
həyəcanlarla əhatə olunmuşdu.


236 
1831-
ci il martın 10-da üsyançılar Lənkərana 
yaxınlaşdılar və şəhəri qurudan qismən mühasirəyə 
aldılar. Üsyançılara qarşı mübarizə məqsədilə yerli 
əhalidən təşkil edilib Ərçivan kəndində yerləşdirilmiş 
süvari dəstə bütün heyəti ilə onların tərəfinə keçdi və 
qiyamçı xanın oğlu Abdulla bəyə qoşuldu. Çar qoşunları 
mar
tın 20-də Abdulla bəyin dəstəsinə hücum etdi. Qısa 
müddət davam edən döyüşdə üsyançılar pərən-pərən 
salındı. Lənkəran qarnizonunun böyük hissəsinin şəhəri 
tərk etməsindən istifadə edən Mir Həsən xan martın 27-
də Lənkərana lap yaxınlaşdı və gecə şəhərin ucqar 
hissəsinə daxil ola bildi. Lakin artıq martın 30-da hökumət 
dəstələri Lənkərana köməyə çatdılar və üsyançılar 
yaxınlıqdakı meşəyə çəkildilər. Martın 31-də ümumi sayı 
500 nəfərdən ibarət olub, 2 topa malik olan nizami qoşun 
dəstələri üsyançılara hücum edərək onları pərən-pərən 
saldı, xanın Lənkəranı mühasirəyə almaq cəhdi pozuldu. 
Xana kömək edən Alar və Drıq mahallarının 
naibləri hökumətlə gizli danışıqlara girərək çarizmin 
tərəfinə keçdilər. Aprelin 29-da qoşun Əmburandan xanın 
sonuncu dayaq məntəqəsi olan Drıq mahalına hərəkət 
etdi. Mahal heç bir müqavimətsiz ələ keçirildi. Meşələrdə 
gizlənən xanın kiçik dəstəsinə həmin vaxt tüğyan edən 
vəba xəstəliyi böyük zərbə vurdu. Basovun kazak dəstəsi 
tərəfindən təqib edilən Mir Həsən xan mayın əvvəlində 
Lənkərana, sonra Astaraya qaçdı. Mayın 7-də xanın 
cəmisi 20 nəfərdən ibarət olan dəstəsi cənub sərhədini 
keçərək Irana döndü. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin