Азярбайжан республикасы дахили ишляр назирлийи


İri kapitalist neft sənayesinin inkişafı. Başqa



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə99/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   95   96   97   98   99   100   101   102   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

İri kapitalist neft sənayesinin inkişafı. Başqa 
sənaye sahələri. Islahatdan sonra sənayenin inkişafı ilə 
əlaqədar olaraq Rusiyada kapitalizm qəti təşəkkül tapdı. 
Bu, öz növbəsində ucqarları dünya kapitalist əmtəə 
tədavülünə cəlb etdi. Ümumrusiya bazarlarının təsiri 
altında Azərbaycanda neft, dağ-mədən və emaledici 
sənayenin bir sıra sahələri yaranır və inkişaf edirdi.
Ölkənin təbii sərvətləri içərisində birinci yeri neft 
tuturdu. Lakin, müqatiə (iltizam) sisteminin tətbiqi neft 
sənayesinin inkişafına mane olurdu. 1859-cu ildən 
etibarən Bakıda ağ neft zavodları tikilməyə başlandı 
60-
cı illərdən başlayaraq, neftdən Rusiyada yanacaq 
kimi istifadə edilməsi onun inkişafına bir daha təkan 
verdi. 1871-
ci ildə buruq üsulu ilə qazılan ilk quyu neft 
verdi. 
XIX əsrin 70-ci illərində Bakıda 47 kiçik ağ neft 
zavodu var idi. 1869-
cu ildə neft çıxarılmasında muzdlu
əməyin tətbiqinə başlandı. Nəticədə neft sənayesinin 
kapitalistcəsinə qurulması genişləndi. 1872-ci ildə iltizam 
sistemi ləğv edildi. Torpaqlar müzaidə (hərraca 
qoyulmaq) yolu ilə sərbəst surətdə satılmağa başlandı. 
Neft istehsalı ilə məşğul olan şirkətlərin sayı artırdı. 
1873-
cü ildə 12, 1899-cu ildə 140 neft şirkəti var idi. 70-ci 
illərə qədər neft istehsalında əsas yeri kapitalistlər 
tuturdu.
Milli 
burjuaziyanın 
yaranması 
Azərbaycanda 
kapitalist münasibətlərinin təşəkkülü və inkişafının 


257 
məhsuludur. Milli burjuaziyanın dünya neft sənayesinin 
fövqündə dayanan Bakı neft sənayesində özünəməxsus 
yeri vardır. Belə ki, XIX əsrin sonunda Bakı neft 
rayonunda 
olan 
167 
neft 
müəssisəsinin 
49-u 
azərbaycanlılara məxsus idi. Illik neft istehsalı 100 min 
pud olan müəssisə-lərdə azərbaycanlıların payı 33, 34, 
100-
500 min pud olan müəssisələrdə 48,7 faiz, 500 min – 
1 mln. pud olan müəssisələrdə isə 12,5 faiz idi. Mili 
burjuaziyanın iri neft istehsalı ilə məşğul ola bilməməsinin 
əsas səbəbi bu sahənin daha böyük miqdarda kapital 
tələb etmək şərti ilə izah edilir. Azərbaycanlı kapitalistlərin 
isə belə imkanları yox idi. 
XX əsrin əvvəllərində milli burjuaziyanın mövqeyi 
xeyli möhkəmləndi. Onlar arasında H.Z.Tağıyev, 
Ş.Əsədullayev, M.Nağıyev, I.Hacınski, L.Manafov, 
M.Muxtarov və digərlərini göstərmək olar. H.Z.Tağıyevin 
mədənlərindən 1873-cü ildən 1896-cı ilə kimi 32,8 min. 
pud neft çıxarılmışdı. XX əsrin əvvəllərində onun 
mülkiyyətinin dəyəri 16 mln. manata bərabər idi. 
XIX əsrin sonunda milli burjuaziyanın payı neftayıran 
müəssisələr içərisində daha yüksək idi. XIX əsrin 70-ci 
illərində 46 belə müəssisədən 25-i azərbaycanlılar 
məxsus olmuşdusa, 1893-cü ildə 100 belə müəssisədən 
41-
i azərbaycanlıların idi. XIX əsrin sonunda kerosin 
z
avod sahibkarlarının xeyli hissəsini azərbaycanlılar təşkil 
edirdi.
XIX sərin son rübünə yaxın fransız, alman və ingilis 
kapitalı Bakı neft sənayesinə qüvvətli nüfuz etdi. Çar
Rusiyası neft istehsalını artırmaq məqsədilə xarici 
kapitala hər cür şərait yaradırdı. 
1879-
cu ildə Nobel qardaşları Bakıda “Nobel 
qardaşları birliyi” adlı səhmdar şirkəti yaradırlar. 80-cı 
illərdə fransız kapitalı Bakı neftinə nüfuz etməyə başladı. 
1895-1898-
ci illərdə Bakıda neft rayonunda 6 ingilis 


258 
şirkəti fəaliyyət göstərirdi. ABŞ Bakı neftinə can atsa da, 
müvəffəqiyyət qazana bilmədi. 
Azərbaycan neftinə iri kapitalın qoyulması texniki 
çevrilişə 
səbəb 
oldu. 
70-ci 
illərdən 
quyuların 
qazılmasında zərbə üsulundan istifadə edilməyə başladı. 
Buruq üsulu ilə qazılan quyuların sayı 1873-cü ildə 9, 
1889-
cu ildə 251, 1900-cu ildə 1710 idi. 1873-cü ildən 
başlayaraq əl əməyi buxar mühərrikləri ilə əvəz edildi. 
Neftin anbar və zavodlara toplanmasında boru 
kəmərlərdən istifadə edilməyə başlandı. 1896-cı ildə 228 
km. uzunluğunda 26 boru kəməri çəkilmişdi. 
Neft istehsalının artması ilə neft emal edən sənaye 
də inkişaf edirdi. Nəticədə 1879-cu ildə Qara şəhər zavod 
rayonu, sonra isə Ağ şəhər zavod rayonu yarandı. 1890-
cı ildə Bakıda 148 neft emal edən zavod var idi. 1901-ci 
ildə təmərküzləşmə nəticəsində onların sayı 101-ə enmiş, 
lakin istehsal gücü artmışdı. 
Neft məhsullarının ixracında da ciddi irəliləyiş 
müşahidə edilirdi. 1883-cü ildə Bakı-Tiflis dəmir yolunun 
çəkilməsi, 
Xəzər 
gəmiçiliyinin 
genişlənməsi 
neft 
məhsullarının ixracında irəliləyişlərə səbəb oldu. 
Xarici ölkələrə neftin daha əlverişli daşınmasını təşkil 
etmək üçün 1897-ci ilə Bakı-Batumi neft kəməri 
çəkilməyə başlandı. 
Neft sənayesinin inkişafı ilə yanaşı, Azərbaycanda 
sənayesinin digər sahələrinin də inkişafı müşahidə 
olunurdu. Ba
kıda neft emalı müəssisələri ilə bərabər 
metal emaledici (mexanizmi), tütün, dənüyüdən və başqa 
zavod və fabriklər meydana çıxdı. Xatison, Levinson və 
başqalarının mexaniki emalatxanalarında neft sənayesi 
üçün dəzgahlar istehsal edilirdi. 1885-ci ildə Bakıda 20 
mexaniki emalatxana 
– zavod var idi. Bakıda gəmi təmiri 
tərsanələri yaranmış, 1900-cü ildə onların sayı 9-a 


259 
çatdırdı. Bununla yanaşı tütün, dənüyüdən müəssisələr 
də fəaliyyət göstərirdi.
XIX əsrin ikinci yarısında Azərbaycanda sənayenin 
mühüm sahələrindən mis istehsalı təşkil edirdi. Simens 
qardaşları 1863-ci ildə Gədəbəydə 40 min pud istehsal 
gücü olan misəridən zavod tikdilər. Simens qardaşları 
1865-
ci ildə Daşkəsən kobalt zavodunun, 1883-cü ildə 
Qalakənd misəritmə zavodunun əsasını qoydular. Bu 
z
avodlar dövrünə görə müasir texnika ilə təchiz 
olunmuşdular. 
Dağ-mədən sənayesinin digər sahələri Naxçıvan 
daş-duz, Cavab və Abşeron şor-duz müəssisələrindən 
ibarət idi. 1868-ci ildə duz mədənlərinin açıq satış elan 
edilməsi duz istehsalını xeyli artırdı. Bakı quberniyasında 
duz istehsalı 1895-ci ildə 887,5 min pud, Naxçıvanda isə 
1889-
cu ildə 307,2 min pud təşkil edirdi. Istehsal edilən 
duz Irana, Türkiyəyə və Mərkəzi Rusiyaya ixrac edilirdi. 
İltizam sistemi ləğv edildikdən sonra balıqçılıq inkişaf 
edird
i. Azərbaycanın balıq sərvətləri tezliklə iri 
kapitalistlərin əlinə keçmiş, onlar balıq təsərrüfatını yeni 
kapitalist əsasları üzərində təşkil etməyə başladılar. Balıq 
tutulması ildən-ilə atırdı. 1880-1882-ci illərdə tutulan 
balığın ümumi miqdarı 736,1 min pud olduğu halda, 
1898-1900-
cü illərdə 2418,7 min puda qədər artmışdı. 
Emaledici sənayedə ipəksarıma işi mühüm yer 
tuturdu. Zaqafqaziyada ipəkçiliyin əsas mərkəzi Nuxa 
qəzası idi. 1861-ci ildə Şəkidə rus kapitalistləri Voronin 
qardaşları tərəfindən 1000 pud ipək istehsal edən
Rusiyada ən böyük müəssisə hesab edilən fabrikin əsası 
qoyuldu. Bununla yanaşı Şuşa, Şamaxı, Ordubad və s. 
şəhərlərdə kiçik ipəksarıma və ipəkaçma fabrikləri var idi. 
XIX əsrin sonlarında Zaqafqaziyada istehsal edən ipəyin 
90 faizi 
Azərbaycanın payına düşdü. XIX əsrin sonlarında 
milli burjuaziyanın rolu toxuculuq, pambıq, tütün, ipək və 


260 
digər sahələrdə də yüksəlməkdə idi. 1897-ci ildə 
H.Z.Tağıyev bez istehsalı və satışı ilə məşğul olacaq 
(əsas kapitalı 2 min. manat olan) səhmdar cəmiyyət 
yaratdı. 1900-cu ildə onun Bakıda ilk toxuculuq fabriki 
açıldı. Fabrikdə 1600 nəfər fəhlə işləyirdi. XIX əsrin son 
onilliyində Azərbaycanda 99 ipəksarıma müəssisəsi 
olmuşdur ki, onların da 33-ü azərbaycanlıları məxsus 
olmuşdu. 
Milli burjuaziyanın bir hissəsi də yeyinti sənayesində 
çalışırdı. Unüyütmə və çəltiktəmizləmə müəssisəsi olan 
azərbaycanlılardan 
A.Quliyevin, 
Z.Tağıyevin 
və 
Ə.Bacayevlərin, 
M.S.Kərimovun, 
Q.A.Rzayevin 
və 
A.Rəsulov qardaşlarının rolu xüsusilə qeyd edilməlidir. 
50-60-
cı illərdə daxili ticarətin aprıldığı şosse yolları 
xeyli yaxşılaşdırılmışdı. XIX əsrin 60-cı illərində 
Zaqafqaziyada dəmiryol çəkilişinə başlandı. 1872-ci ildə 
Poti-
Tiflis dəmiryol xətti istifadəyə verildi. 1880-cı ildə 
Bakı-Balaxanı, Sabunçu və Suraxanı neft mədənlərini 
birləşdirən dəmiryol xətti çəkildi. Bu yolla əvvəl neft 
daşınmış, neft kəməri çəkildikdən sonra sərnişin 
daşınmasına başlanmışdı. 1883-cü ildə Tiflis-Bakı 
dəmiryolunun çəkilişi başa çatdırıldı. 1900-cu ildə Port-
Petrovsk-
Biləcəri dəmiryolu istifadəyə verildi. Sonra isə 
bu yol Ümumrusiya dəmir yol xəttinə qoşuldu. 
Xəzər dənizində neft ixracının artması və neft 
daşıyan donanmanın yaradılmasına ehtiyac duyulurdu. 
1859-
cu ildə Bakıda böyük liman tikildi. 50-ci illərin 
sonunda “Qafqaz və Merkuri” səhmdar cəmiyyətinin 15 
buxar gəmisi var idi. Neft daşıyan gəmilər 58-dən artıq 
sahibkara məxsus idi. Onların ən böyüyü Nobel 
qardaşlarının şirkətləri idi. Azərbaycan kapitalistləri – 
Hüseynovların – 8, Zeynalov və Aşurovun hərəsinin – 6, 
Dadaşov və Manafovların hərəsinin 5 iri neft daşıyan 
yelkənli gəmisi var idi. 


261 
Xarici ticarətdən (neft ticarəti) fərqli olaraq daxili 
ticarət ləng inkişaf edirdi. Azərbaycanın bu və ya digər 
qəzasında bol olan məhsullar ehtiyac olan rayonlara 
aparılırdı. Ağdam, Ağdaş və Qazaxda böyük yarmarka 
tipli bazarlar təşkil edilirdi. Azərbaycanın Rusiya və Iranla 
ticarəti mühüm rol oynayırdı. Azərbaycan tacirləri tez-tez 
Rusiyanın bazarlarında və təşkil olunan ticarət 
yarmarkalarında iştirak edirdilər. Islahatdan sonra 
Azərbaycanda kapitalist müəssisələrinin çoxalması ilə 
şəhərlər inkişaf edirdi. Neft sənayesinin inkişafı ilə Bakı 
Qafqazda birinci dərəcəli şəhərlərdən birinə çevrildi. 
1897-
ci il siyahıya alınmasına görə Bakının əhalisi 123 
min nəfərə çatmış və quberniyada yaşayan əhalinin 20 
f
aizini təşkil edirdi. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin