Azərbaycanda milli azadlıq hərəkatının
başlaması.
3.
Cənubi Azərbaycan 1828-1911-ci illərdə.
Sual 1.
XIX əsrin 60-70-ci illərinin burjua
islahatları. Kənd təsərrüfatı və sənayenin
kapitalistcəsinə inkişafı.
Burjua islahatları. 1861-ci il təhkimçilik hüququnun
ləğvi Rusiya kapitalizmin sürətli inkişafı üçün əlverişli
şərait yaratdı. Islahatdan sonrakı dövrdə Rusiyada
kapitalizmin inkişafının səciyyəvi cəhəti onun “dərininə”
və “eninə” inkişafından ibarət idi. Çünki 1861-ci il
islahatının yarımçıq xarakter daşıması məhsuldar
qüvvələrin inkişafına, əmtəə-pul münasibətlərinin tam
genişlənməsinə maneçilik törədirdi.
Bu dövrdə Azərbaycan da ucqarlardan biri kimi
Ümumrusiya ictimai əmək bölgüsünə cəlb olunmuş, daha
geniş surətdə Rusiya bazarına qoşulmuşdu. Zaqafqaziya
iqtisadiyyatını
kapitalist
istismarının
tələblərinə
251
uyğunlaşdırmaq zərurəti bütün kəskinliyi ilə çarizm və rus
burjuaziyası qarşısında durmuşdu.
Islahata lazımi hazırlıq aparmaq və layihələr
hazırlamaq məqsədilə Qafqaz idarəsinin ali rütbəli
məmurlarının daxil olduğu mülkədar kəndliləri məişətinin
nizama salınması üzrə Zaqafqaziya mərkəzi komitəsi
təsis olundu.
Zaqafqaziyada kəndli islahatının hazırlanması
yolunda mühüm addımlardan biri Zaqafqaziya mərz
palatasının yaradılması və torpaqların mərzlənməsinə
başlanması oldu. Palata öz işinə 1861-ci il yanvarın 1-
dən başladı. Zaqafqaziya mərz palatasının qarşısında
duran başlıca vəzifə Zaqafqaziyada əkinə yararlı
torpaqları, onların sərhədlərini müəyyənləşdirməkdən
ibarət idi. Çünki kapitalist münasibətlərinin kənd
təsərrüfatına təsiri ilə əlaqədar olaraq əkinə yararlı
torpaqlar alqı-satqı obyektinə çevrilirdi və həm də onların
dəqiq sərhədləri demək olar ki, yox idi. Lakin,
mərzləşdirmə işi ləng həyata keçirilirdi. 1861-ci il iyunun
29-
da
Zaqafqaziyanın
mərzələşdirilməsi
haqqında
əsasnamədən
keçən
25
il
müddət
ərzində
mərzləhdirilməli olan ərazilərin 4 faizi mərkəzləşdirilmişdi.
1864-1870-
ci illərdə çar hökuməti Azərbaycanda
feodal münasibətlərinin əsaslarını laxladan bir sıra
tədbirlər həyata keçirməyə məcbur oldu. Bu tədbirlərdən
neft mədənlərində təhkim olunmuş Balaxanı kəndlərinin
məcburi əməyini 1864-cü ildə ləğv edilməsi, habelə
Zəyliyin zəy zavodunda və Naxçıvan duz mədənlərində
də eyni şəraitin aradan qaldırılmasını nümunə göstərə
bilərik.
Hökumət Azərbaycanda kəndli islahatına bilavasitə
hazırlığı
davam
etdirdi.
Gürcüstanda
təhkimçilik
hüququnun ləğvi haqqında 1864-cü il 13 oktyabr qanunu
verdik
dən sonra Qafqaz canişinin baş idarəsi Şurasının
252
qərarı ilə Azərbaycanda islahatı hazırlamaq üçün 1866-cı
ildə Tiflis, Bakı, Irəvan və Şuşada bəy komissiyaları
adlanan komissiyalar təsis olundu.
Azərbaycanda kəndli islahatının əsas qanuni sənədi
1870-ci
il mayın 14-də verilən “Zaqafqaziya quberniyaları:
Yelizavetpol, Bakı, Irəvan və qismən Tiflis qurberniyaları
ali müsəlman silkindən olan şəxslərin, habelə erməni
məliklərinin torpaqlarında sakin olan dövlət kəndlilərinin
torpaq quruluşu haqqında Əsasnamə” idi. Əsasnamə
başlıca olaraq üç məsələyə; kəndlilərin şəxsi asılılığının
ləğv edilməsi, torpaq və mükəlləfiyyətlər haqqında
məsələlərə toxunurdu. “Əsasnamə” kəndlilərin bəy-torpaq
sahiblərindən şəxsi asılılığının ləğvini elan etməklə,
feodal asılılığının ən mühüm xüsusiyyətlərindən birini
aradan qaldırdı. “Əsasnamə” kəndlilərin torpaq paylarını
onların daimi istifadəsinə verdi. Torpaq payının sahəsi
müəyyən edilərkən 15 yaşından yuxarı hər bir kişiyə 5
desyatin norma müəyyənləşdirilirdi. Qadın və uşaqlar
nəzərə alınmırdı. Lakin bu ciddi norma özü də kağız
üzərində qaldı. Toraq sahiblərinə aztorpaqlı mülklərdə
bütün yararlı torpaqların 2/3 hissəsini bilavasitə öz
ixtisayarlarında saxlamaq və çoxtorpaqlı mülklərdə isə 5
desyatin normadan çox olan kəndli torpaqlarının
“artıqlarını” kəsmək hüququ verilmişdi. Bu şərtlər
nəticəsində Azərbaycan kəndlilərinin islahata qədər
istifadə etdikləri çoxlu pay torpaqları mülkədarların
xeyrinə əllərindən alındı.
Yaşayış yerləri, təsərrüfat tikililəri, habelə kol basmış
bit
miş sahələr də kəndli torpaq paylarının tərkibinə daxil
edildi.
Islahat pay torpaqlarını kənd cəmiyyətlərinin və
kəndli həyətlərinin mülkiyyətinə deyil, ancaq daimi
istifadəsinə verirdi. Əslində isə kəndlilər torpaqsız “azad”
253
edilmişdilər, torpaq payları yenə də bəy – mülkədarların
mülkiyyəti olaraq qalırdı.
Kəndlilərə “torpaq sahibləri ilə könüllü saziş
əsasında” öz torpaq paylarını ya bütövlüklə, yaxud da
hissə-hissə, elliklə və həm də ayrı-ayrı həyətlərin
mülkiyyətini satın almaları üçün yalnız hüquq verilmişdi.
Kəndlilər hər kəndli həyatı üçün 15 desyatındən çox və
7,5 desyatindən az olmamaq şərti ilə torpaq ala bilərdilər.
Dövlət Rusiya quberniyalarından fərqli olaraq,
Azərbaycan kəndlilərinə vəsait buraxmırdı. Burada
satınalma (vıkup) məcburi hesab olunmurdu. Bütün
bunlar Azərbacanın sahibkar kəndində feodal-asılı
münasibətlərin qalıqlarının saxlanılmasına səbəb oldu.
Biyar hər bir desyatin pay torpağından 30 qəpik
hesabı ilə pul vergisi ilə əvəz edildi.
Mükəlləfiyyətlərin və onların toplanma qaydası 40-cı
illər qanunlarının müəyyən etdiyi kimi qalırdı.
1870-
ci il 14 may “Əsasnamə”si 1870-ci il noyabrın
8-
də qüvvəyə mindi. Bu zaman Əsasnamənin həyata
keçirilməsi qaydalarına nəzarət edən xüsusi komissiyalar
yaradıldı. Bəy, mülkədar və kəndli arasında münasibətləri
nizama salan xüsusi barışıq vasitəçiləri yarandı.
“Əsasnamə” Azərbaycan kəndlilərinin əksəriyyətini
təşkil edən dövlət kəndlilərinə aid edilmədi. 1863-cü il
Zaqatala üsyanından qorxmuş çar hökuməti islahatı
oraya aid edilmədi. Burada 1913-cü ilə qədər kəndlilərin
şəxsi asılılıq vəziyyəti toxunulmaz qaldı.
Azərbaycandakı
kəndli
islahatı
öz
obyektiv
məzmunu etibarı ilə burjua xarakteri daşıyırdı. O,
müəyyən dərəcədə kənddə mövcud olan ictimai-iqtisadi
münasibətləri
kapitalist
inkişafı
ehtiyaclarına
uyğunlaşdırmaq siyasətini əks etdirirdi.
Kəndli islahatı ilə yanaşı məhdud şəkildə olsa da bir
sıra burjua islahatları: məhkəmə və şəhər islahatı da
254
keçirildi. 1868-ci ildən başlayaraq, Qafqazda və
Azərbaycanda barışıq hakimləri seçilmir, təyin olunurdu.
Cinayət işlərinə məhkəmə iclaslarının iştirakı olmadan
baxılırdı.
1870-ci il iyunun 11-
də şəhərlər haqqında yeni
“Əsasnamə”nin layihəsini təsdiq etdi. “Əsasnamə”yə
əsasən şəhər dumaları yaradıldı. Duma– bələdiyyə
üzvləri isə əmlak senzi əsasında dörd il müddətində
seçilirdi. Duma seçkilərində vergi verən əhalinin hamısı
iştirak edə bilərdi. Şəhər vergiləri verməyən fəhlələr,
qulluqçular, ziyalılar bələdiyyə üzvləri seçkilərində iştirak
edə bilməzdi.
Şəhər özünüidarəsinin başlıca vəzifəsi təsərrüfat
məsələlərinə
şəhərin
abadlaşdırılmasına,
bazarlar
tikilməsinə, yerli ticarət, maarif, səhiyyənin himayəsi və
s. ilə məhdudlaşdırıldı.
Azərbaycanın inzibati quruluşuna bəzi dəyişikliklər
edildi. 1860-
cı ildə Dərbənd quberniyası ləğv edildi. Quba
qəzası Bakı quberniyasına verildi. Çar Balakən hərbi
dairəsi Zaqatala hərbi dairəsinə çevrildi. 1868-ci ildə
Bakı, Tiflis və Irəvan quberniyaları hesabına Yelizavetpol
quberniyası yaradıldı.
Dostları ilə paylaş: |