Азярбайжан республикасы дахили ишляр назирлийи


Kənd təsərrüfatının vəziyyəti



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə98/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   94   95   96   97   98   99   100   101   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Kənd təsərrüfatının vəziyyəti. 1861-ci il islahatı 
keçirildikdən sonra ölkədə məhsuldar qüvvələrin inkişafı 
üçün əlverişli şərait yarandı. Iri maşınlı sənaye ilə yanaşı 
kənd təsərrüfatı da yeni kapitalist əsasları üzərində 
qurulmağa başladı. 
Azərbaycanda iqtisadi inkişafın xüsusiyyətlərindən 
biri kənd təsərrüfatının əmtəə sahələrinin, habelə mədən 
və emaledici sahənin inkişafından ibarət idi. Kənd 
təsərrüfatı məhsullarının istehsalı artır, bir sıra sahələrdə 
sahə əmtəə istehsalı kapitalist əmtəə istehsalı 
dərəcəsinə yüksəlir. Taxıl, qızıl, boya, üzüm, şərab, ipək 
istehsalı belə xarakter daşıyırdı. Kənd təsərrüfatı 


255 
məhsullarının istehsalı sahəsində qəzalar arasında 
ixtisaslaşma baş verir. Kürboyu pambıqçılıq, Nuxa və 
Şamaxı ipəkçilik, Quba və Zaqatala bağçılıq sahəsində 
ixtisaslaşırdı. 
Kənd təsərrüfatının inkişafı üçün maşınların və yeni 
kənd təsərrüfatı alətlərinin tətbiqi böyük əhəmiyyət kəsb 
edirdi. Azərbaycanda məhdud olsa da, maşınlardan və 
yeni alətlərdən istifadə edilməyə başlandı. 1897-ci ildə 
Yelizavetpol quberniyasında 565 təkmilləşdirilmiş kotan, 
10 taxıldöyən və 2 samandöyən maşın, Bakı
quberniyasında 53 təkmilləşdirilmiş maşın var idi. 
Azərbaycanda qabaqcıl kənd təsərrüfatı üsullarının 
yayılmasında H.B.Zərdabinin 1875-ci ildə nəşr etdiyi 
“Əkinçi” qəzeti böyük rol oynadı. 
Islahatdan sonra əkinçilikdə yenə də əsas yeri 
taxılçılıq tuturdu. Rusiya bazarlarında taxıla olan 
tələbatın təsiri altında dənli bitkilərin əkin sahələri 
genişlənir və onların məhsuldarlığı artırdı. 1885-1887-ci 
illərdə Azərbaycandan 11 milyon pud taxıl ixrac 
edilmişdir. 
Rusiya toxuculuq sənayesinin tələbatı ilə ipəkçiyə 
diqqət artırılmışdır. 1850-1860-cı illərdə Azərbaycanda 
istehsal edilən ipəyin 70 faizi Rusiyaya ixrac edilmişdir. 
Azərbaycan ipəyi tədricən xarici ölkələrə və ixrac 
edilməyə başlanır. Islahatdan sonra hər il 200-250 min 
pud ipək istehsal edilirdi. 
Rusiya toxuculuq sənayesinin sürətlə inkişafı 
Azərbaycan pambığına olan təlabatı daha artırdı. 
Pambıqçılığın canlanmasına təkan verən amillərdən biri 
60-
cı illərin əvvəllərində Amerikada vətəndaş müharibəsi 
ilə əlaqədar olaraq Avropada pambıq parça sənayesində 
böhranın başlanması, bunun isə Rusiyaya ağır təsir 
etməsi ilə əlaqədar idi.


256 
XIX əsrin sonlarına yaxın Azərbaycanda pambıq 
əkilən sahələr 20 min desyatinə çatırdı. Pambıqçılıqda 
kapitalist münasibətləri daha çox inkişaf edirdi. Muzdlu
əməyin tətbiqi pambıqçılığın kapitalist-əmtəə xarakterini 
göstərən əsas amillərdən biri idi. Kənd təsərrüfatının 
digər sahələri olan üzümçülük, balıqçılıq və maldarlıqda 
da muzdlu əmək tətbiq olunurdu. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin