246
Azərbaycan bəylərinin torpaq hüquqları və onların
kəndlilərlə
qarşılıqlı
münasibəti
məsələsi
M.S.Voronsovun canişinliyi dövründə həll edildi. 1846-cı il
dekabrın 6-da çar I Nikolay canişinin adına reskripti
imzaladı. Reskript feodalların həm irsi mülk torpaqları,
həm də işğal zamanı onların malik olduqları tiyullar
üzərində tam nəsli mülkiyyət hüququnu təsdiq edirdi.
1840-1841-
ci illərdə müsadirə
edilmiş torpaqlar üzərində
ağaların və bəylərin mülkiyyətçilik hüququ da tanınırdı.
Beləliklə, reskript torpaq üzərində feodalların xüsusi
mülkiyyət hüququnu möhkəmləndirərək və feodalların
torpaq fondunun toxunulmazlığını təmin edərək tiyuldar
bəylərin öz mülkiyyətçilik hüquqlarının tanınması uğrunda
apardıqları uzun müddətli mübarizəsinə bir növ yekun
vurdu.
Xüsusi sahibkar kəndliləri formal olaraq dövlət
kəndliləri dərəcəsinə şamil edildilər və müxtəlif adların
(rəiyyət, rəncbər, nökər və s.) yərinə ümumi ad –
«mülkədar tabelisi» adını aldılar. Kəndlilər «torpaqdan
istifadə müqabilində haqq» kimi mülkədarın
xeyrinə
müxtəlif mükəlləfiyyətləri yerinə yetirməli idilər. Eyni
zamanda kəndlilər torpaq mülkiyyətçilərinin polis nəzarəti
altına verilirdilər. Çar hökuməti feodalların torpaq
üzərində mülkiyyət və kəndliləri idarə etmək hüquqlarını
təsdiq edərək, əvəzində sədaqətlə xidmət göstərməyi,
kəndli hərəkatına qarşı amansız mübarizə aparmağı
tələb edirdi.
Reskriptlə şərh olunan və torpaq sahibkarları ilə
kəndlilərin qarşılıqlı münasibətlərini müəyyənləşdirən
prinsiplər 1847-ci il 20 aprel və 28 dekabr tarixli «Kəndli
əsasnamələri»ndə konkretləşdirildi. Bu əsasnamələrdən
birincisi Şamaxı və Dərbənd quberniyalarının bəy
kəndlilərinə, yəni Şamaxı, Şuşa, Nuxa,
Lənkəran, Bakı,
Quba və Dərbənd qəzalarının xüsusi sahibkar
247
kəndlilərinə, ikincisi isə Tiflis quberniyasının Yelizavetpol
qəzasındakı Qazax və Şəmşəddil nahiyyələri ağalarının
torpaqlarında yaşayan kəndlilərə aid idi.
1847-
ci il 20 aprel «Əsasnaməsi» torpaq
mülkiyyətçilərinin üzərinə 15 yaşından yuxarı kişi
cinsindən olan hər bir kəndlinin taxılçılıq, maldarlıq və
bostançılıq üçün yararlı olan 5 desyatinlik pay torpağı ilə
təmin etmək vəzifəsi qoyurdu. Kəndlini torpaqla təmin
etmək vəzifəsini irəli sürən qanunverici,
hər şeydən əvvəl,
xəzinənin və dövlət təhlükəsizliyinin mənafelərini müdafiə
etməyi, sahibkarlar və dövlət üçün torpaq rentasının
toplanmasını təmin etməyi qarşısına məqsəd qoymuşdu.
Sahibkar kəndliləri isə islahata qədərki dövrdə olduğu
kimi 5 desyatindən az torpaq sahələrindən istifadə
edirdilər.
«Əsasnamə»nin
əsas
maddələrindən
biri
kəndlilərin mükəlləfiyyətləri məsələsi idi. Qanun kəndli
mükəlləfiyyətlərinin müxtəlif növlərini, onların
ödənilməsi
və yerinə yetirilməsi üsullarını ətraflı surətdə şərh edirdi.
Malcəhət – torpaq sahəsinin kəndlinin vəsaiti hesabına
becərilməsi şərtilə istənilən kənd təsərrüfatı bitkisi
məhsulunun sahibkarın xeyrinə ayrılan 1/10 hissəsi əsas
məhsulla toplanan mükəlləfiyyət idi. Kəndlilər öz pay
torpaqlarını sahibkarların iş heyvanı, alətləri və
toxumundan istifadə edərək becərdikləri təqdirdə,
onlar
məhsulun 1/5-dən çox olmayan hissəsini sahibkara
verməli idilər. Bu maddə feodal asılı kəndlilərinin,
rəncbərlər və nökərlər kimi əvvəlki zümrələri, habelə var-
yoxdan çıxmış rəiyyətlər üçün nəzərdə tutulmuşdu.
«Əsasnamə» məhsulla ödənilən vergi ilə yanaşı,
kəndlilərin bəylərin xeyrinə işləyib-ödəmə rentasını yerinə
yetirmələri nəzərdə tuturdu. «Əsasnamə» hər kəndli
ailəsi üzərinə sahibkarın tələbilə öz iş heyvanı və alətləri
ilə ildə 18 gün ərzində onun təsərrüfatında işləmək üçün
248
bir işçi vermək təəhhüdü qoyurdu. Hər ailədən işçi
verməklə yanaşı, kəndlilər
ildə bir-iki gün bütün kənd
cəmiyyəti ilə, elliklə sahibkar üçün işləyərək (əvrəz),
feodalın göstərişinə görə, kənd təsərrüfatı və ya suvarma
işlərini yerinə yetirməyə borclu idilər. Kəndlilər elliklə
sahibkar malikanələrində arxlar və yollar çəkməli, köhnə
tikililəri təmir etməli idilər. Maldarlar mal-qaranın sahibkar
torpağında
otarılması
müqabilində
məbləği
müəyyənləşdirilməmiş xüsusi pul vergisi – çöpbaşı
ödəməli idilər.
«Əsasnamə»yə görə, kəndlilər feodala nökərlər də
(hər həyətdən 1 kişi, hər 15 həyətdən bir qadın) verməli
idilər. Qanun feodala kişi nökərlərindən həm çöl, həm də
ev işlərində istifadə etməyə icazə verirdi. Əvvəllər
kəndlilər heç vaxt qadın nökərlər vermirdilər. Çar
müstəmləkəçilərinin
özlərindən
uydurduqları
bu
mükəlləfiyyət Azərbaycan xalqının
çoxəsrlik ənənələrinə
hörmətsizlik idi və elə dərin hiddət doğurdu ki, tezliklə
ləğv edildi. Ağalar və kəndlilər arasındakı münasibətləri
müəyyənləşdirən 1847-ci il 28 dekabr «Əsasnamə»si də
eynilə belə prinsiplərə əsaslanırdı.
Dostları ilə paylaş: