Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə93/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   89   90   91   92   93   94   95   96   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Şəki üsyanı. Çarizmin müstəmləkə zülmünün 
xüsusilə ağır olduğu Şəki əyalətində də çıxışlar baş verdi. 
1837-
ci ildə Şəki xanlığının Iranda yaşayan sonuncu 
hakimlərindən birinin – Səlim xanın oğlu Hacı xan öz 
nümayəndəsi Məşədi Məhəmmədi əyalətə göndərdi. 
Özünü Şəki xanının varisi elan edən Məşədi Məhəmməd 
kiçik dəstə ilə hökumət tərəfindən ələ keçirildi. 1838-ci ilin 
iyulunda o, Nuxa həbsxanasından qaçdı, Dağıstana 
gedərək burada rutullu Ağa bəylə əlaqə yaratdı. Həmin 
ilin avqustun sonlarında Ağa bəyin 5 minlik dəstəsi Şəki 
ərazisinə daxil oldu. Məşədi Məhəmməd də dəstədə idi.
Əhalinin köməyi rutullu Ağa bəyə sürətlə Nuxaya 
yaxınlaşmağa imkan verdi. Çar ordusu geri çəkilməyə və 
qala divarları arxasında gizlənməyə məcbur oldu. 
Komendant idarəsinin məmurları və varlılar da burada 
sığınacaq tapdılar. Qafqazın baş komandanı general 
Qolovinin çara verdiyi məlumata görə, «yoxsullar və 
avaralar» üsyançılara qoşulmuşdular. 
Bir neçə gün ərzində Nuxa yaxınlığında 
üsyançılarla ordu arasında toqquşmalar baş verdi, lakin 


241 
tərəflərdən heç biri həlledici qələbə qazana bilmədi. 
Sentyabrın əvvəllərində Nuxa qarnizonu kömək almağa 
başladı. Sentyabrın 3-də üsyançılar şəhəri tərk etməyə 
məcbur oldular. Qoşun üsyançıları təqib edərək, onları bir 
neçə dəfə məğlubiyyətə uğratdı. Məşədi Məhəmməd 
İranda gizləndi. Şəki əyalətindəki həyəcanlar başa çatdı. 
XIX əsrin 30-40-cı illərində baş vermiş üsyanlar 
Azərbaycan 
xalqının 
çarizmin 
milli 
və 
dini 
müstəmləkəçilik siyasətinə qarşı mübarizəsində ən 
mühüm 
mərhələlərdəndir. 
Məhz 
bu 
üsyanların 
nəticəsində imperiyanın hakim dairələri Azərbaycandakı 
siyasətlərinə yenidən baxmağa məcbur oldular. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin