Азярбайжан республикасы дахили ишляр назирлийи


-1829- cu illər Rusiya-Türkiyə savaşı



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə89/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   85   86   87   88   89   90   91   92   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

1828-1829-
cu illər Rusiya-Türkiyə savaşı. Çar 
Rusiyası Iranla müharibəni qazanandan sonra işğalçılıq 
istəklərinin yeni nöqtəsinə keçdi. 1828-ci ilin aprelində 
Rusiya Türkiyəyə müharibə elan etdi.


232 
Müharibə Osmanlı dövləti üçün uğursuz oldu. 
1829-
cu il sentyabrın 2-də Ədirnədə bağlanan sülh 
müqaviləsinə görə Ahalsıx paşalığının bir hissəsini 
Rusiyaya güzəştə getdi. Ədirnə sülhü Cənubi Qafqazın 
Rusiya tərəfindən zəbt olunmasını təsbit etdi, Rusiyanın 
Orta Şərqdə və Balkanlarda mövqelərini möhkəmləndirdi. 
Azərbaycanın 
şimal 
torpaqlarının 
Rusiya 
tərəfindən zəbt edilməsi ilə Azərbaycan xalqı öz dövlət 
müstəqilliyini itirdi. Azərbaycan xalqı zorla iki hissəyə 
bölündü. Bu tarixi ədalətsizlik nəticəsində torpaqlarımız 
parçalandı və onların hər biri bir-birindən fərqli sosial-
iqtisadi, siyasi və mədəni inkişaf yoluna düşməyə məcbur 
oldu. İşğal nəticəsində Azərbaycan çar Rusiyası 
zadəganlarının və sənaye sahiblərinin xammal bazasına, 
rus tacirlərinin satış bazarına çevrildi. Azərbaycan 
iqtisadiyyatı müstəmləkə iqtisadiyyatı xarakteri aldı. 
Şimali Azərbaycan Rusiyanın ucqar müstəmləkəsinə 
çevrildi.
Komendant idarə üsulu. XIX əsrin 30-40-cı 
illərində müstəmləkə əleyhinə üsyanlar. Şimali 
Azərbaycanın Rusiya tərəfindən istila edilməsinin 
gedişində yeni inzibati idarə sistemi yaradılmağa başladı. 
Rus 
qoşunlarına 
müqavimət 
göstərən 
xanlar 
hakimiyyətdən məhrum edilir, xanlıqlar isə başda 
komendant olmaqla 
dairə və əyalətlərə çevrilirdilər. 
Komendantlar Qafqazdakı rus ordusunun baş komandanı 
tərəfindən mayor və daha yüksək rütbəli rus zabitlərindən 
təyin olunurdu. Gəncə və Bakı xanlıqları işğal edildikdən 
sonra bu ərazilərdə xanlıq idarəçiliyi ləğv edilmiş, 
komendant idarə sistemi tətbiq olunmuşdu. Bəzi hallarda 
komendant üsul-idarəsi tətbiq edilməzdən əvvəl qısa 
müddətə keçid sistemi yaradılırdı. Quba xanlığı 1806-cı 
ildə işğal edildikdən sonra 1810-cu ilədək yerli bəylərdən 
təşkil olunmuş müvəqqəti orqan tərəfindən idarə olundu.


233 
Ölkənin yerdə qalan hissəsində – Qarabağ, Şəki, 
Şirvan və Lənkəran xanlıqlarında işğalın birinci 
mərhələsində 
əvvəlki 
sistem 
və 
idarə 
aparatı 
saxlanılmışdı. Bu xanlıqlar Rusiyaya müqavilə əsasında 
ilhaq edilmişdilər. Məhz buna görə də onların xüsusi 
statusları var idi. Xanların daxili idarəçilikdə hüquqları 
əvvəlki həcmdə saxlanılsa da, onların səlahiyyət və 
hakimiyyətləri xeyli məhdudlaşdırılmışdı. Belə ki, 
xanlıqların ərazisində rus hərbi qüvvələri yerləşdirilir, 
xanlar isə çar generalları siyahısına daxil edilərək 
Qafqazdakı baş komandanın tapşırıqlarını yerinə 
yetirirdilər. Bununla belə, çarizm öz vassallarının 
xidmətindən imtina etdi və 1819-cu ildə Şəki, 1820-ci ildə 
Şirvan, 1822-ci ildə Qarabağ və 1826-cı ildə Lənkəran 
xanlıqları ləğv edilərək komendantlıqlara çevrildi. 
Şimali Azərbaycanda Talış, Şirvan, Şəki, Qarabağ, 
Bakı və Quba əyalətləri, Yelizavetpol dairəsi, Car-
Balakən vilayəti, Qazax və Şəmşəddil distansiyaları 
yaradıldı. Əzəli Azərbaycan torpaqları olan Naxçıvan və 
Irəvanı rus çarizmi «Erməni vilayəti»nin tərkibinə daxil 
etdi. Əyalətlər iki dairədə birləşdirildi. Şəki, Şirvan, 
Qarabağ və Talış əyalətləri mərkəzi Şuşa olan 
«Müsəlman əyalətləri dairəsi»nə, Bakı və Quba əyalətləri 
isə mərkəzi Dərbənd olan «Dağıstan hərbi dairəsi»nə 
daxil idilər. 
Komendant idarə sistemi çarizm tərəfindən 
bərqərar edilmiş despotik müstəmləkə rejiminin məhsulu 
və konkret təzahürü idi. Əyalətdə bütün hakimiyyət faktiki 
olaraq komendantın əlində cəmləşirdi. Komendantlara 
çox böyük səlahiyyətlər verilmişdi. Hətta hökumət 
dairələrində də etiraf edilirdi ki, «Cənubi Qafqaz diyarının 
idarəsi, bəzi əyalətlərin Rusiyaya birləşdirilməsindən 30 
ilə qədər vaxtın keçməsinə baxmayaraq, hələ özündə 
həmin ölkənin keçmiş hakimlərinin hesabatsız, özbaşına 


234 
və qeyri-müəyyən idarəçiliklərinin nişanələrini saxlayır». 
Komendantların 
özbaşınalıqları 
görünməmiş 
cinayətkarlıq və pozuntular doğururdu. Əhali amansız 
soyğunçuluğa məruz qalırdı. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin