231
Rusiya asılılığına doğru sürükləyirdi. Bütün bunlar Rusiya
qoşunlarının irəliləməsini asanlaşdırırdı.
Təbriz tutulduqdan sonra Tehran üzərinə yol
açıldı. Təbrizi idarə etmək
üçün rus hərbçilərinin və
şəhərlilərin nümayəndələrindən ibarət Müvəqqəti idarə
yaradıldı.
Türkmənçay müqaviləsi. Noyabr ayının 6-da
Dehkarqanda Rusiya və İran arasında yeni danışıqlar
başlandı. Təzminat məsələsi üzrə bəzi ciddi narazılıqlar
yanvarın 7-də danışıqların kəsilməsinə gətirib çıxardı.
Rus qoşunları irəli atıldı. Yanvarın 28-də Urmiya, fevralın
8-
də Ərdəbil tutuldu. Müqavilənin bağlanması sürətləndi.
Fevralın 9-dan 10-a keçən gecə Təbriz yaxınlığında
Türkmənçay kəndində müqavilə imzalandı.
Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi.
Gülüstan müqaviləsinin bəzi şərtləri burada saxlanmış,
təzminat və s. haqqında yeni maddələr əlavə edilmişdi. I
maddə ilə tərəflər arasında əbədi barış elan olunurdu. II
maddədə Iranın Rusiyaya 20 milyon gümüş rubl təzminat
ödəyəcəyi
bildirilir, III maddədə Irəvan və Naxçıvan
xanlıqlarının Rusiyaya keçdiyi təsbit edilir, IV maddədə
sərhədlər müəyyən edilirdi. Xəzər dənizndə yalnız
Rusiyanın donanma saxlamaq hüququ təsdiq edilirdi. XV
maddə ermənilərin Irandan Cənubi Qafqaza köçürülməsi
ilə bağlı idi. Müqavilə Rusiya tərəfindən 1828-ci ilin
martında, Qacarlar tərəfindən iyul ayında ratifikasiya
edildi. Türkmənçay müqaviləsi XIX əsrdə Iranın Ingiltərə,
Fran
sa, Rusiya və Türkiyə ilə bağladığı
müqavilələr
üçərisində ən ağırı idi. Bu müqavilə Iranı Rusiyadan asılı
duruma gətirdi.
Dostları ilə paylaş: