Азярбайжан республикасы дахили ишляр назирлийи


XIX əsrin 30-cu illərində müstəmləkə əleyhinə



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə90/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   86   87   88   89   90   91   92   93   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

XIX əsrin 30-cu illərində müstəmləkə əleyhinə 
üsyanlar. Car-Balakən üsyanı. Müstəmləkə əleyhinə ilk 
böyük çıxış 1830-cu ildə Car-Balakən camaatlarının 
ərazisində baş verdi. Bu icmalar 1830-cu ilədək özlərinin 
daxili muxtariyyətini qoruyub saxlamışdılar. Lakin bu, 
mütləqiyyətin Qafqazda köhnə idarə sistemini rus hərbi 
idarəçiliyi ilə əvəz etmək kursuna zidd idi. Çarizmi azad 
icmaların muxtariyyətini ləğv etməyə təhrik edən əsas 
amillərdən biri hərbi strateоi planlar idi: çar hakimiyyət 
orqanları camaat torpaqlarından dağlıların milli-azadlıq 
hərəkatını yatırmaq üçün istifadə etməyə cəhd edirdi. 
1830-
cu ilin əvvəlində Cara qoşun yeridən ruslar əhalinin 
müqavimətini qırdı və camaat torpaqlarında 1830-cu il 24 
iyun tarixli xüsusi «Qaydalar» əsasında idarə olunan Car 
vilayəti təşkil edildi. Vilayətin idarə olunması Müvəqqəti 
vilayət idarəsinə həvalə edilirdi. Rəis və iki müşavir 
Rusiya hakim dairələrini, 6 kəndxuda isə camaatları 
təmsil edirdilər. Lakin sonuncular məşvərətçi səsə malik 
idilər və bütün işləri rəis və 2 məmur idarə edirdi. 
Vilayətin əhalisi belə vəziyyətlə barışmaq istəmirdi. 
Dağlı hərəkatının nümunəsi də carlıları mübarizəyə 
ruhlandırırdı. 1830-cu ilin iyununda dağlıların dəstələri 
Car vilayətlərinin ərazisinə daxil olarkən bir çox sakinlər 
onlara qoşuldu. Üsyançılar nizami çar ordusunun 
qarşısında dura bilməyib, yenidən tikilməkdə olan Yeni 
Zaqatala qalası yaxınlığında məğlub oldular.
1830-
cu il sentyabrın əvvəlində dağlıların 
rəhbərlərindən biri olan Həmzət bəyin 2 min nəfərlik 
dəstəsi Cara daxil oldu. Carlılar üsyan qaldırdılar və 
dağıstanlılara qoşuldular. Yeni Zaqatala qalasında 


235 
yerləşən çar qoşunu, demək olar ki, hər yerdən təcrid 
olundu. Oktyabrın 15-də baş verən döyüşdə üsyançılar 
çar qoşununu məğlub etdilər. Lakin kömək alan ruslar 
əks hücuma keçdilər. Dağlılar Cardan çəkildilər, 
üsyançılar isə düşmənin üstün qüvvələri ilə üzbəüz 
qaldılar. Çar qoşunu Car, Köhnə Zaqatala və Göyəm 
kəndlərini hücumla alaraq dağıtdı. 1830-cu ilin 
dekabrında dağlıların növbəti dəfə Cara daxil olması yeni 
həyəcanlara səbəb oldu. Bu dəfə ancaq Balakən əhalisi 
mübarizəyə qalxdı. Üsyançılar yenə də məğlub oldular. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin